Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Emin Soruşur Yazılma Tarixi:25.04.2016 23:36:30

salam.men ali tehsilimi bu il bitirirem ve herbi xidmete gedecem,zabit kimi xidmet etmek istiyirem.size sualim odur ki men 9 ay esger kimi xidmet edennen sonra zabitlik kursu oxuya bilerem? yeni ehtiyatda olan zabit olmaq ucun nece muddet xidmet etmeliyem? zehmet olmasa sualimi cavablandirardiz.evvelceden teshekkurler.

Bildiririk ki, zabit kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
İBRAHİM Soruşur Yazılma Tarixi:25.04.2016 21:27:12

SALAM.mən gizirlik kursunun sənəd qəbulu nə vaxt başlıyır bilmek isdiyirəm.?

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə şöbə və bölmələri tərəfindən hər il mütəmadi olaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursunda oxumaq üçün 28 yaşına qədər hərbi vəzifəlilər sırasından namizədlərin seçilməsi təşkil edilir. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla) könüllü daxil olurlar. Odur ki, Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, SQ TTM-də təşkil ediləcək növbəti kursda oxumaq üçün adınızın namizəd kimi siyahıya daxil edilməsi və hansı sənədlərin hazırlanaraq təqdim edilməsi barədə hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbə və ya bölməsinə) müraciət edə bilərsiniz. Eyni zamanda nəzərinizə çatdırırıq ki, SQ TTM-də təşkil ediləcək növbəti gizir hazırlığı kursunun nə vaxt başlayacağına aydınlıq gətirilməsi ilə bağlı isə aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Ruslan Soruşur Yazılma Tarixi:25.04.2016 13:33:53

Salam. meni aprel Ayinda Herbi Xidmete Cagriblar ama hansi casta dusheceyim hakkda hec bir melumatim yoxdu nece oyrene bilerem? menim cagriş vereqemde aprel aynin 11ne yazilmisdi sonra dediler 15-i bilinecek uje 25di heckim hecne demir hec bilinmirde hara gedirem bir melumat vererdiz zehmet olmasa

Bildiririk ki, Siz müddətli həqiqi hərbi xidmət keçmək üçün 212 saylı hərbi hissəyə təyin edilmisiniz.
Emin Soruşur Yazılma Tarixi:24.04.2016 20:20:48

Salam men MN-nin N sayli hebi hissesinde gizir kimi xidmet edirem .men zabit hazirliq kursuna yazilmaq isdeyirem nece ede bilerem ve ora yazila bilerem bu iwde mene komek edin

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Odur ki, qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etdiyiniz müvafiq dövlət orqanının və ya hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
Aişə Soruşur Yazılma Tarixi:24.04.2016 18:06:37

Salam. Mən ali təhsillimi bu il başa vurdum. Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək istəyirəm. Bu mümkündürmü və əgər mümkündürsə hansı sənədlər lazımdır? Əvvəlcədən təşəkkür edirəm.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1 maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Harada və hansı hərbi hissədə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, müraciətdə qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyatı dövlət orqaqnına vəya hərbi hissə komandanlığına  müraciət etməlisiniz.
Kamran Soruşur Yazılma Tarixi:24.04.2016 13:35:41

Salam mən Kamran Səlimli, Suraxanı rayon qeydiyyatındayam, aprelin 11-i Mərkəzi Qospitalda yoxlanışdan keçdim, nəticələrini öyrənmək istərdim.

Məlum olmuşdur ki, Siz, nəzarət qaydasında Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Rafiq Soruşur Yazılma Tarixi:24.04.2016 00:07:20

Salam. Mən bu il iyun ayinda Iqtisad Universitetin bitirəcəm.Axirinci imtahanımı verənnən sonra gürcüstana gedib 2-3 günlük gedib qayıdıb hərbi xidmətə getmək istəyirəm.Soruşmaq istəyirdim ki sərhəddən keçə bilərəm mi?

Bildiririk ki, 2016-cı ilin iyul çağırışı zamanı həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara çağırış ayınadək sərhədkeçməyə məhdudiyyət qoyulmur.
Cavid Soruşur Yazılma Tarixi:23.04.2016 23:05:01

Salam.xahiw edirem menin sualimi cavablandirasiz.men dovlet serhed qowunlarinda müddetden artiq xidmet etmek isteyirem.28 yawim var ve bilmirem hardanece sened verim kimin qebuluna gedim mumkunduse komeklik gosderesiniz.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Harada və hansı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət keçməyiniz, qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz orqana müraciət etməlisiniz.
Nail Soruşur Yazılma Tarixi:22.04.2016 18:36:00

salam,men imtahanda kesilmisem yene imtahan vermey istirem vere bilerem?

Bildiririk ki, 15.04.2016-cı il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün, Sizin yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Dilqəm Soruşur Yazılma Tarixi:22.04.2016 12:03:57

Salam, oglumun iyun ayinin 16, 18 yasi tamam olur ve mektebi kecen il bitirib ama qebul olamyibbu ilde vermek isteyir voynkomata getdik mohlet kagizi almaga ama vermediler bu qanunen di, birdeki bir priziv saxlatdirmag ucun dovlet rusumu var?? Tewekkurler..

Bildiririk ki, 2015-ci ildə respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək şansı olmuş çağırış yaşlı vətəndaşlara qəbul imtahanlarında iştirak etmək üçün təkrar şans verilmir.  Lakin 2015-ci ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2016-cı ilin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən sonra “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə onlar müvafiq arayışlarla təmin edilirlər.
Cədvəldə sətir sayı :14891