Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
elvin Soruşur Yazılma Tarixi:29.08.2017 23:14:24

salam men milli aviasiya akademiyasinda tehlukesizlik fakultesini oxuyuram orani qurtardiqdan sonra herbi xidmetde zabit kimi fealiyyet gosdere bilerem?? evvelceden tewekkurler

Zabit kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Xamməd Soruşur Yazılma Tarixi:28.08.2017 16:19:10

Çagırışçı hərbi xidmətə çağırıldığı zaman, qeydiyyatda oldugu ərazi üzrə xəstəxanada tibbi yoxlanışdan keçir və tibbi cəhətdən nöqsan aşkar olunduqda, Hərbi Komisarlıq tərəfindən müəyyən edilmiş Bakı şəhər xəstəxanasında 2ci defe tibbi müayinədən keçir. Bir neçə gün sonra tibbi müayinənin cavabı ( baş həkimin rəyi) Hərbi Komisarliğa göndərilir. Çagırışçının həmən tibbi müayinənin ( baş həkimin rəyi) cavabını görmək haqqı, hüququ varmi? Həkimin rəyini Komisarlıqdan tələb edə bilər?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə  təvəllüdünüz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Tural Soruşur Yazılma Tarixi:27.08.2017 19:18:54

Salam. Men Size 07.08.17ci II tarixində ise qebulla bagli senedlerimi teqdim etmisem. Hal hazirda ehtiyatda olan zabitem. Senedlerimin qebulu ile bagli melumat vererdiz zehmet olmasa.

Bildiririk ki, 01.02.2017-ci il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün, Sizin yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Ramin Soruşur Yazılma Tarixi:26.08.2017 20:04:29

salam, 2016-cı ilin oktyabr ayında sizi xidmətin imtahaninda iştirak etdim, keçid balın keçə bilmədiyim üçün kəsildim. təkrar imtahanda iştirak etmək üçün sorğu göndərsəmdə novbəti dəfə imtahanda iştirak etməyim məqsədə müvafiq hesab edilmədi. 2017-ci ilin əvvəlində xidmət rəisi cənab general-leytenant Arzu Rəhimov vətəndaşların qəbulu ilə bağlı rayonumuzda olanda mən qəbula girdim. Cənab general-leytenant Arzu Rəhimov bildirdiki təkrar 1 ildən tez imtahan verə bilməzsan. Mənim bu ilin oktyabr ayinda təkrar sizin xidmətə imtahanda iştirak etmək üçün sənədlərimi göndərə bilərəm? Xahiş edirəm sualımı cavablandırasınız.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına göndərdiyiniz ərizəyə tərəfimizdən baxılmışdır. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətlərin sayı hal-hazırda çox olduğundan vətəndaşların bu məzmunda ərizələrinə baxılması 2017-ci ilin noyabr ayınadək müvəqqəti olaraq dayandırılmışdır. Göstərilən müddət bitdikdən sonra, istəyinizdən asılı olaraq Sizə yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət etmək tövsiyə olunur.
Elşən Soruşur Yazılma Tarixi:26.08.2017 15:59:49

Salam menim müveqqeti yarasizliq katiqoryamın vaxdı nə vaxt bitir?

Sizə müalicə üçün verilmiş möhlət hüququ 2018 ci ilin yanvar ayında bitir.
Rüfət Soruşur Yazılma Tarixi:25.08.2017 22:52:58

Salam,men 2016cı ilde universiteti bitirdim ve hemin il mene çagırış geldi,lakin ciyerimde soyuqlama oldugu üçün mene 3illik yararsız bilet verildi.men indi tamamen sagalmışam ve hekim deyrki esgerliye tam yararlısan,amma üç ilim tamam olmadıgı üçün mene çagırış gelmir. Mümkündürmü mene bu ilin oktyabr ayı üçün yeniden çagrış gelsin ve men herbi xidmete gedim?mümkündürse ne etmeliyem,hara müraciet etmeliyem?

Bildiririk ki, dövlət səhiyyə sistemi və digər tibb müəssisələrində müayinə və müalicə nəticəsində Sizə təyin edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz halda, təkrar tibbi şəhadətləndirilmə zamanı sağlam hesab edilərək, ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırıla bilərsiniz. 
Cəmil Soruşur Yazılma Tarixi:22.08.2017 20:19:39

Salam.Menim 18 yaşım tamam olub və mən kollecə qəbul olmuşam .Bilmək istərdim ki, mən i əsgər aparacaqlar yoxsa möhlət verəcəklər.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.3-cü maddəsinə əsasən orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Bəhruz Soruşur Yazılma Tarixi:22.08.2017 13:26:57

Salam. Hərbi bilet itibsə onu almaq prosedurası neccədir? birdə bununla bağlı hər hansı rusum ödənilirmi?

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinasız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsinə əsasən 50 manat cərimə) tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir. Hərbi biletin korlanma və ya itirilmə şəraitinin yoxlanılması və təkrar (yeni) hərbi biletin verilməsinə əsas verən sənədlərin toplanılması müddətində hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir. 
Şəfa Soruşur Yazılma Tarixi:21.08.2017 19:50:27

Anadan gelme gözü çep ve gözüne göre pensiya alan şexs esgerliye yararlidir

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Çağırışçı , qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilərək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda qərar qəbul olunacaqdır. 
Rüfət Soruşur Yazılma Tarixi:21.08.2017 12:18:29

Salam. Mənim 21 yaşım var. Hal hazırda universiteti bitirmişəm və təhsilimi xaricidə davam etdirəcəm. Xaricdəki Təhsil Müəssisəsinin qəbul sənədini Hərbi Çağırış üzrə komissarlığa təqdim etmişəm. (Sənəd Natariusda tərcümə təsdiq olunmuş şəkildə) Sentyabr ayının 1 i Xaricdə universitet qeydiyatinnan keçmeliyem. Bilmək istərdimki bununla bağlı qanun nece tənzimlənir? Diqqətinizə görə təşəkkürlər.

Bildiririk ki, xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.    Qeyd edirik ki, növbəti çağırışa cəlb olunmanız üçün 25.08.2017-ci il tarixdə Xidmətin Sumqayıt şəhər idarəsinə gəlməyiniz zəruridir.Tibbi müayinənin nəticələrinə əsasən barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Cədvəldə sətir sayı :14891