Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rəşad Soruşur Yazılma Tarixi:04.04.2016 21:30:03

Salam. Mən Şamilov Rəşad 1991-ci ilde anadan olmuşam. Tam orta təhsilliyem. Ağcəbədi Rayon N saylı herbi hissəsində xidmət eləmişəm. Ehtiyata buraxılan əsgərəm. Mən gizir , müddetdet artiq və ya konullu əsgər kimi cəbhə bolgəsində xidmət eləmək istəyirəm. Bir sözlə canımı fəda verməyə hər an hazıram. Fərqi yoxdu konullu əsgər kimidə. Mən Azərbaycan vətəndaşı olaraq nə etməliyəm ?

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 sentyabr 2012-ci il tarixli 213 №-li Qərarı ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası”nın 4.3-cü bəndinə əsasən, Xidmətin yerli idarə, şöbə və bölmələrinə çağırış üzrə (ilkin hərbi qeydiyyat, həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək və digər səbəblər) çağırılmış çağırışçılar və hərbi vəzifəlilər şəxsi çağırış vərəqəsində göstərilmiş tələblərə ciddi riayət etməli, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsi və ya hərbi bileti, şəxsiyyət vəsiqəsi üzərində olmaqla, təyin olunmuş yerə müəyyən edilmiş vaxtda gəlməlidirlər. Nəzərinizə çatdırırıq ki, Xidmətin yerli idarə, şöbə və ya bölməsinə çağırıldığınız təqdirdə hərbi qeydiyyatda olduğunuz yer üzrə gəlməyiniz vacibdir.
Elşad Soruşur Yazılma Tarixi:04.04.2016 20:56:51

Salam...Hal hazırda qarabaqda vəziyyəti eşidib,könüllü olaraq vətən uqrunda müharibəyə cetməyə hazıram..0552828810 tel nömrəm...35 yaşım var..Qarabaq rayonu hərbi komisarlıqında qeydiyyatdayam..hərbi vəzifəm kimyaçı kəşfiyyatçı.

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 sentyabr 2012-ci il tarixli 213 №-li Qərarı ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası”nın 4.3-cü bəndinə əsasən, Xidmətin yerli idarə, şöbə və bölmələrinə çağırış üzrə (ilkin hərbi qeydiyyat, həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək və digər səbəblər) çağırılmış çağırışçılar və hərbi vəzifəlilər şəxsi çağırış vərəqəsində göstərilmiş tələblərə ciddi riayət etməli, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsi və ya hərbi bileti, şəxsiyyət vəsiqəsi üzərində olmaqla, təyin olunmuş yerə müəyyən edilmiş vaxtda gəlməlidirlər. Nəzərinizə çatdırırıq ki, Xidmətin yerli idarə, şöbə və ya bölməsinə çağırıldığınız təqdirdə hərbi qeydiyyatda olduğunuz yer üzrə gəlməyiniz vacibdir.
Faiq Soruşur Yazılma Tarixi:04.04.2016 15:02:18

Salam. Mən Siyəzən rayonunda qeydiyyatdayam və həmin komisarlıqdan da Həqiqi Hərbi Xidmətə çağrılmışam. 2013-2014-cü illərdə Füzuli rayonu n saylı hərbi hissəsində(Artilleriya qoşunlarında) Həqiqi Hərbi xidmətdə olmuşam. Hal hazırda işləyirəm. Könüllü olaraq hazırkı baş verən silahlı münaqişələrdə iştirak ede bilərəmmi?

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 sentyabr 2012-ci il tarixli 213 №-li Qərarı ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası”nın 4.3-cü bəndinə əsasən, Xidmətin yerli idarə, şöbə və bölmələrinə çağırış üzrə (ilkin hərbi qeydiyyat, həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək və digər səbəblər) çağırılmış çağırışçılar və hərbi vəzifəlilər şəxsi çağırış vərəqəsində göstərilmiş tələblərə ciddi riayət etməli, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsi və ya hərbi bileti, şəxsiyyət vəsiqəsi üzərində olmaqla, təyin olunmuş yerə müəyyən edilmiş vaxtda gəlməlidirlər. Nəzərinizə çatdırırıq ki, Xidmətin yerli idarə, şöbə və ya bölməsinə çağırıldığınız təqdirdə hərbi qeydiyyatda olduğunuz yer üzrə gəlməyiniz vacibdir.  
Elşən Soruşur Yazılma Tarixi:04.04.2016 14:31:44

salam mən iyulun 8 gizi 18 yaşim tamam olacaq men Milli Qivardiya duşmək isteyire məni boyum 185 cəkim 64 kq saglama zəhmət olmasa deyərdiniz mənim Milli Qivardiya duşmə şansim var

