Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Fəqan Soruşur Yazılma Tarixi:12.05.2016 01:53:54

Salam. Mən universitetin 4-cü kursunda təhsil alıram və yayda hərbi xidmətə yollanacagam. Bilmək istəyirəm mən hansı tarixə qədər ölkədən istirahət məqsədi ilə çıxıb geri qayıda bilərəm ?

Bildiririk ki, 2016-cı ilin iyul çağırışı zamanı həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara çağırış ayınadək sərhədkeçməyə məhdudiyyət qoyulmur.
Adil Soruşur Yazılma Tarixi:11.05.2016 23:27:54

Salam. Mən bu il universiteti bitirəcəm və İyul ayında hərbi xidmətdə olmalıyam. İyun ayı ərzində 1 həftəlik ölkədən xaricə ( Gürcüstana) gedə bilərəm?

Bildiririk ki, 2016-cı ilin iyul çağırışı zamanı həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara çağırış ayınadək sərhədkeçməyə məhdudiyyət qoyulmur.
xəyal Soruşur Yazılma Tarixi:11.05.2016 15:13:15

Salam.sine batiqligi nece sm-ə qeder olanda esger aparmirlar.mülumat vererdiz de bu haqda

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 64-70-ci maddələrinin I qrafasının tələblərinə əsasən aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Aidə Soruşur Yazılma Tarixi:10.05.2016 19:31:49

Salam. Qrup yoldaşım 2015- ci ilin iyul ayında Hərbi xidmətə gedib. Amma 1 kəsri olduğuna görə diplomu ala bilməyib. İndi o, bu il iyul ayında tərxis oluna bilər? Bunun üçün nə etməlidir və hansı sənədləri hazırlamalıdır ? Təşəkkür edirəm.

Bildiririk ki, ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikləri halda, 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Sail Soruşur Yazılma Tarixi:09.05.2016 14:20:33

salam.men 1986 ci ilde anadan olmusam.Ali tehsilliyem.Muhendis iqtisadiyyati ve idare etme fakultesinde oxumusam.herbi xidmetde 2008-2009 cu ilde esger kimi xidmet kecmisem.2016 ci ilde herbiye zabit kimi ise duzelmek isdedim. seferberlik ve herbi xidmete cagiris xidmetine muraciet etdim dediler ki 28 yasina kimi gotururuk. menim de 30 yasim var.men 30 yasinda zabit kimi herbiye gede bilerem? bunun ucun ne etmeliyem?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikası NAzirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar.
Nəzərinizə çatdırırıq ki, "Zabit hazırlığı kursu" Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi, kurslara qəbulun qayda və şərtləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir.
Odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 nörməli qərarı ilə təsdiq edilmiş "Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və !aydası"nın 3.4-cü bəndində qeyd olunan sənədləri (müvafiq dövlət orqanları tərəfindən xidmətə (qulluğa) qəbul edilməsi üçün aidiyyəti üzrə hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbə və ya bölməsinə) təqdim etməlisiniz.
"Zabit hazırlığı kursu"na qəbulun başlanması barədə hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsi (şöbə və ya bölməsi) tərəfindən Sizə məlumat veriləcəkdir.
Toğrul Soruşur Yazılma Tarixi:09.05.2016 12:44:07

Salam.Adım Togrul.25 yasım var 182 de boyum.Azerbaycan Dovlet Iqtısadıyyat Unıversıtetının Malıyye fakultesını bıtırmısem.2012 2013 de Gencede N saylı Herbı Hıssede Heqıqı Herbı Xıdmetde olmusam.Bu yaxınlarda oyrendım kı qeydıyyatda oldugum rayonun Seferberlık sobesıne erıze ıle muracıet etsem zabıtlık kurslarına qatıla ve zabıt ola bılerem.Bu dogrudurmue? Bele bır hal movcudmu??? Movcudsa eyer ne etmelıyem nece etmelıyem hansı senedler teleb olunur.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Nəzərinizə çatdırırıq ki, “Zabit hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi, kurslara qəbulun qayda və şərtləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 nömrəli qərarı ilə tədiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.4-cü bəndində qeyd olunan sənədləri (müvafiq dövlət orqanları tərəfindən xidmətə (qulluğa) qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənədlərdən başqa) şəxsi iş tərtib edilməsi üçün aidiyyəti üzrə hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbə və ya bölməsinə) təqdim etməlisiniz. “Zabit hazırlığı kursu”na qəbulun başlanması barədə hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsi (şöbə və ya bölməsi) tərəfindən Sizə məlumat veriləcəkdir.
Nurlan Soruşur Yazılma Tarixi:09.05.2016 07:42:42

Salam. Mən Qaradağ rayon qeydiyyatındayam. Dekabr ayında tibbi ekspertiza müayinəsindən keçmişəm. Lakin Yanvar və Aprel aylarında çağırışa cəlb olunmamışam. Mənə tibbi müayinə nəticələri haqqında da məlumat verilməyib. Zəhmət olmasa nəticələri siz yazın və hərbi xidmətə nə vaxt cəlb ediləcəyim barəsində məlumat verin.

Məlum olmuşdur ki, Siz, 2016-cı ilin yanvar çağırışına hazırlıqla əlaqədar Xidmətin Qaradağ rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və  səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Rəvan Soruşur Yazılma Tarixi:09.05.2016 00:42:41

168.2 maddəsiyle heps olunmuşam. Herbi xidmətə çağriıacammi?

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən üç il keçdikdə məhkumluğu olmayan hesab edilir.  “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 22.1.2-ci maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmırlar. Siz, məhkumluğunuz ödənildikdən və ya götürüldükdən sonra ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqsınız.
Kamal Soruşur Yazılma Tarixi:08.05.2016 13:04:39

Mən Lənkəran rayonunda daimi qeydiyyatdayam, ancaq hal-hazırda Bakı şəhərində yaşayıram. Buna görə də bilmək istərdim ki, 19.05.2016-ci il tarixində baş tutacaq rəis general-leytenant Arzu Rəhimovun qəbuluna elektron qaydada və yaxud hər hansı bir digər formada Bakı şəhərində qeydiyyatdan keçə bilərəmmi?

Nəzərinizə çatdırırıq ki, 19 may 2016-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi tərəfindən Lənkəran şəhərində keçiriləcək vətəndaşların qəbulunda iştirak etmək üçün 17 may 2016-cı il tarixədək şəxsiyyət vəsiqəsi ilə birlikdə Xidmətin Aparatına gəlməli (Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30) və müvafiq qaydada qeydiyyatdan keçməlisiniz.
Sevda Soruşur Yazılma Tarixi:08.05.2016 11:43:20

Salam dunen yeni ki 07.04.2016 tarixinde tv de bele bir xeber ewitdim ki, 19yawindan 40yawa qeder qadin ve kiwiler herbiye gore muraciet etmelidirler. Amma tam deqiq melumat elde ede bilmdedim. Zehmet olmasa bu barede etraflimelumat vererdiniz. Onceden tewekkur edirem. Sevda muellim.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.             Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz. 
Cədvəldə sətir sayı :14897