Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Qoşqar Soruşur Yazılma Tarixi:16.01.2017 19:38:57

Salam mənim dekabrın 15i 19 yaşım tamam oldu.herbi xidmətə çağırılmışam.məktəbə 1 il gec getmişəm.bütün yoxlanışdan həkim komissiyasından keçmişəm.yanvar ayının 23ünə çağırış vərəqəsi verilib.inwallah mənim hansı əraziyə düşdüyüm nə vaxt bilinəcək? və əgər mənə çağırış vərəqəsi verilibsə gedəcəyim dəqiqdir?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 yanavr 2017-ci il tarixindən etibarən Xidmətin  rəsmi saytında yerləşdiriləcəkdir. 
Sevil Soruşur Yazılma Tarixi:16.01.2017 13:57:05

salam menim oglum 16.12.1998 il təvəllüddür.ona Nizami rayonu komissarlıgından 15.01.2017 ilə çagırış vərəqi vermişdilər.amma adi ne internet ne sms ilə çıxmadı.herbi komissarlıq deqiq cavab vere bilmedi.ayın axırı gelmesini dediler.Əgər adı çıxmzdısa ola bilər ki onu aprel çagırışina saxlasınlar,

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 yanvar 2017-ci il  tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Vəli Soruşur Yazılma Tarixi:16.01.2017 02:40:32

Salam mən bir dəfə sizin xidmətə qəbul olmaq üçün orrqan rəhbərinin qəbulunda oldum və sonra imtahana dəvət aldım və lazımı nəticəni topluya bilmədim yeniden müraciət etdim məni qəbula yazmadılar səbəbini bilmək isdiyirəm və yenidən iştirak etmek üçün nə etməliyəm?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, 26.10.2016-cı il tarixdə keçirilmiş müsabiqədə olduqca zəif nəticə göstərdiyiniz üçün, Sizin yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Haqverdi Soruşur Yazılma Tarixi:16.01.2017 01:12:36

Bakı şəhəri, Sabunçu rayon idarəsi Zəngilan rayon bölməsində qeydiyyatdayam 18 yaşım 26.11.2016 tarixində oldu ama indi Yanvar ayıdır və çağırış gəlməyib

Bildiririk ki, Sizin barənizdə yekun qərarın qəbul edilməsi üçün Xidmətin Zəngilan rayon bölməsi tərəfindən təyin olunmuş qrafikə əsasən Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmağınız nəzərdə tutulmuşdur. 
Haqverdi Soruşur Yazılma Tarixi:16.01.2017 01:00:38

Noyabr ayinda cagriw gelib amma helde bir xeber yoxdu vainkamata zeng eledim xeste oldugumu dediler malice alir amma butoy gun evdeyem ozderi zeng edeceyni dediler amma helede xeber yoxdu

Bildiririk ki, Sizin barənizdə yekun qərarın qəbul edilməsi üçün Xidmətin Zəngilan rayon bölməsi tərəfindən təyin olunmuş qrafikə əsasən Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmağınız nəzərdə tutulmuşdur. 
KƏNAN Soruşur Yazılma Tarixi:15.01.2017 17:48:41

salam yanvar cagriwiniN 2ci siyahi cavablari havaxt cixacaq ayin 15.01.2017 cagriw vereqesi verilib ancaq hansi herbi hissede xidmet keceyimiz barade melumat ala bilmirik ...ola bilermi yerler dolu olsun ve o biri prizive qalmaq ehtimali varmi .TEWEKKUR

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 yanavr 2017-ci il tarixindən etibarən Xidmətin  rəsmi saytında yerləşdiriləcəkdir. 
Sevil Soruşur Yazılma Tarixi:12.01.2017 14:47:25

salam mənim ogluma 15.01.2017 tarixinə çagırış vərəqi verilib amma onun adı nə internet səhifəsində nə sms ilə yoxdur.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 yanavr 2017-ci il tarixindən etibarən Xidmətin  rəsmi saytında yerləşdiriləcəkdir. 
Baba Soruşur Yazılma Tarixi:11.01.2017 13:53:05

Hörmətli Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Mən yanvar ayının 6-sında mərkəzi həkim komissiyasında oldum. Onların qərarı neçə gün ərzində çixar və sonrakı mərhələlər nədir qanunvericiliyə göre, Baba Babayev İlqar oğlu, Xətai rayonu

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. Əlavə olaraq bildiririk ki, müayinənin nəticəsi barədə məlumatı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nizami rayon İdarəsində əldə edə bilərsiniz.
Xəlil Soruşur Yazılma Tarixi:09.01.2017 22:58:59

Salam.Mən müddətdən artıq hərbi qulluqçu olmaq üçün müraciyyət etdim.Verilən blankı doldurdum və bir ixtisas üzrə seçim etdim.Seçimimə əsasən 6 həftəlik ixtisas kursunda oldum.Kursun yekununda idman normativlərini və test imtahanını verdim.Sonra xəbər etdilərki imtahandan keçmisən və işə qəbul olmusan.Qəbul olanların siyahısındada adım var.Hansı hərbi hissəyə getməyimiz üçün əmr gözləyirik.Bizim əmrlər nə vaxt çıxar ? qeyd edimki 6 həftəlik kursu dekabr ayının 7-si bitirmişik

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin portalına daxil olmuş sualınıza əsasən bildiririk ki, qeyd etdiyiniz məsələ Xidmətin səlahiyyətinə daxil olmadığından aidiyyəti üzrə müraciət etməyiniz məqsədəuyğundur. 
Sakit Soruşur Yazılma Tarixi:09.01.2017 17:30:26

Salam.Mən 2016-cı il mart ayında universitetdən öz istəyimlə xaric olunmuşam.Sizə bir dəfə də müraciət elədim,mənə universitetdən xaric olunduqdan 6 ay sonra çağırış gələcəyini dediniz.Amma mənə hələ də hərbi xidmətə çağırş gəlməyib.Bunun səbəbini öyrenmək istəyirəm?

Bildiririk ki, sualınızla bağlı araşdırma aparılması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz.
Cədvəldə sətir sayı :14897