Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Zakir Soruşur Yazılma Tarixi:05.12.2017 12:01:34

Bir daha Salam men sualimi ikinci defe yaziram 30.05.1998 ci ilde Neftcala rayonun Qoltug kendinde dogulmusam yeni qeydiyyatda ordayam sadece bilmek isteyirem qan teziqi olan esger gede biler??

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmuş və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdiyi üçün, 2018-ci ilin yanvar çağırışında Siz qeydiyyatda olduğunuz Xidmətin Neftçala rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. Əlavə olaraq bildiririk ki, “Xəstəliklər cədvəli”nin I qrafası üzrə şəhadətləndirilən şəxslərdə hipertoniya xəstəliyinin diaqnozu stasionar müayinə və dispanser müşahidənin nəticələri ilə təsdiq olunmalıdır. Arterial hipertenziyanın ilk dəfə aşkar edildiyi və müşahidə müddətinin kifayət qədər olmadığı hallarda hipertoniya xəstəliyinin olması ixtisaslaşdırılmış bölmədə təsdiq edilməlidir. Hipertoniya xəstəliyinin bütün hallarında simptomatik hipertenziyalarla diferensial diaqnostika aparılmalıdır. Simptomatik arterial hipertenziyası olan şəxslər əsas xəstəliyə görə şəhadətləndirilirlər.
Tehran Soruşur Yazılma Tarixi:03.12.2017 15:23:13

Salam.Mən SHXÇÜDX-nə işə düzəlmək isdəyirəm. Zəhmət olmasa deyə bilərsinizmi buna görə hansı sənədlər tələb olunur.

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz.
İntiqam Soruşur Yazılma Tarixi:03.12.2017 01:01:33

salam))) qardaşımın əyağının altı düzdü, o dabanlı ayaqqabı geyinə bilmir. amma həkimlər yoxladılar, yalan gerçək deyirlər ki 3-cü dərəcəlidir, sənin əsgərliyə etməyin üçün problem yoxdur dedilər. bes o necə olur? bu adam dabanlı ayaqqabı geyinə bilmir, bəs o əsgərlikdə patinkanı necə geyinəcək? necə hərəkət edəcək? xahiş edirəm mənə bu barədə köməklik edəsiz...

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən: III dərəcə yastıayaqlılıqda (boylama içəri tağın bucağı 155 dərəcədən çoxdur, tağın hündürlüyü 17 mm-dən azdır) çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar. Əlavə olaraq bildiririk ki, çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Samir Soruşur Yazılma Tarixi:02.12.2017 19:51:08

Usaqin onurga sumuyunde 7 fayizli eyrilik var sa herbiye yararlidir yoxsa yararsiz ?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə övladınızın soyadı, adı, təvəllüdü və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir. Əlavə olaraq bildiririk ki, çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Zakir Soruşur Yazılma Tarixi:02.12.2017 19:02:25

Salam men sentyabrda Irana mualice ucun vaynkomatdan mohlet aldim 3ay getdim eslinde vaynkomat hesabina mualice olunmaliydim ne ise canlari sag olsun demek getdim mende Qan teziqi cixdi hekim dedi ki dermanini hemise ustunde gezdir yeni Qan teziqi olan yararsiz sayilir? Men esger getmek isteyirem ...19 yasim var artiq tibbi muayineden de kecende urek doyuntulerim cox cixdi ...

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdnüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir. Əlavə olaraq bildiririk ki, Siz, möhlət hüququnuz bitdikdə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Famiq Soruşur Yazılma Tarixi:01.12.2017 23:39:57

Mən Mirzəyev Famiq Namik oğlu 1985-ci ildə Lənkəran rayonunun Veravul kəndində anadan olmuşam.Orta məktəbi bitirdikdən sonra 2003-cu ildə indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi təyyarəçilik məktəbinə qəbul olunmuşam.İxtisasim Təyyarə və onun texniki istismarı ,raket və kosmos texnikası ixtisaslaridir. Rütbəm leytenantdir . ehtiyyatda olan zabitəm. Sizə müraciətim səfərbərlik xidmətinə xidmətə qəbul olunmaqdir.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Famiq Soruşur Yazılma Tarixi:01.12.2017 23:35:10

Mən Mirzəyev Famiq Namik oğlu 1985-ci ildə Lənkəran rayonunun Veravul kəndində anadan olmuşam.Orta məktəbi bitirdikdən sonra 2003-cu ildə indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi təyyarəçilik məktəbinə qəbul olunmuşam.İxtisasim Təyyarə və onun texniki istismarı ,raket və kosmos texnikası ixtisaslaridir. Rütbəm leytenantdir . ehtiyyatda olan zabitəm. Sizə müraciətim səfərbərlik xidmətinə xidmətə qəbul olunmaqdir.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Orxan Soruşur Yazılma Tarixi:01.12.2017 22:39:43

Salam, mən bilmək istəyirəm ki, könüllü surətdə əsgər getmək üçün mən nə etməliyəm? Hal hazırda mən Azərbaycan Dövlət Neft və Sənaye Universitetin 3.kurs tələbəsiyəm. Yanvar çağırışı ilə getmək üçün nə etməliyəm? Universiteti dondurub getmək istəyirəm. Əvvəlcə universitet ile danışmalıyam yoxsa nece?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.         Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Pərvin Soruşur Yazılma Tarixi:30.11.2017 23:22:30

Salam. Mən magistraturanı bitirdikdən sonra əyani formada doktoranturada təhsil almaq istəyirəm. Mövcud qanuna görə əyani formada doktoranturada təhsil alanlara möhlət hüququ verilir. Universiteti iyul ayında bitirirəm Lakin doktorantura üçün sənədlər ən yaxşı halda noyabr, oktyabr aylarında (müəssisədən asılı olaraq tarix dəyişir) qəbul edilir və qəbul imtahanları da həmin ərəfələrdə olur. Sizdən soruşmaq istədiyim odur ki, mənə möhlət hüququ veriləcəkmi?

Müraciətinizlə əlaqədar bildiririk ki, ali təhsil müəssisəsinin doktorantura  səviyyəsinə qəbul imtahanlarında iştirak etməyiniz barədə hər hansı sənədi Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra barənizdə qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilə bilər. 
Fatma Soruşur Yazılma Tarixi:30.11.2017 21:07:17

Salam,SHXÇDX Zaqatala rayon şöbəsində vakant yerler var?

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində mövcud olan ştat vahidləri və vakansiyaları haqqında məlumat xidməti xarakteri daşıdığı üçün açıqlanmır.
Cədvəldə sətir sayı :14897