Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Pərviz Soruşur Yazılma Tarixi:30.10.2017 10:59:42

Salam Aleykum Men samaxi rayon komisarliqindan Bakiya muayineye gonderildim Muayinenin cavabini bilmey istiyirem tevelludum 24.03.1996 Vaynkamata gede bilmirem isimle elaqedar

Məlum olmuşdur ki, Siz, 2017-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Xidmətin Şamaxı rayon Şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhəti ilə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilmişdir. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz. Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Sizin, razılaşdırılmış qrafikə əsasən şəxsi işinizlə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmanız nəzərdə tutulmuşdur. Əlavə olaraq bildiririk ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərar təsdiq olunduğu halda, Siz, hərbi biletlə təmin olunacaqsınız.
Saleh Soruşur Yazılma Tarixi:29.10.2017 15:32:09

Salam məni 2014 cü ildə hərbi kamisarlıq tərəfindən tibbi yoxlanışdan keçdim problem olmadı.2014 cü ilin aprel ayında hərbi xidmıtə yollandım və orda tibbi yoxlanışdan keçəndə problem çıxdı ağ ciyərimdə. Möhlət verdilər mənə. Hər il məni çağırırlar hərbi kamisarlığın həkimləri tərəfi aparata salır baxıllar problem yoxdu . Ama bakıda hərbi komisiyadan keçəndə problem olduğun bildirillər. Mən müaliçə almışam karateylə məşğul oluram 1 dan qara kəmər usdasıyam. Mən çox isdiyirəm hərbi borcumu yerinə yetirim və vətənimə layiqincə qulluq edim.mən hərbi xidmətə necə gedə bilərəm ?

Nəzərinizə çatdırırıq ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə uyğun olaraq, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatanadək hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.   Odur ki, Siz təkrar tibbi müayinə zamanı hərbi xidmətə yararlı hesab edildiyiniz halda, ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırıla bilərsiniz.
Füzuli Soruşur Yazılma Tarixi:28.10.2017 22:46:36

Salam.Mənim oğlum 16 yaşının içindədir. Məktəbdən aparıb müayinədən keçiriblər. Sonra sənədlərini birlikdə aparıb təqdim etmişik. Dedilər gedin lazım olanda çağırarıq.hələ də çağırmayıblar.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı övladınızın Xidmətin qeydiyyatda olduğu yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Əhməd Soruşur Yazılma Tarixi:28.10.2017 00:11:46

Salam Adımı soyadımı atamın adını hərşeyi düzgün yazıram.Sayt bildirirki belə çağırşcı tapılmadı mənim adım bəs nə vaxt düşəcək sayta?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə  çağırılırlar.        Odur ki, Siz 18 yaşınız tamam olduqdan sonra həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.  
Eldəniz Soruşur Yazılma Tarixi:27.10.2017 22:00:47

Men turkiyede Mersin seherinde yerlesen Mersin Universitetinin Nezninde Olan Silifke Uygulamali Ve teknoloji Isletmeclik fakultesinin Isletme bilgi Yonetimi Bolmunde Oxuyuram.Musavirlikden Aldigim esgerlik Saxlama Senedinde Yuksekokul yazildigindan Tercumede Ali pese Edir Deye Senedim Kecerli Deyil Deyib yanvarda Esgerliye aparmaq movzusu Ortaya Atilacaqni dusunurem.Tanidigim Birindede Bu bele problem oldu.Eyer kecerli olmazsa.Turk Konsolluga Şikayet Yazmag fikrim var.Movzuda mene Komek edin.Ve Bu problem ile uzleseceyimi Qetislesdirmisem.Deye Sual Verirem.

Bildiririk ki, xarici ölkələrin ali təhsil müəssisələrində oxuyan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq, notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
İntizam Soruşur Yazılma Tarixi:27.10.2017 12:29:04

Salam, Unversiteti bitirmiş Hərbi xidmətdə olan əskər diplomu universitetdən götürmək ücün nə etməlidir? Şəxsiyyət vəsiqəsi rayon polis idarəsində saxlanılır.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı vətəndaşın valideynlərindən birinin hərbi qulluqçunu müddətli həqiqi hərbi xidmətə göndərən Xidmətin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməsi zəruridir.
Qoşqar Soruşur Yazılma Tarixi:26.10.2017 13:06:30

Salam sizdən xahiş edirəm ki mənim sualımı cavablandırasınız. Tibbi C kateqoriyalı şəxslər yəni dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı şəxslər hazır ki vəziyyətdə əsgər aparılırmı?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövr üçün hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Qoşqar Soruşur Yazılma Tarixi:26.10.2017 12:37:17

Salam sizdən xahiş edirəm sualımı cavablandırardınız .Azərbaycan dövləti hal hazırda dinc dövrdədi yoxsa müharibə dövründədi ?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, 12 may 1994-cü ildən Azərbaycan Respublikası ilə ermənistan arasında atəşkəs müqaviləsi imzalanmış və hal-hazıra kimi atəşkəs rejimi davam edir.
Fərhad Soruşur Yazılma Tarixi:26.10.2017 09:21:29

Salam. Sizə ikinci dəfədi yazıram amma cavablamırsız. İkinci dəfə yenə yazıram zəhmət deyilsə cavablayın.. Mən Neftçala rayon qeydiyyatındayam. Məni bu ayın 5i Şəhərə xəstəxanaya yazmışdılar dişlərimə görə gedib gəldim mənə dedilər cavabları rayona çağırış xidmətinə göndərəcəyik amma ayın 5in dən bu yana xəbər yoxdu. Sizə də sualım odu ki, cavablar nə vaxt gələcək?

Siz, 2017-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar, Xidmətin Neftçala rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilərək səhhətinizlə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Neftçala rayon şöbəsinə daxil olduqdan sonra, Siz, həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.08.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Əlavə olaraq bildiririk ki, Sizin eyniməzmunlu müracıətiniz 27.10.2017-ci il tarixdə cavablandırılmışdır.
Gültəkin Soruşur Yazılma Tarixi:25.10.2017 20:44:07

Salam.Mənim 23 yaşım var.Hal-hazırda universitetdə təhsil alıram.Çox istərdim ki,təhsilimi bitirəndən sonra xüsusi təyinatlı qüvvələrdə ya kəşfiyyatçı,ya da snayperçi olum.Bunun üçün mən nə etməliyəm?Həm də ki,təhsil alaraq hər hansı bir kurslarda iştirak edə bilərəmmi?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr  üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar. Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897