Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ULUXAN Soruşur Yazılma Tarixi:21.04.2016 21:45:47

Salam. meni aprel Ayinda Herbi Xidmete Cagriblar ama hansi casta dusheceyim hakkda hec bir melumatim yoxdu nece oyrene bilerem? menim cagrish vereqemde aprel aynin 2ne yazilmisdi soram dediler 20-i bilinecey uje 21di heckim hecne demir hec bilinmirde hara gedirem bir melumat vererdiz zehmet olmasa. Sheki rayon shobesinde qeydiyyatdayam.

Bildiririk ki, Siz müddətli həqiqi hərbi xidmət keçmək üçün 051 saylı hərbi hissəyə təyin edilmisiniz.
Ayan Soruşur Yazılma Tarixi:21.04.2016 20:35:38

Salam. 18 yaşı tamam olmuş bütün oğlanlar hərbi xidmətə getməlidir? Ailənin tək uşağı da? Universitetə 2-ci il qəbul olmaq istəyənlər üçün qaydalar necədir? Hansı təqdirdə hərbi xidmətə çağırılmır yaxud da təxirə salınır?

Bildiririk ki “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar. - Çağırışılara həqiqi hərbi xidmətə çağırışdan möhlət təhsilə, ailə vəziyyətinə  və səhhətinə görə verilir. - Həqiqi hərbi xidmətə çağırış zamanı ailənin tək övladlrına hər hansı güzəştin şamil edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. - 2015-ci ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2016-cı ilin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən sonra, “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə, onlar müvafiq arayışlarla təmin edilirlər.  
Şahmar Soruşur Yazılma Tarixi:21.04.2016 11:54:51

Salam. Qardaşım hərbi xidməti bitirib indi hal- hazırda hərbi biletdə xidmətə yararlı MD 3 sayılaraq həqiqi hərbi xidmətə göndərilmişdi. Bilmək istəyirəm ki MD 3 nədir? İşə niyə qəbul edilmir ?

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə Azərbaycan Respublikası Nzirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” nin Xəstəliklər cədvəlinin hansı maddəsinə əsasən qardaşınızın hərbi xidmətə yararlı( 3-cü məhdudiyyət dərəcəsi ilə) olması və Xidmətin hansı yerli idarə, şöbə və bölməsi tərəfindən həqiqi hərbi xidmətə göndərilməsi  qeyd edilmədiyi  üçün cavablandırılması mümkün deyil. Yuxarıda göstərilən məlumat Xidmətin saytına ediləcək təkrar müraciətinizdə qeyd edildiyi təqdirdə qardaşınız barədə araşdırma aparılaraq Sizə ətraflı cavab veriləcəkdir.
Anar Soruşur Yazılma Tarixi:20.04.2016 21:00:39

Salam.Mən 15.04.2016-cı il tarixində SHXÇDX-in işə qəbul üçün test imtahanında iştirak etmişəm.Mümkünsə imtahanın nəticəsini və neçə bal topladiğımı yazın.

Bildiririk ki, 15.04.2016-cı il tarixdə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul edilməyiniz məqsədəuyğun hesab olunmamışdır.
Vüsal Soruşur Yazılma Tarixi:20.04.2016 16:34:48

Salam. 2010 cu ilde Herbi Xidmeti bitirimishem, 2011 ci ilde Herbi bileti itirmishem. 2012 cu ilde Avtamabil qezasi elemishem Mashinimda Rehmete geden olub deye 263.2 madesi ile Icbari ish almiwam. Menteqe tipli ceza cekmede. Ceze Mudetinde mene Nizami rayon Herbi Kamisarliginnan Hec bir zeng xeberdarlig olmuyub, CEzam bitennen sora Ishe qebul olma ile bagli Herbi biletimi Yeniden Almag uchun muraciet etdim Nizami rayon vayenkamatina. Muvafiq senedleri verdim. Ve iwlemediyime gore mewqullugdan sened teqdim eledeim ishlemediyime dair. olarda aciga menim herbi biletime Ceza cekdiyimi yazarag meni adi Fehle ishlemeyime mane olurlar. Men hara gedirem 263.2 madesinnen xeberi olmuyanlar mene Cinayetkar kimi baxir. Men basha duwe bilmirem olar niye menim heyat sheraitime Ziyan verirler? Men Hec herbi Bileti itirmeseydim orda ele yazi olmuyacaydi. Cunki Azad olunannan sora hec bir zeng zad olmuyubki Getir Herbi biletini yazag. Niye bele ozbashinalig var? Men ne etmeliyem? Ve ya yazilmali idimi yeni herbi biletime o?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan əsgər, matros, çavuş, gizir və miçmanların hərbi qeydiyyatı və hərbi uçotu haqqında Müvəqqəti Təlimat”ın 14.3-cü bəndinə əsasən, yeni hərbi biletlərin doldurulması qeydiyyat kartaları əsasında aparılır. Qeydiyyat kartası hərbi vəzifəlilərin fərdi qeydiyyatının əsas qeydiyyat sənədidir. Qeydiyyat kartası fərdi olaraq tərtib olunur və hərbi vəzifəlilər barədə təsdiq olunmuş bütün məlumatlar qeydiyyat kartasında öz əksini tapır.  
Nicat Soruşur Yazılma Tarixi:20.04.2016 14:36:23

