Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Zaur Soruşur Yazılma Tarixi:15.11.2017 16:18:29

Salam , Mən 14.11.2017 -ci il tarixdə işlə bağlı Sizə elektron müraciət etmişəm amma müraciətimin elektron ünvaniniza catib catmadığı haqqında zəhmət olmasa məlumat verəsiniz?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi tərəfindən 24 iyun 2017-ci il tarixdə Xidmətin Aparatında keçirilmiş vətəndaşların qəbulu zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmaq istəyinizlə bağlı 2018-ci ilin yanvar ayında müraciət etməyiniz tövsiyə olunmuşdur. Nəzərə almağınız xahiş olunur.
Sərdər Soruşur Yazılma Tarixi:15.11.2017 15:23:08

Hərbi-həkim ekspertizası komisiyası təfəfindən 73 .maddəsinin c bəndinə əsasən hərbi xidmətə yararlıdır qərarı verilb( oktyabr 2017-ci ildə verilib) yendən noyabr ayında tibbi komissiyadan keçmək üçün çagırış vərəqəsi göndərilə bilər?. .

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Hüseyn Soruşur Yazılma Tarixi:15.11.2017 12:05:04

Salam aleykum.men ABDULLAYEV HÜSEYN YAŞAR OĞLU 15-MART-1999.men 2017-ci il aprel ayinda herbi xidmete getmeliydim. 2014cu il 19 noyabrda men exinakok qurd kistasina gore emeliyat olunmuwam ag ciyer xesteliyler instutunda.2017ci il fevralda zaqatala rayon sobesinde kamisiyadan kecdim ordan meni emeliyyat olundugum xestexanaya gonderdiler ordan cavablar tam sagalib geldi.ama vayankumatdan meni aprelda aparacaqlar desede aparmadilar may ayinda baki weherine siti qospitalina gonderdiler.orda hekimler mene dedilerki sagalibsan hec bir prablemim qalmiyib amma emeliyatin usdunden 3il kecmediyi ucun 6ay mohlet verdiler noyabrin 5-ne kimi ve dedilerki yanvarda kamisiyadan kececeysen ve esger gedeceysen.vayankumat meni noyabrin 20-si kamisiyadan kecmeye cagirib bilmey isdeyirdimki men esger gedecem yanvarda ya yox.qeyd edimki mende hecbir wikayet xesteliyle bagli narahatligim yoxdu tam sagalmiwam.xahiw edirem mene komey edin yanvarda meni aparsinlar.sagolun

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmuş və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdiyi üçün, 2018-ci ilin yanvar çağırışında Siz qeydiyyatda olduğunuz Xidmətin Zaqatala rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
ceyhun Soruşur Yazılma Tarixi:14.11.2017 17:33:15

salam men sizden xaiw edirem men oktiyarbir pirizivde gedeceydim qolimda qusur oldigna gore meni deri inusduduna gonderdiler onun cavabin bildirmiler xaiw edirem mene cavab veresiz gedecem ya yox

Nəzərinizə çatdırırıq ki, müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) dəqiq göstərilməlidir.
Nəriman Soruşur Yazılma Tarixi:14.11.2017 16:33:47

Salam. Mən 2017-ci ilin İyul ayinda əsgərlikdən qayıtdım...Sentyabrda evlənib şəx.vəsiqəni dəyişdim...Öidmət vaxti vəsiqənin nömrəsi 13820709 idi. Bazada dəyişildi? Ümummiyyətlə hərbidə olduğumu və başa vurduğumu təzə vəsiqə ilə göstərir?

Portala daxil olan müraciətinizə bağlı araşdırma zamanı məlum olmuşdur ki, Xidmətin Sumqayıt şəhər idarəsində hərbi qeydiyyatdan keçirsiniz və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid məlumat sistemində hərbi xidmət keçməyiniz barədə məlumat mövcuddur. Əlavə edirik ki, qeyd olunan sistemində vətəndaşların şəxsiyyət vəsiqələrinin seriya və nömrəsinin göstərilməsi mütləq deyil.
Təbriz Soruşur Yazılma Tarixi:13.11.2017 20:12:07

