Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Eldəniz Soruşur Yazılma Tarixi:11.04.2016 15:58:55

Salam mən hazırda bakalavr səviyyəsində təhsil alıram. Təhsili bitirdikdən sonra hərbi xidmədə ehtiyyat zabit kimi qulluq etmek üçün mən hara və necə müraciət etməliyem.ve bu proses necə gedir. Xaiş edrəm sualımı ətraflı cavablandrasız

Bildiririk ki, zabit kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Ceyhun Soruşur Yazılma Tarixi:11.04.2016 11:29:16

Salam. Mən 17.03.2106-cı il tarixdə Bərdə şəhərində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovun qəbulunda olmuşam. Mənə dedilərki imtahana çağırılacaqsan. Sənədlərimi SHXÇDX-in Tərtər rayon şöbəsinə hazırlıyıb vermişəm. Hələki bir məlumat yoxdur. Xahiş edirəm imtahanın nə vaxt keçiriləcəyi barədə məlumat verəsiz. Əvvəlcədən Təşəkkür edirəm.

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı idarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir.   Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
xaliq Soruşur Yazılma Tarixi:08.04.2016 00:09:18

salam . men ibrahimov xaliq muzeffer oglu size yazib bildirirem ki. men konullu olaraq hebi xidmete gelmek isteyirem .herbi xidmetde olmusam on cephede murov daglarinda. ve deqiq serrast pulemyot aticisi olmusam deqiq hedef vura bilirem . seferbeyliyi etmeyinizi gozleye bilmirem ureyim partlayir .xaiw edirem oxudugumu nezere alasiniz ve yeniden xidmet etmeye cagirasiniz . 1 il 6 ay heqiq herbi xidmet vaxtdi hec bir hadise veya hec bir poroblemim olmamisdir

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Aytən Soruşur Yazılma Tarixi:07.04.2016 19:15:14

Salam Men 28.02.1997 ilde bakida anadan olmuşam Men soruşmaq isteyirdimki qizlar herbi xidmete gede biler? Herbi xidmete getdikden sonra herbici kimi işleye biler? Herbi xidmete getmek üçün ne etmeliyem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Harada və hansı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət keçməyiniz, qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. 
Nağı Soruşur Yazılma Tarixi:07.04.2016 11:10:34

2018ci il 10 aprel tarixinde 18 yaşım tama olacaq.2017ci ilde tqdk qebul imtahanindan kesildikden sonra,2018ci ilde tqdk qebul imtahani vermek üçün möhlet isteye bileremmi?ve zehmet olmasa şertlerini deyerdiniz.

Bildiririk ki, 2017-ci ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2018-cı ilin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən sonra “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə onlar müvafiq arayışlarla təmin edilirlər.
zaur Soruşur Yazılma Tarixi:07.04.2016 08:03:38

Salam Aleykum size Qubadan yaziram ve bildirmek isteyiremki Milli orduya gizir ya maxe kimi qebul olmaqcun yas heddi ne qederdi?Herbi eniz Quvvelerine nece daxil ola bilerem Gizir kimi?28 yasim var.Texnikom tehsilliyem suruculuk vesiqem var.Xahis edirem mene yazin

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla) daxil olurlar.  “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla) daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
EMİL Soruşur Yazılma Tarixi:06.04.2016 23:43:27

Salam Men 2013 Iyul ayinda Herbi xidmetde olmusam. 2 aydan sonra xesteliyime gore texris olundum.Ve mene Yararsiz herbi bilet verildi. Ve men xesteliyimi mualice etdirmisem ve saglamam ve herbi xidmete getmek isteyirem. Bunun ucun ne etmeliyem??

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən hərbi xidmət dövründə xəstəliklə əlaqədar ehtiyata buraxılan vətəndaşların təkrar həqiqi hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır.
Vüqar Soruşur Yazılma Tarixi:06.04.2016 22:23:12

Salam mən bir sual vermək istiyirəm.Mənim iyunun 8-i 18 yaşım tamam olur.Yaşım tamam olmamış keçən ilin məzunları üçün nəzərdə tutulan və bu il mayın 15-də keçiriləcək qəbul imtahanında iştirak etmək üçün möhlət ala bilməyim mümkündür?

Bildiririk ki, 2015-ci ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2016-cı ilin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən sonra “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə onlar müvafiq arayışlarla təmin edilirlər.
Nəzrin Soruşur Yazılma Tarixi:06.04.2016 19:34:02

Salam necesiz ? men konullu yazilmaq isteyirem herbi xidmete nece ede bilerem onu? hara yaxinlasmaliyam buna gore ? onceden tesekkurler

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı xidmət etmək istədiyiniz qoşun növü üzrə müvafiq hərbi hissə komandanlığına müraciət etməlisiniz.
Anar Soruşur Yazılma Tarixi:06.04.2016 19:17:59

Salam. Mənim 17 iyul 2016-cı il tarixində 18 yaşım tamam olacaq. Mən S-vari skalioz (II dərəcə) xəstəsiyəm. Mənə TQDK-nın dovlət imtahanına buraxılmaq üçün möhlət hüququ lazımdır. Möhlət hüququnu ala bilərəm? Və mənə necə köməklik göstərə bilərsiniz?

Bildiririk ki, 2015-ci ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2016-cı ilin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən sonra “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə onlar müvafiq arayışlarla təmin edilirlər.
Cədvəldə sətir sayı :14897