Salam aprel ayina olan son cagiriw siyahisi ne vaxd cixacag xaiw olunur deqiq bir cavab deyesiz bu ay aparacaglar yoxsa yox?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 23 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Fariz Soruşur Yazılma Tarixi:20.04.2016 03:19:37

Salam tibb universitetini bu il bitirecem muddetden artiq leytenant kimi xidmet etmek isteyirem.bunun üçün nə qədər müddət nəzərdə tutulmuşdur? Müddətdə əvvəlki illərdən fərqli olacağın eşitdim

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən müddətli həqiqi hərbi xidmətə cəlb edilən həkim ixtisaslı mütəxəssislər təhsil almaq üçün Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursuna göndərilirlər.
Ağaxəlil Soruşur Yazılma Tarixi:20.04.2016 03:04:47

Salam,Men tehsili yarimchilig goyub herbi xidmete gedmekuchun herbi komesarliga sened vermishem butun komissyalardan kechmiwem chagrish veregimde var ayin 18 ne verilmishdi,Ama ayin 18 getdim meni aparmadilar..Hara dushmeyim menimchun bir fergi yoxdu,dediler xeber vereceyik,yanibilmek isteyirem bu gonderiwde deqiq gedecem ya aparmiya bilerler?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Qalib Soruşur Yazılma Tarixi:20.04.2016 02:48:18

Salam men Abbasov Qalib Mehemmed oglu 04.11.1986 ci- ilde Agdam rayon seyidli kendinde anadan olmuham bilmek isteyirem qolumda kesikler olduguna gore meni herbi xidmete aparmayiblar men xeste deyilem nedeki esebi deyilem qolumdaki kesigler ushaq vaxti qoshuldugum avara muhutde olub. Men ona qore peshmanam gerek elemeyeydim amma kimin sehvi olmurki buda menim sehfimdi. Sizden xaish edirem mene komeklik gosterin gedim herbi xidmetimi cekim herkes kimi vetenimi xalqimizi qoruyum. 30 yasim var aileliyem bir qizim var.

Bildiririk ki, siz 22.04.2007-ci il tarixdə Azərbaycan Respublikası Hərbi Komissarlığının Hərbi-həkim komissiya tərəfindən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz.   «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə uyğun olaraq dinc dövrü üçün hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək ehtiyyata keçirilən vətəndaşlar 35 yaşına çatanadək hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrü üçün hərbi xidmətə yararlı hesab edilmiş vətəndaşlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.     Odur ki, yenidən həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə təkrar tibbi şəhadətləndirilməyiniz üçün Xidmətin Ağdam rayon şöbəsinə müraciət edə bilərsiniz.
İlqar Soruşur Yazılma Tarixi:19.04.2016 23:54:35

Salam. Mənim May ayında 18 yaşım tamam olacaq, amma hal-hazırda 11-ci sinif şagirdiyəm. Ağdam rayonu qeydiyyatındayam. Möhlət hüququ almaq üçün, məktəbdən arayışı alıb Ağdam rayon SHHÇDX getdim. Möhlət almaq üçün bizdən 1000 manat pul tələb elədilər. Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinə əsasən, ümumi təhsil müəssisələrində tam orta təhsil alan çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan 20 yaşınadək möhlət verilir. Bəs bu maddənin harasında yazılıb ki, möhlət üçün pul keçirtmək lazımdır? Və yaxud hansı yerdə o yazılıb? Xahiş edərdim mənə ətraflı məlumat verərdiz bu haqda.

Bildiririk ki, hal-hazırda 11-ci sinif şagirdi olduğunuza görə qəbul imtahanlarında iştirak etməyiniz üçün  Xidmətin Ağdam rayon şöbəsindən heç bir arayış tələb olunmur.  
Cədvəldə sətir sayı :14897