Mən gözümdə uzaqgörmə qüsuru olduğu və hal-hazırda əməliyyat olunmaq çün maddi imkanım olmadığı üçün hərbi xidmətə yararsız sayılmışam və mənə veriəcək hərbi biletdə yararsız yazılacağı deyilir. . Və bilmək istəyirəm ki, 35 yaşım tamam olana kimi nə vaxtsa lazımi maddi imkanı əldə etsəm və əməliyyat olunsam, könülü olaraq ərizə yazıb həqiqi hərbi xidmətə yaralı olduğumu sübut edərək yenidən hərbi xidmətə getməklə bağlı müraciət edə bilərəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövr üçün hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (şöbəsinə, bölməsinə) təqdim edildiyi halda mümkündür. Əlavə olaraq bildiririk ki, hərbi xidmətə yararlılıq kateqoriyasından narazı olan ehtiyatda olan hərbi vəzifəlilər barələrində çıxarılmış qərara yenidən baxılması məqsədi ilə, ərazi üzrə məhkəmə orqanlarına müraciət edə bilərlər.
Şamil Soruşur Yazılma Tarixi:11.11.2017 22:20:53

Salam, SHXÇDX (Xidmətin özündə) işə qəbul olunmaq üçün test mərhələsi və müsahibənin imtahan proqramlarını necə əldə edə bilərəm?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə və ya işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra namizədliyinizə baxıla bilər. Test imtahanında ümumi bilik səviyyəsi və dünya görüşü yoxlanılır.
Nərmin Soruşur Yazılma Tarixi:11.11.2017 21:09:21

Salam.Mən Səfərbərlik və hərbi xidmətə çağırış dövlət xidmətinin Sumqayıt filialında işləmək istəyirəm.Zəhmət olmasa işə qəbulla bağlı məluat verərdiniz.

Nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş vəzifələr üzrə vakant yerlər olmadığı üçün, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
Samiq Soruşur Yazılma Tarixi:09.11.2017 00:51:38

Mən xidmətə qəbulla bağlı müraciət etmişəm.Mənə imtahana çağıraılacağım və idman normativləri olacağı deyildi. Bilmək istəyirəm ki, test imtahanı nədən olacaq və nümunə sualları necə əldə edə bilərəm? Həmçinin birinci yaş qrupu üçün idman normativləri necədir? Öncədən təşəkkür edirəm.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, test imtahanında ümumi bilik səviyyəsi və dünya görüşü yoxlanılır. Müsabiqəyə dəvət olunmağınız barədə Sizə (telefon rabitəsi vasitəsi ilə) əlavə məlumat veriləcəkdir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Sizi narahat edən suallara aydınlıq gətirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı idarəsinə müraciət edə bilərsiniz. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
nadir Soruşur Yazılma Tarixi:06.11.2017 19:39:31

Novruzlu Kenan .............salam men oktyabr ayinda herbi xidmete gedecekdim ama meni 6 ay herbi xidmetden uzqlasdirdilar yeni men 6 ay sonra APRELDE gedecem ve meni saxlamaqlarinin sebebinide deyirem demeli menim 14-15 yasimda uzumde ve kureyimde sizanaqlar oldu buda narmal olan bir haldirki herkecde olur bu hallar demeli men bu sizanaqlari qurdaladim ve gun kecdikce bu hal mende artmaqa basali boyuk bir fesad yaratdi sonradan men gecde olsa bu meselenin uzelide mualice etdirdim ve sonradan sizanaqlar gedeni getdi yeri qalani qaldi ve bir iki side duyunkimi olaraq qaldi yeni sizanaqlarin yeri leke kimi qaldi ve bunuda rayonumuzun voyinkamadinda yoxlanisdan kecerkern gorduler ve yazdilar bakiya ZERIFE ELIYEVA adina deri zohrebi dispancerina burdada analiz verdim qandan ve herbi hekim mene baxis kecirdi yeni sadece gozleriyle baxdi ve mene 6-ay mualice yazdi hecbir sozde demedi sadece dedi get sene voyinkomatda deyerler burdada hecne demediler ne sebebe nedir bu mende ne askar edildi hecbir soz demediler men bilmek isdeyiremki nece olacaq bu susmaqin sonu men herbi xidmete gedecem ya yox

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, adınız, atanızın adı, təvəllüdnüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir. Əlavə olaraq bildiririk ki, Siz, möhlət hüququnuz bitdikdə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Cədvəldə sətir sayı :14897