Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Anar Soruşur Yazılma Tarixi:28.09.2017 17:06:06

Salam. Hərbi xidmətə çağırış zamanı 2017-ci ilin oktyabr ayına kimi möhlət götürmüşdüm xəstəliklə bağlı. Hərbi tibbi yoxlanış vaxtı bir neçə həkimə eləcə də bakıya tibbi yoxlanışa göndərdilər. Gəldikdən sonra hərbi komisarlıqdan dedilər ki, oktyabr ayında hərbiyə gedib getməməyin bilinmir. Dedilər bir də bakıya getməlisən orada yoxlanışdan keçib sağlam olduğun təsdiq olunduqdan sonra nə vaxt gedəcəyin bilinəcək. Dünən 27.09.2017 tarixində hərbi komisarlıqdan bir nəfər ilə bakıya gəldik (3 çağırışçı idik) və bir neçə tibbi müayinədən keçdik. (hansı xəstəxana, klinika və ya qosbital olduğunu bilmirəm) İndi mənə maraqlıdır bu müayinənin cavabı və bizim hərbiyə nə vaxt getməyimizlə bağlı cavab nə vaxt veriləcək? Və ümumiyyətlə tibbi yoxlanışdan sağlam olduğumuz təsdiq olunarsa dəqiq oktyabr ayında hərbiyə gedəcəyik?

Bildiririk ki, barənizdə  Xidmətin Samux rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz razılaşdırılmış qrafikə əsasən 27.09.2017 ci il tarixdə şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Şəhadətləndirilmə nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Rövşən Soruşur Yazılma Tarixi:28.09.2017 17:05:30

Salam.Mənim qolum funksiyalarını yerinə yetirir.Sadecə əyriliyi var.Səfərbərlik idarəsində səhlənkarlıq edirlər.Universitet bitirmişəm.İdmanla məşğul oluram.Bu yaramayan dedikləri qol ilə 150 160kq tyaqa edirəm.Mənə deyirlər xəstəsən qolunda problem var.Qismən əyriliyi var funksiyalarını yerinə yetirir.Səbail rayon seferberlik idaresinde səhlənkarlıq edirlər.Xaiş və tələb edirəm bu işlə məşğul olun.Mənim dayım Şəhid olub ondan ötrü yox ki mən fərari ya dezerti olum.....

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövr üçün hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətinin Səbail rayon idarəsinə təqdim edildiyi halda mümkündür. Əlavə olaraq bildiririk ki, hərbi xidmətə yararlılıq kateqoriyasından narazı olan ehtiyatda olan hərbi vəzifəlilər barələrində çıxarılmış qərara yenidən baxılması məqsədi ilə, ərazi üzrə məhkəmə orqanlarına müraciət edə bilərlər.
Elbrus Soruşur Yazılma Tarixi:28.09.2017 15:46:34

esgerliye cagirsim haqqinda

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Röyal Soruşur Yazılma Tarixi:28.09.2017 14:29:29

Salam. Müddətli hərbi xidmətə atasız və anası 2-ci qrup əlilliyi olan evin tək övladı yaralıdır mı? yararlıdırsa valideynindən minimum və ya maksimum neçə km uzağda xidmətdə ola bilər?

Bildiririk ki, valideynlərindən hər ikisi 2-ci qrup əlil olan çağırışçılara müddətli həqiqi hərbi xidmətə göndərilən zaman hər hansı güzəştin şamil edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda qeyd edirik ki, həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət  “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələblərinə əsasən verilir.
natiq Soruşur Yazılma Tarixi:28.09.2017 14:03:36

hərbi xidmətə hara düşmüşəm

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Rövşən Soruşur Yazılma Tarixi:28.09.2017 13:52:53

Salam.Men oktyabrda getmeliyem.Burada elektron xidmetlerde ve 9100ile yoxlamisam.Kecdiyim herbi xidmet yeri haqda melumat yazilmayib.Xahis bununla bagli melumat vererdiniz

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Hüseyn Soruşur Yazılma Tarixi:28.09.2017 03:14:19

Salam.Mən Cənnətov Hüseyn Nadir oğlu. Məni 26.09.2017 qospitala apardılar Suraxanı rayonu Hərbi komissarlığindan.Sualim budur ki, əvvəlki çağırişdaki kimi yenə məsuliyyətsiz davranıb çağırış müddətin sonunda mənə deyəcəklər ki bu səfər getmirsən qaldın gələn çağırışa? Sadəcə olaraq mənə dəqiq bir vaxt demədilər qərar nə vaxt çıxacaq (qeyd edim ki,tibbi yoxlanışın cavabını yəni hərbiyə yararlı olub olmadığımı).Sizə keçən dəfə yəni iyulda müraciət edəndən sonra qospitala aparacaqlari vaxt haqqında məlumatlandim, təşəkkür edirəm və yenə xahiş edirəm ki, yararlı olub olmadığımı da tez bir zamanda məlumat verəsiniz.Yararliyamsa oktyabr ayında hərbi xidmətə getməyim daha məqsədəuyğundur, çünki yuxarda qeyd etdiyim kimi iyulda getməyəcəyimi son anda xəbər verdilər.Bir vətəndaş kimi başa düşün məni xahiş edirəm tam qərar desinlər tez bir zamanda, çünki vaxtım boşa gedir.Təşəkkür edirəm.

Bildiririk ki, müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin qeydiyyatda olduğunuz Suraxanı rayon idarəsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.
İbrahim Soruşur Yazılma Tarixi:27.09.2017 22:45:21

Salam,mən elə indi öyrəndim ki,daxili qoşunlarda xidmət edəcəm.Xaiş edirəm bir az etraflı melumat verin,harada ?hansı bölmədə?Sağ olun

Qeyd etdiyiniz məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.
Samir Soruşur Yazılma Tarixi:27.09.2017 22:22:46

Hara duwduyum yer

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 30 sentyabr tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.  
Ümid Soruşur Yazılma Tarixi:27.09.2017 21:31:44

Salam.Mən 02.06.1999 cu ildə anadan olmuşam.Goranboy rayonunda qeydiyyatdayam.İyul cağırışında mənə çağırış vərəqəsi gəlmişdi.Yoxlanışdan keçəndə mənə hərbi xidmətə yararsız olduğumu bildirdilər və hərbi xidmətə aparmadılar.Daha sonra bu yaxınlarda Bakıya göndərdilər ordada müayinədən keçdim ancaq mənə heç bir söz demədilər.Haqqımda hansı qərarın qəbul olunduğunu bilmək isdiyirəm.Əvvəlcədən təşəkkürlər.

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz razılaşdırılmış qrafikə əsasən 26.09.2017 ci il tarixdə şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Şəhadətləndirilmə nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Cədvəldə sətir sayı :14897