Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Fuad Soruşur Yazılma Tarixi:05.01.2017 21:33:54

Salam xaiw edirem meni ne vaxt esger aparacaqlar diesiz

Bildiririk ki, övladınız haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda, Xidmətin qeydiyyatda olduğu idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.            
Sevil Soruşur Yazılma Tarixi:05.01.2017 16:52:51

salam menim oglum 16.12.1998 il təvəllüdür.ona yanvar çağırışına çagırıç vərəqi verilib.Amma internet səhifəsində və sms ilə adi çıxmır.

Bildiririk ki, övladınız haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda, Xidmətin qeydiyyatda olduğu idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.            
Aygül Soruşur Yazılma Tarixi:05.01.2017 13:31:41

salam mən 20.11.2016 ci ildə sənədlərimi işə qəbulçün herbi komissarlığa vermişəm.. bilmək istəyirəm imtahan nə vaxt olacağ? təxminən neçə aydan sonra keçiriləcək?

Nəzərinizə çatdırırıq ki, işə qəbul ilə əlaqədar müsabiqənin (test imtahanının) keçirilməsi barədə Sizə məlumat veriləcək.
Fuad Soruşur Yazılma Tarixi:04.01.2017 23:24:01

Salam mən oktyabir priziviydim yanvara qaldim xaiş elirem men esger ne vaxt gedecem diyesiz?

Bildirik ki, sualınızla bağlı araşdırma aparılması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz. 
Fuad Soruşur Yazılma Tarixi:04.01.2017 23:07:08

Salam mən oktyabir priziviydim yanvara qaldim xaiş elirem men esger ne vaxt gedecem diyesiz?

Bildirik ki, sualınızla bağlı araşdırma aparılması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz. 
Fuad Soruşur Yazılma Tarixi:04.01.2017 23:01:22

Salam mən oktyabir priziviydim yanvara qaldim xaiş elirem men esger ne vaxt gedecem diyesiz?

Bildirik ki, sualınızla bağlı araşdırma aparılması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz. 
İlkin Soruşur Yazılma Tarixi:04.01.2017 22:57:34

Alerjik Bronxit xesdeliyi olan sexsler herbi xirmete yararli sayilir ? ya yox ? Xaiyiw cavablayin.

Çağırışçıların tənəffüs orqanlarının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 49-53-cü maddələrinin I qrafasının tələblərinə əsasən tənəffüs çatışmazlığı dərəcələrinin göstəricilərindən, xəstəliyin gedişindən asılı olaraq aparılır. Toksiko-allergik təsirlərdən, kəskin allergik bronxit xəstəlikdən, digər xarici amillərin təsirindən sonra hərbi xidmətə və hərbi uçot ixtisası üzrə xidmətə yararlılıq kateqoriyası, xəstəliyin nəticəsindən və zədələnmiş orqan və ya sistemlərin funksiyalarının pozulma dərəcəsindən asılı olaraq “Xəstəliklər cədvəli”nin müvafiq üzrə təyin edilir. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Ceyhun Soruşur Yazılma Tarixi:04.01.2017 15:58:23

Salam, mən hərbi xidmətdə olmamışam və növbəti ildən magistr təhsilim üçün xarici ölkəyə gedəcəm. Bunun üçün gərəkən Xarici pasport və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon Şöbəsindən möhlət almalıyam.Həmən möhləti əvəzimə şəxsiyyət vəsiqəmi istifadə etməklə yaxın qohumlarım ala bilərmi? Diqqətiniz üçün öncədən minnətdaram.

Bildiririk ki, xarici ölkələrin ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul olan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
Əfşan Soruşur Yazılma Tarixi:03.01.2017 22:32:42

Salam. Mən 26.10.2016 cı ildə imtahanda oldum və kəsildim. Bilmək isdəyirəm mən yenidən imtahan verə bilərəmmi? Zəhmət olmasa ətraflı məlumat verərdiz.

Bildiririk ki,  Respublikanın ali məktəblərinə qəbul imtahanlarında artıq bir dəfə iştirak etmiş vətəndaşlara həqiqi hərbi xidmətə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.    
Nurlan Soruşur Yazılma Tarixi:03.01.2017 19:26:38

evela salam bilmek olar 600 sayli herbi hise harda yerlesir dosdum ora dusub

Qeyd etdiyiniz məsələ ilə bağlı çağırışçının xidmət edəcəyi qoşun növünə müraciət etməyiniz tövsiyə olunur. 
Cədvəldə sətir sayı :14891