Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Orxan Soruşur Yazılma Tarixi:24.11.2017 14:19:50

Salam.Mən İmişli rayonundan 2017-ci ilin iyun hərbi xidmətə çağırılıb tibb komissiyadan keçərkən,Məni Respblikası və Avarasiya klinkasına göndərdilər .Xayamın bir fəaliyyətdə olmadığını dedilər. Sonra özümüz məlumat verceyik dedilər.Lakin noyabr ayında yenidən tibb komissiyadan keçmək çağırıblar .Bilmək istəyirəm Respblikasıya və Avarasiya klinkasınada Hansı diaqnozu qoyublar?

Müəyyən olunmuşdur ki, 2017-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin İmişli rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş, qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və əlavə olaraq səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilməniz məqsədəuyğun hesab edilmişdir. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” qeydiyyatda olduğunuz Xidmətin İmişli rayon şöbəsinə təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Əlavə olaraq bildiririk ki, bir xayanın anadangəlmə, xəstəliklərə (qeyri-spesifik və xoşxassəli xarakterli), yaralanmalara və ya digər zədələnmələrə görə çıxarılmasından sonrakı yoxluğu hərbi xidmətkeçməyə, hərbi təhsil müəssisələrinə (hava-disant ixtisasından başqa) və hərbi liseylərə daxil olmağa mane olmur.
Əli Soruşur Yazılma Tarixi:24.11.2017 11:05:06

Salam mən 16 aprel 1999 anadan olmuşam. Universitetin 1-ci kursunda tehsil aliram. Universiteti dəyişmək istəyirəm, bunun üçün də 2018-ci ildə keçirilən qəbul imtahaninda iştirak edəcəm. İndi bilmək istəyirəm ki, mənə səfərbərlikdən möhlət veriləcək ya yox ?

Bildiririk ki, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş elmi təşkilatda təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir. Odur ki,təhsilə görə müddətli həqiqi hərbi xidmətə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
İbrahim Soruşur Yazılma Tarixi:24.11.2017 11:04:54

Yanvarin 8 i Hara dusurlerr

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməyə müraciət edə bilərsiniz.
BAYRAM Soruşur Yazılma Tarixi:23.11.2017 17:56:12

Salam. Mene Sizden xais edirem mohlet huquna maili olub olmagim baresinde 167 boy 93 cek ile men mohlet huquna mailkiem yasadig rayon da men firkimce mohlet huquna maili olmaq ucun 104 kq olmaq lazim deyili men herbiye yarasiz olmaq istemirem sadece mohlet isteyirem 6 ay mudetinde zehmet olmasa men bu barede aydiniliq getirediniz

Qidalanmanın vəziyyətini qiymətləndirmək üçün bədən indeksindən (BÇİ) istifadə olunur. Boy ölçüsü - 167,0 sm, bədən çəkisi – 93 kq olduğu halda bədən çəkisi indeksi (BÇİ) 35,1 bərabər və 18-25 yaşlı şəxslər üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “ç” bəndinə əsasən “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları III dərəcəli alimentar piylənmə”yə aiddir. Əlavə olaraq bildiririk ki, hərbi xidmətə çağırış zamanı ilk dəfə III dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13 “ç” bəndi ilə 6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Zərurət olduqda, belə qərar təkrar çıxarıla bilər lakin, müalicə səmərəsiz olduqda, onlar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilərək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda qərar qəbul olunacaqdır. 
Orxan Soruşur Yazılma Tarixi:23.11.2017 17:02:36

Salam. 2017-ci ilin iyun ayında hərbi xidmət çağırıldım, tibbi komissiyadan keçmək üçün Respbilkasıya və başqa bir klinikadan mayinə edildim .Xayamın birin tamai ilə fəaliyyətsiz olduğunu məyyən edidiyin soylədilər.Bilmək istəyirəm mənə hərbi xidmətə yararlıyam?

