Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vüsal Soruşur Yazılma Tarixi:30.03.2016 16:12:12

Salam mən bilmək isdəyirəm ki xaricdə oxuyub diplomu alıb sonra diplomu təsdiqlətdirdin vəyaxud təsdiqlətdirmədin bir il hərbi xidmətdə olmaluyuq?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları xarici ölkənin təhsil müəssisəsindən verilmiş diplomun Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş kserosurətini (xidmətdə olduqları müddətdə) xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Orxan Soruşur Yazılma Tarixi:30.03.2016 13:16:18

salam mənim tattolarim var 3 dənədi ayri-ayri yerlərdə yazilardi . dəlixanadan cixanda necə gün sora herbi xidmətə gedəcəm?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
firidun Soruşur Yazılma Tarixi:29.03.2016 21:42:59

mən 1997 ci ildə muddətli hərbi xidmətə getmişəm 1999-cu ildə xəstəliyimlə əlaqədar hərbi xidmətdən tərxis olunmuşam.lakin bu günə kimi siğorta pulu və ya heç bir kompensasiya almamışam bunun üçün mən hara müraciət etməliyəm,

Bildiririk ki, pensiya təminatı əlillik təyin olunduqdan sonra sosial təminat orqanları tərəfindən həyata keçirilir. Əlillik qrupları, əlilliyin, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Bu səbəbdən əmək qabiliyyətinin müəyyən edilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaşadığınız ərazi üzrə tibbi-sosial ekspert komissiyasına müraciət etməyiniz məqsədəuyğundur. 
Emil Soruşur Yazılma Tarixi:29.03.2016 21:11:57

Salam. Men 30.06.1998-ci il tevellüdüyem. Xetai r-nu herbi komissarlıgında 2014 -cü ilde 1saylı siyahı ile qeydiyyata alınmısam. Bu il kolleci qurtarıb ali təhsil almaq ücün TQDK -ya sened vermek isteyirem. Men möhlət ala bilərəm.

Bildiririk ki, Sizə təhsilə görə verilmiş möhlət hüququ bitdikdən sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Mikayıl Soruşur Yazılma Tarixi:29.03.2016 18:00:03

Men universtet telebesiyem ama herbiye maragim var deye universtet diplomu ile herbide qalib isleye bilerem ve hansi wertlerle isleye bilerem etrafli melumat vererdizde

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3-cü maddəsində ətraflı məlumat əldə edə bilərsiniz. Eyni zamanda xidmət etmək istədiyiniz müvafiq icra hakimiyyəti orqanına müraciət etməyiniz tövsiyə olunur.
İsmayıl Soruşur Yazılma Tarixi:29.03.2016 03:40:16

hərbi xidmətə getmək istəyirəm çəki problemim var hərdefe vaynkamat 3 ay vaxt verir ne etmek olar?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Oruc Soruşur Yazılma Tarixi:28.03.2016 17:04:31

Salam.Mən SHXÇDX işə düzəlmək istəyirəm.Ali təhsilliyəm.Ordu sıralarından 9 ay bundan qabaq və kiçik çavuş kimi təxris olmuşam.Yaş 24.Bura hansı sənədlər lazımdır?

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Müsabiqəyə dəvət ediləcək namizədlərə əvvəlçədən məlumat verilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
cavid Soruşur Yazılma Tarixi:28.03.2016 03:08:40

Salam Mən 13c maddəsinə görə hərbi xidmətə yararsızam. Boyum 1.72 cəkim 107 kq-dir mən hərbi xidmətə yararlıyam

Hərbi xidmətə çağırış zamanı ilk dəfə III dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13 “ç” bəndi ilə 6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Lakin müalicə səmərəsiz olduqda, onlar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Əziz Soruşur Yazılma Tarixi:27.03.2016 23:44:00

Salam mən hərbi xidməti 3 aydir bitirmişəm mən gizir kursunda oxumaq istəyirəm . Sizdən xahiş edirəm mənə deyerdiz mən necə etmliyəm və nə sənətləri lazımdir

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə şöbə və bölmələri tərəfindən hər il mütəmadi olaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursunda oxumaq üçün 28 yaşına qədər hərbi vəzifəlilər sırasından namizədlərin seçilməsi təşkil edilir. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla) könüllü daxil olurlar. Odur ki, Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, SQ TTM-də təşkil ediləcək növbəti kursda oxumaq üçün adınızın namizəd kimi siyahıya daxil edilməsi və hansı sənədlərin hazırlanaraq təqdim edilməsi barədə hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbə və ya bölməsinə) müraciət edə bilərsiniz. Eyni zamanda nəzərinizə çatdırırıq ki, SQ TTM-də təşkil ediləcək növbəti gizir hazırlığı kursunun nə vaxt başlayacağına aydınlıq gətirilməsi ilə bağlı isə aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Elcan Soruşur Yazılma Tarixi:27.03.2016 23:11:15

Menim atam rehmete gedib qardasimla mene cagiris vesiqesi gelib bizi esger apara bilerlermi?

Bildiririk ki, valideynlərini itirmiş çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırış zamanı hər hansı güzəştin şamil edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :14897