Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
RƏŞİD Soruşur Yazılma Tarixi:15.02.2017 14:28:10

Salam menim sualim budur bilmek isdeyirem menim atam almasov sabir xudaverdi oglu 12 ilden yuxaridi yardimli rayon seferberlik idaresinde surucu iwledi ve o 03 01 2017 ci ilde saat 16.40 radelerinde dunyasini deyiwdi bilmek isdeyirem ona sugorta ve ya her hansi komekliy olunur mu seferberlik nazirliyunden

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytına ünvanladığınız müraciətə baxılmışdir. Məlumat üçün bildiririk ki, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının üç misli miqdarında müavinət ödənilir. Müavinətin ödənilməsi üçün tələb olunan sənədlər(SHXÇDX rəisinin adına ərizə, ölüm haqda şəhadətnamənin surəti və ölüm haqda şəhadətnaməni verən orqan tərəfindən arayış, dəfn mərasimini təşkil edən şəxs barədə yerli icra orqanı tərəfindən arayış , dəfn mərasimini təşkil edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilməlidir.
Əlişan Soruşur Yazılma Tarixi:14.02.2017 22:30:38

Salam, Mənim görüş qabiliyətim zəifdir. Hal-hazırda iki gözüm də -6 dır. Bilmək istəyirəm Hərbi xidmət üçün yararlı statusu daşıyıram yoxsa yararsız? Bildiyim qədəri ilə -7 də yararsız statusu verilir düzdür?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. Əlavə olaraq bildiririk ki, çağırışçıların eynək taxması xüsusi qoşun növləri istisna olmaqla digər qoşun növlərində həqiqi hərbi xidmət keçməyə maneçilik törətmir.
Elnur Soruşur Yazılma Tarixi:13.02.2017 20:52:44

Salam. Mən Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində gizirlik kursunu oxumaq istəyirəm. Bilmək istəyirəm ki növbəti gizirlik kursu hansı ayda başlayır?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla) könüllü daxil olurlar. Nəzərinizə çatdırırıq ki, “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi, kurslara qəbulun qayda və şərtləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Odur ki, SQ TTM-də təşkil ediləcək növbəti kursda oxumaq üçün adınızın namizəd kimi siyahıya salınması və tələb olunan sənədlərin hazırlanaraq təqdim edilməsi üçün qeydiyyatda olduğunuz yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməlisiniz.
Ceyhun Soruşur Yazılma Tarixi:13.02.2017 00:48:48

Seferberlik ve Herbi Xidmete Cagiriş üzre Dövlet Xidmetinin yaranmasin 5 ci il donumunu tamam olmasi munasibet ile Butun işcilerı oz adimdan tebrik edrem.Onlarin Xalqimizin qaygisina qalmasini ve nece mehribanliqla qarwilamasinin defelerle wahidi olmuwam.Esl Vetenperver insan simalari Bu Xidmet sahesinde ozunu daha qabariq gosterir.Hemcinin Mende ozumu Sizlerin Sirasinda gormek umidi Ile yawayram...

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar həftənin tək günləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı idarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulu, keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrinə, eləcə də fiziki hazırlıq göstəricilərinə (qəbul olunmuş normativlərə) uyğun olaraq müəyyən edilir. Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edildiyiniz təqdirdə Siz Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalısınız.
Ramil Soruşur Yazılma Tarixi:09.02.2017 01:50:55

Salam her vaxtniz xeyir 07.03.2016 ci ilde herbi xidmete dinc dovurde yararli muharibe dovrunde yararli çixmiş bir nefer yeniden konullu şekilde erize yazaraq herbi xidmete gede bilermi ???

Nəzərinizə çatdırırıq ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə uyğun olaraq, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatanadək hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.  Odur ki, Siz təkrar tibbi müayinə zamanı hərbi xidmətə yararlı hesab edildiyiniz halda, ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılacaqsınız. 
Yasər Soruşur Yazılma Tarixi:05.02.2017 11:24:03

Salam.Mən universiteti 7 aydan çoxdur ki bitirmişem ve o müddətdən bir neçə dəfə yoxlanışa gönderilmişem.Bilmek isteyirem bu iş niye bu qeder uzanır?

Bildiririk ki, Siz Xidmətin Biləsuvar rayon şöbəsində tibbi şəhadətləndirilmiş və zərurət yarandığı üçün əlavə tibbi müayinəyə göndərilmisiniz. Müayinənin nəticəsi ("Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı") Xidmətin biləsuvar rayon şöbəsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. 
Yasər Soruşur Yazılma Tarixi:05.02.2017 10:28:18

Salam.Mən 15 iyul 1994-cu il tarixinde Bilesuvar rayonunda anadan olmuşam.SHXÇDX-nin Bilesuvar rayon şobesi menim esger olmaq arzuma çatmağımıi gecikdirir.2012-2016-ci illerde BDU-de tehsil almişam.Universiteti bitirmeyimden 7 aydan çox muddet keçmesine baxmayaraq menim herbi xidmete yararli olub-olmamagim helede deqiqleşdirilmeyib.Mən nə etməliyəm?

Bildiririk ki, Siz Xidmətin Biləsuvar rayon şöbəsində tibbi şəhadətləndirilmiş və zərurət yarandığı üçün əlavə tibbi müayinəyə göndərilmisiniz. Müayinənin nəticəsi ("Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı") Xidmətin biləsuvar rayon şöbəsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. 
İlkin Soruşur Yazılma Tarixi:01.02.2017 14:01:46

Salam. Mən hərbidə maxe kimi qulluq etmək istəyirəm. Bunun üçün hara və hansı sənədlərllə yaxınlaşmalıyam. Yaşım 36 Bakı qeydiyatı. Təşəkkürlər.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizlyi Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz yuxarıda qeyd olunan müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Gülnar Soruşur Yazılma Tarixi:31.01.2017 21:58:48

salam men 19yanvarda seferberlık işe qebul ücün imtahan verdım intahanda bıze dedılerkı müvafıq regıonal komısarlıga mektubla cvb verılecek men komısarlıqla elaqe saxlayıram mene deyılırkı mektub gelmeyıb bilmek isteyırem netıcem nedı? netıceler26da bılınecekdı xaiş edırem cvblandırın qebeleden yazıram sıze

Nəzərinizə çatdırırıq ki, 19.01.2017-ci il tarixdə keçirilmiş müsabiqənin nəticələrinə əsasən Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Ramin Soruşur Yazılma Tarixi:31.01.2017 15:08:04

Salam,oğlum bu yaxınlarda məzuniyyətə gəlməlidir,biz Lənkəran rayonunda qeydiyyatdayıq amma Bakı şəhərində yaşayırıq.Bizə burda deyiblərki, məzuniyyətə gəldikdə qeydiyyatda olduğu rayon hərbi komisarlığında qeydiyyatdan keçməlidir.Biz rayonda yaşamırıq və oğluma 10 gün məzuniyyət vetlrilir onunda iki günunu yollarda keçirməlidir?Xaiş edirəm bu barədə bizə bir məlumat verərdiz.

Bildiririk ki, hərbi qulluqçular məzuniyyətin keçirildiyi yerə çatan kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qeydiyyatda olduğu  yerli idarə, şöbə və ya bölməsinə məzuniyyət biletini (vəsiqəsini) təqdim edərək hərbi qeydiyyata durmalı, qayıdanda isə qeydiyyatdan çıxmalıdırlar. 
Cədvəldə sətir sayı :14897