Bir xayanın anadangəlmə, xəstəliklərə (qeyri-spesifik və xoşxassəli xarakterli), yaralanmalara və ya digər zədələnmələrə görə çıxarılmasından sonrakı yoxluğu hərbi xidmətkeçməyə, hərbi təhsil müəssisələrinə (hava-disant ixtisasından başqa) və hərbi liseylərə daxil olmağa mane olmur.
Rahim Soruşur Yazılma Tarixi:23.11.2017 14:28:59

Salam bilmək olar yanvar çağırışçılarının hansı hərbi hissədə xidmət edəcəyi və hansı qoşun növündə xidmət edəcəyi nə vaxt bilinəcək?

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməyə müraciət edə bilərsiniz.
Fayaz Soruşur Yazılma Tarixi:22.11.2017 19:45:47

Salam men herbi xidmete getmeye haziram ozumde idmanan mewgul olmuwam gulew fitnes ve herbi xidmetde M.A.X.E YADA GİZİR OXUYUB KURSDAN KECİB İWLEMEY İSTYREM boyumda var bedenimde var cekimde var herbi kamisyadan kecmiw tam saglam hec bir prablemim yoxdu bedenen elaqe elimin ustunde bide dirsey bukulen yerde 2capix var uwag vaxti olan biweydi 5 6 yawim var idi tikeni meftile olub yane baxan kimi bilinir meni psixatreya dispanserine gonderdiler get orda qal mende getdim cagiriwcilar ucun ayri bir yerdi bilirdim gedib gordum delilerin icinde saxliyirlar mende qalmadim normal insan nece delilerin icinde qalar men ozum ne arag icirem ne siqaret cekirem menim haqqimda ne istesezde soruwa bilersiz yawadigim unvanda mene o catmir normal insani delinin icinde nece saxliyarlar gece gelib qorxuzdursun nebilim ne cox weyler yane bu duzgun deil men sizden bir meslehet istyrem bawqacure bu arayiwla yane menim oxudugum yawadigim unvandan gelib soruwsunlar yada arayiw alsinlar bele olmaz ? Bir meslehet verin bu nece olacag?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə  təvəllüdünüz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Fayaz Soruşur Yazılma Tarixi:22.11.2017 19:32:59

Evala salam Yanvar prizivi hara duwduyunu internet ve sms vasitesi ile ne vaxt bilecek ? Zehmet olmasa sualima cavab veresiz

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməyə müraciət edə bilərsiniz.
Tural Soruşur Yazılma Tarixi:21.11.2017 21:55:01

Salam mən 10.11.2017 tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xidmətlə(işlə) bağlı poçt vasitəsilə yazılı müraciət göndərmişəm.Bilmək istərdimki,yazılı müraciətimə cavab göndəriləcək yoxsa internet vasitəsilə elektron müraciət göndərməliyəm.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxıldığına görə, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Qoşqar Soruşur Yazılma Tarixi:21.11.2017 20:43:24

Salam xahiş edirəm mənə köməklik edəsiz. Qardaşım soyadını dəyişdirib və diplomundada yeni soyadıdı və işini xarici magistra verib. Xarici şəxsiyyət vəsiqəsində soyadı dəyişmədiyinə görə yəni diplomdakınnan tutuşmadığına görə oradan arayış verə bilmirlər ki hərbi qeydiyyata alınma yerinə təqdim edək. Burdada hərbi qeydiyyata alınma yerindədə vaxtısada yanvara kimi uzatmırlar ki xarici şəxsiyyət vəsiqəsini dəyişək arayışı alaq təqdim edək. Yenədə xahiş edirəm bizə köməklik edəsiz.

Sizin ünvanladığınız suala dəqiq cavab verilməsi üçün qardaşınızın soyadını, adını, təvəllüdünü və Xidmətin qeydiyyatda olduğu idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir
Cədvəldə sətir sayı :14897