Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Qoşqar Soruşur Yazılma Tarixi:21.11.2017 20:23:22

Salam sağ gözü 100 faiz sol gözü 40 faiz görmə dərəcəsinə malik şəxs hərbiyə yararlı hesab edilirmi?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilərək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda qərar qəbul olunacaqdır. 
Qoşqar Soruşur Yazılma Tarixi:21.11.2017 20:19:13

Salam xahiş edirəm sualımı ətraflı şəkildə cavablandırasınız. Belində 3milli boynunda isə iki yerində hərəsi 2milli protezyası olan şəxs hərbiyə yararlı hesab edilirmi?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilərək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda qərar qəbul olunacaqdır. 
BAYRAM Soruşur Yazılma Tarixi:21.11.2017 14:51:35

Salam.MEN MOHLET HUQUNA MAILIK OLUB OLMAMA BARESINDE SIZDEN MELUMAT ALMAQ ISTEYIREM 167 BOY 93 CEKIYE GORE MOHLET HUQUNA MALIKEM YOXSA YOX

Qidalanmanın vəziyyətini qiymətləndirmək üçün bədən indeksindən (BÇİ) istifadə olunur. Boy ölçüsü - 167,0 sm, bədən çəkisi – 93 kq olduğu halda bədən çəkisi indeksi (BÇİ) 35,1 bərabər və 18-25 yaşlı şəxslər üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “ç” bəndinə əsasən “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları III dərəcəli alimentar piylənmə”yə aiddir. Əlavə olaraq bildiririk ki, hərbi xidmətə çağırış zamanı ilk dəfə III dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13 “ç” bəndi ilə 6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Zərurət olduqda, belə qərar təkrar çıxarıla bilər lakin, müalicə səmərəsiz olduqda, onlar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilərək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda qərar qəbul olunacaqdır. 
BAYRAM Soruşur Yazılma Tarixi:21.11.2017 14:46:57

salam men sizden mohlet huquna mailik olub olmadigim oyremke istyeyirem 167 noy 93 cekiye mohlet huquna mailikdir

Qidalanmanın vəziyyətini qiymətləndirmək üçün bədən indeksindən (BÇİ) istifadə olunur. Boy ölçüsü - 167,0 sm, bədən çəkisi – 93 kq olduğu halda bədən çəkisi indeksi (BÇİ) 35,1 bərabər və 18-25 yaşlı şəxslər üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “ç” bəndinə əsasən “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları III dərəcəli alimentar piylənmə”yə aiddir. Əlavə olaraq bildiririk ki, hərbi xidmətə çağırış zamanı ilk dəfə III dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13 “ç” bəndi ilə 6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Zərurət olduqda, belə qərar təkrar çıxarıla bilər lakin, müalicə səmərəsiz olduqda, onlar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilərək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda qərar qəbul olunacaqdır. 
İbrahim Soruşur Yazılma Tarixi:21.11.2017 13:08:06

Salam kamisyadan bezi problemlere gore gele bilmedim ve yeniden cagiracaglar veya bile bileremki hara dusmusem? zehmet olmasa cavab verersiz?

Bildiririk ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində 2018-ci ilin yanvar çağırışına hazırlıq noyabr və dekabr aylarında başlanılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20  dekabr  2017-ci il tarixdə başa çatdırılır. Tibbi şəhadətləndirildikdən və öyrənildikdən sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Vüqar Soruşur Yazılma Tarixi:21.11.2017 10:51:15

Salam. Daimi qeydiyyatda olduğum yerlə faktiki yaşayış yerim fərqli olarsa, faktiki yaşadığım ərazi üzrə hərbi qeydiyyata durmalıyammı və bunu necə etməliyəm? Rüsum ödənilirmi və hansı müddət ərzində bunu etməliyəm? Təşəkkürlər

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata durmalıdırlar. Bu Qanunun 7.3-cü maddəsinə əsasən, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə məlumat verməlidirlər. Əlavə edirik ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.2.2-ci maddəsinə əsasən, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına görə otuz manat məbləğində cərimə edilir.
Azad Soruşur Yazılma Tarixi:20.11.2017 16:06:09

salam xidmet reisinin qebuluna nece yazilmaq olar?

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin «sual-cavab» bölümünə göndərdiyiniz  müraciətinizə  tərəfimizdən baxılmışdır.              Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi tərəfindən vətəndaşların qəbulu hər ayın sonuncu şənbə günü Xidmətin Aparatında həyata keçirilir. Qəbulda iştirak etmək üçün hər ayın sonuncu həftəsinin istənilən günü şəxsiyyət vəsiqəsi ilə birlikdə  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Aparatına gəlməli (Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva  küçəsi 30) və müvafiq qaydada qeydiyyatdan keçməlisiniz.
Elşən Soruşur Yazılma Tarixi:19.11.2017 12:34:23

Salam.Zəhmət olmasa mənim hərbi xidmətə yararlılıq katiqoryami bildirəsiniz öncədən təşəkkürlər.

Siz, möhlət hüququnuz bitdiyi üçün və 2018-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar, Xidmətin Kəpəz rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilərək səhhətinizlə əlaqədar 16.11.2017-ci il tarixdə aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Kəpəz rayon şöbəsinə daxil olduqdan sonra, Siz, həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.08.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Nicat Soruşur Yazılma Tarixi:16.11.2017 19:25:09

Salam. zxehmet olmasa etrafli cavab vererdiz. bundan evvel size yazmisam ancaq siz menim bildiklerimi cavab verdiz bu mene ehtiyac deyil men kamisyadan kecdim amma kamisyanin cavabi ile tam naraziyam ve istiyirem ki yeniden kamisyadan kecim.Mene 2 ci dereceli skalyoz derecesiynen yarasiz diaqnozu veribler 66 c maddesiynen. nece eliyim ki men yeniden kamisyadan kecim?? konullu herbi xidmete getmek istiyirem aparmillar

Təkrar bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövr üçün hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətin Beyləqan rayon şöbəsinə təqdim edildiyi halda mümkündür Əlavə olaraq bildiririk ki, hərbi xidmətə yararlılıq kateqoriyasından narazı olan ehtiyatda olan hərbi vəzifəlilər barələrində çıxarılmış qərara yenidən baxılması məqsədi ilə, ərazi üzrə məhkəmə orqanlarına müraciət edə bilərlər.
İsmayIl Soruşur Yazılma Tarixi:15.11.2017 18:14:31

Salam. Zəhmət olmasa deyə bilərsiz əlavə edilməli sənədlər siyahısına nəyə görə hərbi bileti əlavə etmək olmur?

Hərbi bilet əlavə etməyinizə ehtiyac yoxdur.
Cədvəldə sətir sayı :14897