Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Şahin Soruşur Yazılma Tarixi:25.01.2017 09:41:07

Salam. Mən AR SQ sıralarında müddətli həqiqi hərbi xidmət keçmişəm (tağım komandiri vəzifəsində). Texris olunanda üzülüşmə hesabı tam ödənilməyib. Bu məsələ ilə bağlı hara müraciət edə bilərəm?

Bildiririk ki, üzlüşmə hesabı ilə bağlı aidiyyəti üzrə qulluq (xidmət) etdiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tabeliyində olan hərbi hissələrin komandirlərinin nizami hissə üzrə əmrləri həmin orqanların arxivlərində saxlanılır. Odur ki, müraciətdə qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanına və ya hərbi hissə komandanlığına  müraciət etməyiniz tövsiyə olunur.
Məmməd Soruşur Yazılma Tarixi:22.01.2017 20:35:42

Salam mən ehtiyyatda olan zabitən yenidən hərbi xidmətə qayidmaq üçün hara müraciət etməliyəm

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Odur ki, qeyd etdiyiniz məsələylə bağlı aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.  
Mehriban Soruşur Yazılma Tarixi:22.01.2017 18:50:23

Salam. Bir gənc oğlan 27 yaşınadək iki dəfə hərbi həkim ekspirtizasının rəyinə əsasən səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasına dair qərar qəbul olunmuşsa,üçüncü dəfə o hərbi həkim ekspirtizasına göndərilməlidir

Nəzərinizə çatdırıram ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
Orxan Soruşur Yazılma Tarixi:20.01.2017 23:49:13

Salam mene yanvar ayının 23 une cağırış gelib.Men esgerliye hara duşduyum hele cıxmıyıb ama.zehmet olmasa cavab yazardız men harda xıdmet cekecem?Adım Orxan Bağırov .Zaur oğlu.Salyan rayon qeydıyyatıyam.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 23 yanvar 2017-ci il  tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdirilmişdir.
Məhəmməd Soruşur Yazılma Tarixi:20.01.2017 23:40:30

Salam. Mən 4 cü kurs tələbəsiyəm . Hərbi xidmətdə olmamışam. 21 yaşım var. Universiteti bitirdikdən sonra Hərbi Təlim alaraq Leytenant kimi 1 il 6 ay hərbi vəzifəmi yerinə yetirmək istəyirəm. Bu mümkündürmü? mümkündürsə nələr tələb edilir?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur. 
Leytenant kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Orxan Soruşur Yazılma Tarixi:19.01.2017 13:59:18

Salam.Adim Orxan Bağırov Zaur oğlu Salyan rayon qeydiyyatıyam .23 yanvarda cağırış gelib mene .men esgerliye hara duşmuşem?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 23 yanvar 2017-ci il  tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdirilmişdir.
Orxan Soruşur Yazılma Tarixi:19.01.2017 11:49:01

Bağırov Orxan Salyan qeydiyyatı.zehmet olmasa hara duşduyumuşem?deyerdız 23ü yanvara cağırış gelib

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 23 yanvar 2017-ci il  tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdirilmişdir.
Sənan Soruşur Yazılma Tarixi:19.01.2017 09:31:36

Salam men dekabr ayin 9 size müraciyet etmişdim ukraynaya sorquyla bagli.Siz mene bildirdinizki xidmetin yerli idarə, şöbə və ya bölməsi dəqiq göstərildiyi halda, qanunamüvafiq tədbirlərin görülməsi mümkündür.Сabbarov Sənan Nəriman oglu,1992il,yerli xidmetin adi Xarkov şəhəri Jovtneviy bayenkomat.Xaiş edirem cavab yazasiz

Portala daxil olmuş müraciətinizə əsasən bir daha bildiririk ki, hərbi vəzifəlinin adı, soyadı, təvəllüdü, hərbi qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə və ya bölməsi dəqiq göstərildiyi halda, qanunamüvafiq tədbirlərin görülməsi mümkündür.             Qeyd edirik ki, Sizə köməklik göstərilməsi üçün mövcud sənədlərinizlə Azərbaycan Respublikasında hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz. 
ƏBDUL Soruşur Yazılma Tarixi:18.01.2017 19:03:14

salam men bilmek cagriü yanvar ayinin necesine kimidir? ve men yanvar ayinin 4 gedmeliydim saxlandim ayin 16 qosbitala gedim boyreye gore temiz cxdi kamisyadan kecdim dedilerki vainkamat gelib kagizlari aparacag bugun ayin 18 di amma hele bir xeber yoxdu xaiw edirem bu barede meni melumatlandirasiniz men herbi ximete gedecem ya yox ???

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Mirzə Soruşur Yazılma Tarixi:18.01.2017 17:33:21

men seferov mirze hansi herbi xidmete duwmuwem?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 yanavr 2017-ci il tarixindən etibarən Xidmətin  rəsmi saytında yerləşdiriləcəkdir. 
Cədvəldə sətir sayı :14891