Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
İbrahim Soruşur Yazılma Tarixi:18.12.2017 12:42:29

salam men yanvarin 8 i herbi xidmete gedecem ve bilmek isdeyiremki hara dusduyumu

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməyə müraciət edə bilərsiniz.
Orxan Soruşur Yazılma Tarixi:18.12.2017 11:36:51

Salam mən iyul çağırışçısı idim,səhətimdəki problemə görə 6 aylıq mənə möhlət verilmişdi.Dekabr ayında yenidən hərbi kamissiyadan keçdim cavabı necə öyrənə bilərəm.Qeyd edim həkim mənim sağlam olduğumu vurgulasa da qeydiyyatda olduğum Bərdə rayon kamisarlığı mənim xidmətə göndərmir.bu nə dərəcə düzgündür?

Məlum olmuşdur ki, Siz, 2018-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar Xidmətin Bərdə rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilmisiz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmisniz. Bildiririk ki, Siz 2018-ci ilin yanvar çağırışı zamanı ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqsınız.
Hüseyn Soruşur Yazılma Tarixi:18.12.2017 09:07:15

Öncəliklə salam mən xəstəliyim ilə bağlı hərbi xidmete getmek fikrim yoxdur hormonlarla elaqeli problemim var. mənə marağlıdırkı belə problemi olanları hərbi xidmətə aparırlar? Davamlı dərman istifadə etməliyəm əsgərliydə derman istifadəsinə icazə olsa təbii ki mənə getmək istərdim.

Bildirilir ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar.
Vüqar Soruşur Yazılma Tarixi:17.12.2017 18:54:38

Menim ovladim Silahli Quvvelerden 9-cu ayinda xestelik sebebi ile texris edildi. Xestelik sebebi 17B 2ci qrafa ile neticelenmishdir. Bildiyime gore, bu xestelikle texris olunanlar sigorta ve kompensasiya ile temin olunur. Bilmek isteyirem ki, hemin sigortani ve kompensasiyani hansi qurum temin edir ? Oglumun rutbesi esgerdir

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən hərbi xidmət dövründə xəstəliyə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək ehtiyata buraxılan hərbi vəzifələrə üç il müddətində əlillik təyin olunduqda sığorta ödənişləri verilir. Qeyd olunan Qanunun tələblərinə əsasən sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişləri Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən həyata keçirilir. Bu barədə Sizə əvvəlki müraciətinizlə bağlı cavab verilmişdir. Əlavə edirik ki, əlillik qrupları, əlilliyin səbəbləri, habelə onların başvermə müddətinin müəyyən edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyəti daxilindədir. 
Ramiq Soruşur Yazılma Tarixi:16.12.2017 20:34:14

yanvar ayında əsgər gedəcəm hara düşməyimi öyrənmək mümkündür

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməyə müraciət edə bilərsiniz.
Vüqar Soruşur Yazılma Tarixi:16.12.2017 00:22:02

Salam.Sualim işə qəbulla bağlidi.Elektron qaydada sənəd verməliyəm yoxsa Baş İdarəyə gəlib ərizə yazmaliyam?Öncədən təşəkkür

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, istəyinizdən aşlı olaraq müraciət edə bilərsiniz.
Əkbər Soruşur Yazılma Tarixi:15.12.2017 21:08:26

Salam.Mən Kolleci bitirdikdən sonra Hərbi çağırış barədə yoxlamadan keçdim.Xəstəliyim olduğu üçün Rayon və Mərkəzi Hərbi Komissiyasında xəstəliklə möhlət verildi.Amma hələ də hərbi biletimi almamışam.Bu haqqda məlumat verə bilərsiniz? Hərbi biletim Rayon Hərbi Komissiyasına göndərilib mi?

Məlum olmuşdur ki, Siz, Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz. Siz, müvafiq hərbi qeydiyyat sənədləri ilə təmin olunmağınız üçün Xidmətin Lənkəran rayon şöbəsinə müraciət etməlisiniz.
Şahin Soruşur Yazılma Tarixi:15.12.2017 15:38:11

Salam . Məni Hərbi Komisarlıqdan Gəncə şəhərinə Kardioloji xəstəxanaya göndərdilər müayinə üçün . Getdim çox aşağı xidmət və və müayinədə qeyri şəffaf keçirildi . Mənim Ürəyimlə bağlı mütəmadi narahatçılığım olur .Verilən Rəydən narazıyam .xaiş edirəm mənə köməklik göstərəsiniz .

Məlum olmuşdur ki, Siz, 2018-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar Xidmətin Göyçay rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilmisiz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmisniz.
Məqsəd Soruşur Yazılma Tarixi:13.12.2017 22:16:04

Mən Əfqanıstana yollanan sülhməramlılara könüllü olaraq necə qoşula bilərəm?

Sülhməramlı Qoşunlar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyində olduğu üçün qeyd etdiyiniz məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.
Vahid Soruşur Yazılma Tarixi:13.12.2017 14:16:21

Salam hər vaxtiniz xeir olsun.Men Dsx-da muqaile esasinda zabit vezifesində(leytenant)islemisem.Hal hazirda ehtiyatda olan zabitem.Seferberlik xidmetine ise duzele bileremmi zabit kimi?

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Cədvəldə sətir sayı :14897