Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rahib Soruşur Yazılma Tarixi:22.12.2017 18:05:40

Salam. Men yanvar ayında esgerliye gedirem. Amma nikadr qalıb işlemek isteyirem. Esgerlikde olanda neçenci ayımdan sonra işleye bilerem?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçəcəyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Nurlan Soruşur Yazılma Tarixi:22.12.2017 00:22:33

Salam.Mənə 05.01.2018 ə çağırış gəlib.Hara düşdüyümü necə öyrənə bilərəm?

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə mesaj vasitəsilə məlumatlandırılacaqlar.
Zakir Soruşur Yazılma Tarixi:21.12.2017 20:47:46

Salam men artiq size 2 ci defe sualimi unvanlayiram 1 ci sualda dogum yerimi yazmamisdim uzurlu sayin . Demek men Quliyev Zakir 30.05.1998-ci ilde Neftcala rayonunun Qoltug kendinde anadan olmusam mende qan teziqi var sadece bilmek isteyirem ki qan teziqi olan herbi xidmete yararsiz sayilir ?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmuş və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdiyi üçün, 2018-ci ilin yanvar çağırışında Siz qeydiyyatda olduğunuz Xidmətin Neftçala rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. Əlavə olaraq bildiririk ki, “Xəstəliklər cədvəli”nin I qrafası üzrə şəhadətləndirilən şəxslərdə hipertoniya xəstəliyinin diaqnozu stasionar müayinə və dispanser müşahidənin nəticələri ilə təsdiq olunmalıdır. Arterial hipertenziyanın ilk dəfə aşkar edildiyi və müşahidə müddətinin kifayət qədər olmadığı hallarda hipertoniya xəstəliyinin olması ixtisaslaşdırılmış bölmədə təsdiq edilməlidir. Hipertoniya xəstəliyinin bütün hallarında simptomatik hipertenziyalarla diferensial diaqnostika aparılmalıdır. Simptomatik arterial hipertenziyası olan şəxslər əsas xəstəliyə görə şəhadətləndirilirlər.
Əyyub Soruşur Yazılma Tarixi:21.12.2017 20:03:37

Salam men DSX də hərbi xidmətdəyəm məzuniyyətə gəlmişəm diplomumu almalıyam ama şəxsiyyət vəsiqəm hərbidə oldugundan ala bilmirəm , heç kəsə də etibarname verə bilmirəm , Hansı yolla diplomumu ala bilərəm ?

“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 18-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362-ci maddəsində nəzərdə tutulan şəxslər etibarnamələri təsdiq edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3.2-ci maddəsinə əsasən, hərbi qulluqçuların etibarnamələri, hərbi hissələrin, birləşmələrin, idarələrin və hərbi təlim məktəblərinin yerləşdiyi, lakin notariat kontorlarının və notariat əməliyyatları aparan digər orqanların olmadığı məntəqələrdə isə həmçinin fəhlə və qulluqçuların, onların ailə üzvlərinin və hərbi qulluqçuların ailə üzvlərinin bu hissənin, birləşmənin, idarənin və ya məktəbin komandiri (rəisi) tərəfindən təsdiqlənmiş etibarnamələr notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur.
Vahid Soruşur Yazılma Tarixi:21.12.2017 00:39:06

Bir daha salam.Rehimli Vahid yusif oglu.17.03.1992 tevellud.Ali tehsilliyem.2010 2014 cu illerde Azerbaycan texnolohiya univrrsitetini bitirmisem.bakalavr diplomla .2014de esgerlikde yevlax seherinde olmusam 2025.esgerliklen bir basa zabitlik kursunu oxuyaraq tam proqram uzre bitimisem.2015ci ilden leytenant rutbesini alaraq dsx sahil muhafizede leytenant kimi muqavile esasinda 1il yarim islemisem.muqavile bitdikden sonra isden ayrilmisam.hal hazirda ehtiyatda olan zabitem.sualim odurmi sizin quruma zabit kimi yani leytenant kimi duzele bileremmi?

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə qəbulla bağlı namizədliyinizə baxıla bilər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulu, keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrinə, eləcə də fiziki hazırlıq göstəricilərinə (qəbul olunmuş normativlərə) uyğun olaraq müəyyən edilir. Məlumat üçün bildiririk ki, test imtahanında ümumi bilik səviyyəsi və dünya görüşü yoxlanılır.
Ramazan Soruşur Yazılma Tarixi:20.12.2017 13:45:11

Salam 01.01.2018 tarixində hərbi xidmətə çağirirmişam hansi rayona düşdüyüm haçan bəlli olacaq 9100 mesaj göndərirəm cavab gəlir ki hələ məlum deyil

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə mesaj vasitəsilə məlumatlandırılacaqlar.
Rahim Soruşur Yazılma Tarixi:20.12.2017 12:27:37

1-Salam yanvar çağırışçıları hansı hərbi hissədə xidmət edəcəkləri nə vaxt bilinəcək. 2-çağırışçı qoşun növünü dəişə bilərmi

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə mesaj vasitəsilə məlumatlandırılacaqlar.
Rahim Soruşur Yazılma Tarixi:18.12.2017 21:59:12

Sosial şəbəkələrdə hərbi xidmətin orta təhsililər üçün 2 il,ali təhsililər üçün isə 1.6 il məlumatı yayılıb.Bununla bağlı nə deyə bilərsiniz?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 38.1.1-ci maddəsinə əsasən, dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə ali təhsili olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün – 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar üçün – 1 il 6 ay kimi müəyyənləşdirilmişdir.
Aleks Soruşur Yazılma Tarixi:18.12.2017 20:52:22

salam.4may 2018-ci ilde menim 18 yasim tamam olur. Men bilmek isteyirem ki menim 2018-ci ilin qebul imtahanlarinda istirak edib,ixtisas secimi ede bileremmi?xahis edirem menim sualimi cavablandirasiniz

Müraciətinizlə əlaqədar bildiririk ki, ali təhsil müəssisəsinin qəbul imtahanlarında iştirak etməyiniz barədə hər hansı sənədi Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra barənizdə qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilə bilər. 
Ramiz Soruşur Yazılma Tarixi:18.12.2017 20:52:00

Salam,axşamınız xeyir.Bilmək istəyirəm ki,ehtiyyatda olan gizir təkrar müdafiə nazirliyinə xidmətə çağrıldıqda,yəni Müdafiə Nazirliyindən Səfərbərlik və hərbi xidmətə çağrış üzrə dövlət xidmətinin rayon şöbələrinə məktub daxil olduqda bu bölmələr ehtiyyatda olan gizirin şəxsi işini müdafiə nazirliyinə göndərməlidirlər və ya BAŞ idarədən bu barədə yazılı icazə almalıdırlar?

Bildiririk ki, təkrar həqiqi hərbi xidmətə daxil olan ehtiyatda olan hərbi vəzifəlilərin şəxsi işlərinin göndərilməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölmələrinə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən və ya qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən məktub daxil olduqda Xidmətin yerli idarə, şöbə və ya bölmələri şəxsi işlərin tələb olunan ünvana göndərilməsi barədə müvafiq qərar qəbul edilməsi üçün Xidmətin Aparatına yazılı məruzə etməlidirlər. 
Cədvəldə sətir sayı :14897