Bildiririk ki, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının müddətli həqiqi hərbi xidmət qulluqçuları ilə komplektləşdirilməsi üçün çağırışçıların seçimi adı göstərilən qoşun növü tərəfindən aparılır.
Qərib Soruşur Yazılma Tarixi:04.04.2016 10:04:15

salam.men 3 il bundan once Naxcivan seher herbi seferberliyinden 3 illik yararsiz bilet almisam.bu il kamisya vaxti tamam olur.men evvel Naxcivan seherinde qeydiyatda idim.3 il erzinde baki seherine qeydiyata dusmusem,amma herbi qeydiyyatim naxcivan olaraq qalir.men kecen il yaxinlasdim naxcivan seher seferberliyine herbiden cixmaq ucun amma mene komek etmediler.men indi bilmek isteyirem ki Aprelin 16si kamissiya vaxtidir ve men ne etmeliyem.ordan cixmaq ucun ne senedler toplamaliyam?ve bu sualima xahis edirem deqiq cavab verin.men gozle elaqeli yararsizam.(Herbi biletim var) yeniden kamissiyadan kecende butun hekimlerden kececem yoxsa tekce gozden?..tesekkur edirem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsinə əsasən, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə məlumat verməlidirlər. Ərizə, mənzilin mülkiyyət hüququnu təsdiq edən sənəd (yaşayış sahəsinin orderi və ya çıxarış), şəxsiyyət vəsiqəsi və ya DİN-nin aidiyyəti polis şöbəsi tərəfindən verilən ərizə-anket vərəqəsini şəxsən təqdim etdiyiniz təqdirdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxarılaraq olduğunuz yer üzrə hərbi qeydiyyata götürülə bilərsiniz. Əlavə olaraq bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər   3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 6.1-ci maddəsinə əsasən, ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsinin təşkili Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə həvalə olunur. Ehtiyatda olan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinəyə göndərilir. Nəzərinizə çatdırırıq ki, bu maddənin tələblərinə əsasən şəhadətləndirilməni cərrah, terapevt, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq və Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən müəyyən edilmiş zəruri hallarda isə digər ixtisaslardan olan həkimlər keçirirlər.
İlahə Soruşur Yazılma Tarixi:04.04.2016 09:51:13

Salam.Mən 1982-ci ildə anadan olmuşam. Hərbi hissədə könüllü əsgər kimi qulluq etmək istəyirəm.Sizdən xahiş edirəm ki, məni əsgər kimi qəbul edəsiniz.(Hal-hazırda Oğuz rayon Mərkəzi Xəstəxanasında mühasib işləyirəm).

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı xidmət etmək istədiyiniz qoşun növü üzrə müvafiq hərbi hissə komandanlığına müraciət etməlisiniz.
Cahid Soruşur Yazılma Tarixi:03.04.2016 23:54:22

Salam. Mən 23.10.1983-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıyam. Ali təhsilliyəm. 2008-2013-cü illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətində xidmətdə olmuşam. 2013 cü il tarixdə Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikası Qanununun 33.1.1. maddəsinə əsasən xidmətimə xitam verilmişdir. Mən hərbi xidmətə (işə) qəbul olmaq istəyirəm.

Bildiririk ki, Xidmətin saytına daxil olmuş müraciətdə fikriniz konkret olaraq aydın olmadığı üçün cavablandırılması mümkün olmamışdır.
Rafiq Soruşur Yazılma Tarixi:03.04.2016 21:13:50

Salam men Hilalov Rafiq Telman oqlu, Masalli rayon sakini, Baki sehrində yaşayıram 2 uşaq atasiyam, 30 yasim var, men könüllü olaraq hərbiyə yazilmaq istəyirəm, bunu necə edə bilərəm?

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 sentyabr 2012-ci il tarixli 213 №-li Qərarı ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası”nın 4.3-cü bəndinə əsasən, Xidmətin yerli idarə, şöbə və bölmələrinə çağırış üzrə (ilkin hərbi qeydiyyat, həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək və digər səbəblər) çağırılmış çağırışçılar və hərbi vəzifəlilər şəxsi çağırış vərəqəsində göstərilmiş tələblərə ciddi riayət etməli, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsi və ya hərbi bileti, şəxsiyyət vəsiqəsi üzərində olmaqla, təyin olunmuş yerə müəyyən edilmiş vaxtda gəlməlidirlər. Nəzərinizə çatdırırıq ki, Xidmətin yerli idarə, şöbə və ya bölməsinə çağırıldığınız təqdirdə hərbi qeydiyyatda olduğunuz yer üzrə gəlməyiniz vacibdir.
Toğrul Soruşur Yazılma Tarixi:03.04.2016 17:05:15

Salam men mektebe 1 il gec getmiwem Men texnikumu qutaranda 19yasim tamam olur menim 18yasim olan kimi esgerliye aparacaqlar yoxsa qutarmagi gozleyecekler?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.3-cü maddəsinə əsasən, orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Nail Soruşur Yazılma Tarixi:03.04.2016 13:49:20

salam.men ise qebulla muraciet gondermisem,bilmey istiremki imtahanda ne dusecey? dunya gorusu dusduyunu bilirem, ama esas neyi ehate edir? konustusiya dusurmu?

Sizin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına göndərdiyiniz ərizəyə baxılmışdır. Bildiririk ki, müsabiqədə (test imtahanında) ümumi bilik səviyyəsi və dünya görüşü yoxlanılır.
Cədvəldə sətir sayı :14897