Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rauf Soruşur Yazılma Tarixi:30.11.2017 14:04:04

Salam menim herbi biletimde 68ç 80ç maddeleri var. Xidmeti başa vurmuşam. 3 ile qeder yararlıdır yazılıb. Men polise işe düzele bilerem?

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən çağırış komissiyasının qərarı ilə razılaşmayan vətəndaşlar dövlət səhiyyə sistemində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəl müəyyən edilmiş diaqnoz dəyişdirildiyi halda, hərbi xidmətə yararlılıq kateqoriyasının təyin edilməsi məqsədilə hərbi-həkim komissiyası tərəfindən təkrar şəhadətləndirilə bilərlər. Təkrar tibbi müayinə zamanı yararlılıq kateqoriyasına uyğun olaraq, hərbi-həkim komissiyası tərəfindən qəbul edilmiş qərar hərbi vəzifəlilərin hərbi biletlərində qeyd edilir. Əlavə edirik ki, polis orqanlarına işə qəbul qaydaları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinə daxil deyil.
Orxan Soruşur Yazılma Tarixi:29.11.2017 10:16:07

Salam.23.11.2017-ci göndərdiyim sorğuya cavav verilib,lakin Mən İmişli rayonunda qeydiyyatda olduğum halda Cavab yazırsınız ki, Xidmətin Kəpəz rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilərək səhhətinizlə əlaqədar 16.11.2017-ci il tarixdə aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Halbuki,Mən 16.11.2017-ci il tarixdə heç bir dövlət müəssisəinə müayinəyə göndərilməmişəm.Odurki, xahiş edirəm bunu cavablandrasınız

Texniki səhvə görə Sizə yalnış cavab verilmişdir. Doğru cavab belədir: Bir xayanın anadangəlmə, xəstəliklərə (qeyri-spesifik və xoşxassəli xarakterli), yaralanmalara və ya digər zədələnmələrə görə çıxarılmasından sonrakı yoxluğu hərbi xidmətkeçməyə, hərbi təhsil müəssisələrinə (hava-disant ixtisasından başqa) və hərbi liseylərə daxil olmağa mane olmur.
Pərvin Soruşur Yazılma Tarixi:28.11.2017 20:51:31

Salam. Mən indi magistratura pilləsi üzrə ikinci kursda təhsil alıram. Magistraturanı bitirdikdən sonra əyani təhsilalma formasında doktorantura təhsili almaq fikrindəyəm. Bu mümkündürmü, hansı prosedurlarla həyata keçirilir? Qeyd edim ki, doktoranturaya sənəd qəbulu magistraturanın ikinci kursunu bitirdikdən sonra, ən tez halda noyabrın sonu, dekabrın əvvəllərində olur.

Müraciətinizlə əlaqədar bildiririk ki, ali təhsil müəssisəsinin doktorantura  səviyyəsinə qəbul imtahanlarında iştirak etməyiniz barədə hər hansı sənədi Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra barənizdə qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilə bilər. 
Leyla Soruşur Yazılma Tarixi:28.11.2017 12:42:45

Salam.Men ise qebul olunmaq haqqinda melumat almaq isterdim.Hansi senedler lazimdir?Poct vasitesi ile gondermek mumkundur?

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, vətəndaşlar işə qəbulla əlaqədar müraciət edirlər. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş vəzifələr üzrə vakant yerlər yoxdur.
Sübhan Soruşur Yazılma Tarixi:27.11.2017 22:49:38

Salam məndə 2sm-lik sinə dərinliyi mövcuddur.bu deformasiya məndə təngnəfəslik sinə sıxlığı yaradır.bu problemi olan kəslər hərbiyə yararlı sayılır?

Nəzərinizə çatdırırıq ki, müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) dəqiq göstərilməlidir. Əlavə olaraq bildiririk ki, Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilərək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda qərar qəbul olunacaqdır. 
Ramazan Soruşur Yazılma Tarixi:26.11.2017 14:48:00

Salam 1 yanvar 2018 ci ildə hərbi xidmətə çağrılmamış hansi bölüyə düşəcəyimi bilmək istiyirəm

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməyə müraciət edə bilərsiniz.
Nicat Soruşur Yazılma Tarixi:25.11.2017 18:45:24

Salam.Ekzema diaqnozu qoyulanda hərbi xidmətə yararlı sayılır?

“Kəskin və ya xroniki ekzema” (xəstəliyin yayılması və mərhəsindən asılı olaraq) diaqnozla şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 62-ci maddəsinin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” və ya “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilirlər. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
BAYRAM Soruşur Yazılma Tarixi:24.11.2017 21:07:22

SALAMAL.MEN SIZDE MOHLET HUQUNA MAILI OLUB OLMADIGIM OYREMEK ISTEYIREM MEN LAZIMI YERLERDE MOHLET HUQUNA MALIK OLDUGUM OYREMISEM AMAM MEN SHEKI RAYON SOBESI 93 KQ 167 BOY ILE MEN DEYIR KI SIZ 104 KQ OLMALISINIZ MEN ESKERLIK DEN YARASI ALAMAQ ISTEMIREM SADECE MOHLET ISTEYIREM 6 AY MUDETINDE MEN KIM MURACIYET ETMELYEM ?????Zehmet olmasa sualima cavab veresiz

Qidalanmanın vəziyyətini qiymətləndirmək üçün bədən indeksindən (BÇİ) istifadə olunur. Boy ölçüsü - 167,0 sm, bədən çəkisi – 93 kq olduğu halda bədən çəkisi indeksi (BÇİ) 35,1 bərabər və 18-25 yaşlı şəxslər üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “ç” bəndinə əsasən “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları III dərəcəli alimentar piylənmə”yə aiddir. Əlavə olaraq bildiririk ki, hərbi xidmətə çağırış zamanı ilk dəfə III dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13 “ç” bəndi ilə 6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Zərurət olduqda, belə qərar təkrar çıxarıla bilər lakin, müalicə səmərəsiz olduqda, onlar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilərək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda qərar qəbul olunacaqdır. 
Əliağa Soruşur Yazılma Tarixi:24.11.2017 19:34:50

Salam. Xahis edirem suali cavablandirasiniz. Men oktyabir ayinda Ismayilli rayonunda herbi hekim komissiyasindan kecdim ve yastipencelik ve dos qefesinde deformasiya ile xestexanadan saglamliq haqqinda arayis istediler. Xestexananin rengeninden kecdikde Travmotoloji hekim menfi rey yazdi o gunden bu gune vayenkomatdan bir xeber vermirler. Xahis edirem menim herbi xidmete yarali olub olmadigimi deyerdiz. Vayenkomatin bu qeder gec xestelik haqqinda xeber vermemesi teeccubludur. Bilmek isterdim herbi xidmete yararliyam ya yox?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Qoşqar Soruşur Yazılma Tarixi:24.11.2017 18:15:36

Salam mənim sualım ayın 21 yazılıb 22 si yazanların cavabı gəlir mənə niyə cavab gəlmir. Xahiş edirəm mənim suallarımı cavablandırasınız

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilərək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda qərar qəbul olunacaqdır. 
Cədvəldə sətir sayı :14897