Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ƏBDUL Soruşur Yazılma Tarixi:03.03.2017 21:21:33

salam mene aprelin 3-ne cagriw gelib hara duweceyimi hacan bilecem ???

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 31 mart tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Yadigar Soruşur Yazılma Tarixi:03.03.2017 11:18:32

Salam. Mən 8 fevral tarixində SHXÇDX- nın Mərkəzi Həkim Komissiyasinda oldum.Alınan qərar barəsində məlumat almaq istəyirəm.Yararsız qəbul ediləcəyim təqdirdə hərbi bilet hansı müddət də verilir ? Hərbi bilet verilənə qədər onu əvəz edən sənəd və ya arayış əldə etmə imkanım varmı ? Bu mövzu ilə əlaqəli öncə də yazmışdım.Xahiş edirəm cavablayasınız.

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, qeyd olunan məsələ ilə bağlı Sizə məlumat verilməsi üçün hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməlisiniz. Nəzərinizə çatdırırıq ki, hərbi bilet hərbi qeydiyyat məlumatları tam toplan-dıqdan sonra verilir. Hərbi bilet itirildiyi və ya korlandığı halda, hərbi vəzifəlilərə üç ay müddətinədək hərbi bilet əvəzi arayış verilir.
ELNUR Soruşur Yazılma Tarixi:02.03.2017 12:48:29

Salam belde yirtiq 3.5mm xidmete yararli hesab oluna biler hekim reyinden sonra.Belde yirtiq nece mm olanda yararli hesab olunur.Ayaqinda agrilar olur.Xaiş edirem bel yirtiqinda xidmete yararliliq derecelerin deyesiniz.

Yırtıq olduqda “Xəstəliklər cədvəli”nin I-III qrafaları üzrə şəhadətləndirilənlərə cərrahi müalicə təklif olunur. Uğurlu müalicədən sonra onlar hərbi xidmətə yararlıdırlar. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Xalıd Soruşur Yazılma Tarixi:01.03.2017 22:13:14

Salam. men 31.05.1998 ci ilde anadan olmusam men 2016 ci ilin iyul ayinda heqiqi herbi xidmete cagirildim ve hekim muainesinden kecdikden sonra artiq ceki olduguna gore gelen cagirisa kimi mohlet verdilerki ariqlayam ama yene cagirisda xestexanaya yonlendirdiler ve mene 4 cu qrup piylenme diaqnozu qoyuldu yene novbeti cagrisa kimi mohlet verdiler ama cagirmadilar indi men gozleyirem meni 2017 ci ilin aprel ayinda cagiracaglar ve birde herbi biletimi ala bileceyemmi? Cunki xarici pasport duzeltmeliyem mence cagrisci oldugma gore vermezler xais cavablandirin

Müəyyən edilmişdir ki, Siz 21.09.2016-cı il tarixdə Xidmətin Mərkəzi hərbi həkim  komissiyasının qərarı ilə  “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən “6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmisiniz.          Bildiririk ki, Sizə verilmiş möhlət müddəti bitdikdən sonra Xidmətin qeydiyyatda olduğunuz Cəbrayıl rayon bölməsinin çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar baxılacaqdır.
Pərvin Soruşur Yazılma Tarixi:26.02.2017 23:24:00

salam men 13.06.1999 ilde anadan olmusam . Men 2016 -ci ilde mektebi bitirmisem . Hemin il qebul imtahaninda istirak edib kesilmisem.men 2017 iyul ayinda herbi xidmete cagirilacam . Men qebul imtahaninda yeniden istirak ede bileremmi? kesilenlerin imtahani yeqin ki may ayinda olacaq . men imtahan versem cavablarim gozlenilecekmi?

Bildiririk ki, 18 yaşı 2017-ci ilin iyun ayında tamam olan vətəndaşlar həmin ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqlar. Əlavə olaraq qeyd edirik ki, 2016-cı ildə respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək şansı olmuş çağırış yaşlı vətəndaşlara qəbul imtahanlarında iştirak etmək üçün təkrar şans verilmir.
Eyyub Soruşur Yazılma Tarixi:26.02.2017 13:09:31

salam mene 2017 aprel ayinin 1 ine cagiriw gelib baki seheri nizami rayonuna qeydiyyatdayam burada sistemde axtariram deyilirki uygun cagirisci tapilmadi xaiw edirem menim harada xidmet edeceyimi bilmeyim ucun mene komeklik edesiz adim eyyub soyadim sadiqov atamin adi vasif doguldugum tarix 25fevral 1999 xaiw edirem komeklik edesiz

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 31 mart tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Rəhim Soruşur Yazılma Tarixi:22.02.2017 12:25:20

Salam. Ümumvətəndaş pasportumun dəyişdirilməsi üçün ASAN xidmətə müraciət etdim, hərbi bilet vəya hərbi komissarlıqdan hərbi xitməti başa vurmağımla bağlı şəkilli arayış gətirməyimi tələb etdilər. Qeyd olunan arayışın komissarlıq tərəfindən verilməsinin mümkünlüyü haqqında məlumat verməyinizi xahiş edirəm. Əgər belə bir şey mümkündürsə hansı formada və hara müraciət etmək lazımdır?

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, hərbi bilet itirildiyi və ya korlandığı halda, hərbi vəzifəlilərə üç ay müddətinədək hərbi bilet əvəzi arayış verilir. Qeyd olunan məsələ ilə bağlı Sizə köməklik göstərilməsi üçün hərbi qeydiyyatda olduğunuz Xidmətin Siyəzən rayon bölməsinə müraciət etməlisiniz.
Yadigar Soruşur Yazılma Tarixi:21.02.2017 15:20:05

Mən 8 fevral tarixində səhhətimdəki problemlərə görə SHXÇDX nin Mərkəzi Həkim Komissiyasina təqdim edildim. Qəbul edilən qərar haqqında məlumat almaq istəyirəm.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Elşad Soruşur Yazılma Tarixi:19.02.2017 10:52:38

Salam. Mən ali təhsilliyəm ancag 2014-cü il iyulda 80c maddəsi ilə hərbi xidmətə yararsız sayılmışam. Bilmək istəyirəmki SHXÇDX-nə mülki işə qəbul üçün sənədlərimi verə bilərəmmi? Yoxsa hərbi xidmət vacibdir? Xahiş edirəm məlumat verərdiz.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həqiqi hərbi xidmət keçmiş, sağlam vətəndaşlar müsabiqə (test imtahanı) və müsahibə yolu ilə təhsilinə, ixtisasına uyğun vakant vəzifələrə işə qəbul olunurlar. Nəzərə almağınız tövsiyə olunur.
MÜBARİZ Soruşur Yazılma Tarixi:15.02.2017 18:54:11

Men xarici pasport almaq isteyirem ama esgerliye getmemisem 22yasim var mohlet veribler. Vaekomatdan hansi senedi almaliyam xarici pasportu almaq ucun ve olkeden cixis ucun vaenkomata her hansi arayis senet vermeliyem?zehmet olmasa cavab yazardiz.

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququna malik olan vətəndaşlar xarici pasport almaq üçün aidiyyəti üzrə müraciət edə bilərlər.
Cədvəldə sətir sayı :14897