Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nigar Soruşur Yazılma Tarixi:06.05.2016 12:13:14

Salam.Mən verilən elanla əlaqədar maraqlaniram.Qadinlarin hərbidə işlə təmini və snayper kursları ilə əlaqədar.Hara müraciət etməliyəm,

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.             Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.                                  
Elsevər Soruşur Yazılma Tarixi:06.05.2016 10:52:50

hərbi dəniz donammasina girmek istiyirəm

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhkukəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Məhəmməd Soruşur Yazılma Tarixi:06.05.2016 09:51:45

Salam mən 2 ay bundan qabağ 2-3 cü dərəcəli skalioz xəsdəliyi ilə hərbi qospitalda müayinədən keçdim və orada hərbi xidmətə yararsız olduğuçi dedilər. İşə düzəlmək istəyirəm və hərbi bilet lazımdı lakin hərbi komisarlığ deyirki şəxsi işin gəlmiyib. Bilmək istəyirəm bileti ala bilməsəmdə onu əvəz edəcək müvəqqəti arayış ala bilərəm? Cavabınız vacibdi

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Vüqar Soruşur Yazılma Tarixi:06.05.2016 02:31:52

Salam Aleykum.men 2013cu ilde texris olunmuwam.may ayinin 3u herbi komisarligdan cagiriblar,getmiwem. Herbi biletime seferberlik möhuru vurulub ve qirmizi rengde vereq tikilib.soruwmaq isterdimki men may ayinin 20si xarice cixa bilerem? Ve eger cixa bilmeremse niye mene melumat verilmiyib bu möhur vurularken

“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununun  8-ci maddəsinə əsasən    :          8.1.1. səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədi ilə çağırış vərəqəsinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) şöbə və bölmələrinə gəlirlər; 8.1.2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) şöbə və bölmələrindən aldıqları səfərbərlik sərəncamlarında, çağırış vərəqələrində və vəzifəli şəxslərin əmrlərində qeyd olunmuş tələbləri yerinə yetirirlər;            Qanunun tələblərinə uyğun olaraq  Sizə səfərbərlik sərəncamı verilmişdir və ölkədə səfərbərlik elan olunarsa üzərinizə düşən vəzifələri yerinə yetrirməlisiniz.            Hal-hazırda səfərbərlik elan olunmadığı üçün Sizin xarici ölkələrə səfər etmənizə heç bir məhdudiyyət yoxdur.
ELXAN Soruşur Yazılma Tarixi:05.05.2016 22:43:41

salam adim ELXAN soyadim SADIXOV. men iyul ayinda esger gedecem. amma burnumda yaranan prablemlere gore yaxin 1 ay erzinde burnumu emeliyyat eliyecem.. cagiris zamani burnumda yene nese prablem yaransa, xestexanaliq olsam, esgere getmek vaxtini oktyabr ayina kimi uzada bilerem yoxsa yox?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Qasım Soruşur Yazılma Tarixi:05.05.2016 21:07:27

Sıradan kənar hərbi xidmətə yararlı (ARNK-nin 59 nömrəli 2008-ci il tarixli qərarının 42C maddəsinə əsasən) və eynəkli göz zəifliyi (-1.75) olan əsgər snayper və kəşfiyyatçı pulemyotçu vəzifəsində xidmət edə bilərmi?

Bildiririk ki, Səfərbrəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin sülh dövründə çağırışçılarla komplektləşdirilməsini həyata keçirir. Hərbi hissələrə göndərilmiş çağırışçılar hərbi hissə komandirinin əmri ilə müvafiq vəzifələrə təyin olunur və müddətli həqiqi hərbi xidmətə hərbi qulluqçularının bu vəzifələrdə xidmət keçməyin tələblərinə uyğun olub-olmamaları hərbi hissənin aidiyyəti struktur bölmələri tərəfindən müəyyən edilir.  Bununla yanaşı, Xidmət tərəfindən vətəndaşların hərbi xidmətə hazırlanması çərçivəsində xüsusi hərbi ixtisaslar üzrə hazırlıq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 2015-ci il tarixli 333 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydası"nın tələblərinə əsasən, xüsusi hərbi ixtisaslar üzrə hazırlığa müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququna malik olmayan müddətli həqiqi hərbi xidmətə yararlı olan 17 yaşına çatmış kişi cinsli vətəndaşlar, eləcə də növbəti çağırışda müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnu itirən və müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən müddətli həqiqi hərbi xidmətə yararlı olan çağırışçılar cəlb edilir.
Orxan Soruşur Yazılma Tarixi:05.05.2016 14:21:43

Salam zəhmət olmasa sualımı cavablandırardız. Mənim iki qardaşım hərbi xidmətdədir onların dekabırda 1 il 6 ayı tamam olur yanvarda təxris olurlar mən isə universitetdə 4-cü kursda oxuyuram. Bilmək istəyirəm ki, bu il iyulda mənidə hərbi xidmətə cağıracaqlar ya qardaşlarım təxris olunduqdan sonra məni hərbi xidmətə aparacaqlar?

Bildiririk ki, Siz təhsilə görə möhlət hüququnuz bitdikdən sonra müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqsınız.
İbrahim Soruşur Yazılma Tarixi:05.05.2016 13:38:37

Salam. Gizirliyiyə əmr nə vaxt gələcək bilmək olar zəhmət olmasa ? Mən öz voinkomitatıma muraciət etmişəm bu barədə amma gözləyirəm hələdə.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Bu Qanunun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar qəbul edilirlər. Nəzərinizə çatdırırıq ki, “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi, kurslara qəbulun qayda və şərtləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 nömrəli qərarı ilə tədiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.4-cü bəndində qeyd olunan sənədləri (müvafiq dövlət orqanları tərəfindən xidmətə (qulluğa) qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənədlərdən başqa) şəxsi iş tərtib edilməsi üçün aidiyyəti üzrə hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbə və ya bölməsinə) təqdim etməlisiniz. “Gizir hazırlığı kursu”na qəbulun başlanması barədə hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsi (şöbə və ya bölməsi) tərəfindən Sizə məlumat veriləcəkdir.
Fərid Soruşur Yazılma Tarixi:05.05.2016 12:49:33

Salam.1997 təvəllüdəm.BDU universitetində 2-ci kurs tələbəsiyəm.Mən əgər iyun ayında öz istəyimlə universitetdən çıxsam çağırış mənə 6 aylıq möhlətdən sonrakı vaxtda gələcəkdi?

“Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bildiririk ki, 2016-cı ilin iyun ayında universitetdən xaric olduğunuz halda, 2017-ci ilin yanvar çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz. Lakin Siz oxuduğunuz təhsil müəssisəsindən xaric olunmanız barədə sənədi və təhsilinizi davam etdirməkdən imtina edərək hərbi xidmətə göndərilməyinizə dair notarial qaydada təsdiq olunmuş ərizəni Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdiyiniz halda, həqiqi hərbi xidmətə çağırışa cəlb edilə bilərsiniz.   
İSMAYIL Soruşur Yazılma Tarixi:05.05.2016 12:43:44

Salam Men ehtiyyatda olan bas leytinant Ismayilov Ismayil. ehtiyyatda olan artileriya zabitiyem. 35 yasim var. Yeniden xidmete getmek ucun hara ve nece muraciet edeceyimi bilmirem. Xahis edirem cavablandirasiniz.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Odur ki, qeyd etdiyiniz məsələ ilə bağlı aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897