Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elşən Soruşur Yazılma Tarixi:20.03.2016 17:19:40

Salam.Soruşmaq istədiyim ali təhsilli olaraq hərbi xidmətə MAXE kimi gedib sonra zabitlik kursuna getmək mümkündür? Yoxsa ləğv olunub?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Bu Qanunun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər  qəbul edilirlər. Odur ki, qeyd etdiyiniz məsələylə bağlı aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Babək Soruşur Yazılma Tarixi:20.03.2016 16:05:48

Mən aprel 2015 ci ildə Avtomobil taqım komandiri vəzifəsindən müddətli zabit kimi ehtiyata buraxılmışam.yenidən ordu sıralarına sənət vermək üçün nə etməliyəm.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər  daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və qanunvericiliklə yaradılmış başqa silahlı birləşmələrinin komandanlıqlarına müraciət etməlisiniz.
Ülvin Soruşur Yazılma Tarixi:20.03.2016 13:20:25

Salam.Herbidən müharbə dövrü yararlı,dinc dövrdə yararsız sayılıb saxlanılan səxslər hərbi sahəsində hər hansı bir işdə işləyə bilər.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 36-cı maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
  -           müddətdən artıq həqiqi hərbi xidmətə - qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular;
-           gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar;
-           zabitlərin həqiqi hərbi xidmətinə - habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular.
  Həqiqi hərbi xidmətə qəbul üçün müddətli hərbi xidmət keçməyiniz mütləqdir. 
Orxan Soruşur Yazılma Tarixi:20.03.2016 00:09:10

salam.Men Daxili Qosunlarda Muddetden artiq ve ya Gizir kimi calismaq isdeyirem lazim olan senedleri nece toplamaq olar zehmet olmasa ... boyum 1.87 sm cekim 75 kg

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla) daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına müraciət etməlisiniz.
Salam Soruşur Yazılma Tarixi:19.03.2016 17:24:13

Salam,Mən iş üçün müraciət etmişəm.Ali təhsilliyəm,hərbi xidmətdə olmuşam.İxtisasım Dövlət və Bələdiyyə idarəetməsidi,bilmək istərdim mənim üçün vakant yer hansı ola bilər və bu iş mülki işdirmi?

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı idarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
Bəxtiyar Soruşur Yazılma Tarixi:19.03.2016 11:36:59

Salam. Mən 1993-1994-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Göygöl rayon hərbi komisarlığından könüllü olaraq getmişdim. Mən müharibə iştirakçısı kimi vəsiqə ala bilərəmmi? Əgər ala bilərmsə hansı dövlət qurumuna müraciət etməliyəm? Sizə ünvanlandığım sualımı, cavablandırmağınızı xahiş edirəm. Hörmət və sayğılarımla.

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən veteran adı və müvafiq vəsiqələri vətəndaşların hansı qoşun növündə hərbi xidmət keçməsindən aslı olaraq tələb olunan sənədlər əsasında (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir) Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Xüsusi Dövlət Müha­fizə Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Nəzərinizə çatdırırıq ki, hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrlər kitabı hərbi qulluqçuların xidmət etdikləri müvafiq dövlət orqanlarının arxivlərində saxlanılır. Tələb olunan sənədlər toplandığı və hərbi xidmət keçməyinizi təsdiq edən arxiv arayışları olduğu təqdirdə, Sizə “Müharibə veteranı”adı və vəsiqəsi verilməsi məsələsinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq komissiyasında baxıla bilər. Əlavə olaraq bildiririk ki, hərbi xidmətkeçmə barədə arayışların verilməsi üçün müvafiq dövlət orqanlarının arxivlərinə sorğu, Xidmətin yerli idarə, şöbə, bölmələri və ya vətəndaşların özləri tərəfindən göndərilə bilər.
Elyar Soruşur Yazılma Tarixi:19.03.2016 10:47:43

Salam hervaxtiniz xeyir men Tagiyev Elyar Mahal oglu SHXCDX xidmete qebul ucun kecen il oktyabr ayinda kecirilen musabiqeden kecdim noyabrda kecirilen musahibeden kece bilmedim.Men bilmek isterdim ki men yeniden SHXCDX xidmete qebul ucun musabiqede iwtirak ede bilerem?Xais edirem cavablandirasiniz

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulla bağlı internet portalına daxil olmuş müraciətizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, 13.11.2015-ci il tarixdə keçirilmiş müsahibənin nəticələrinə əsasən, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edilməyiniz məqsədəuyğun hesab olunmamışdır.
Gülnarə Soruşur Yazılma Tarixi:19.03.2016 10:07:04

Salam,mənim hərbi biletim yoxdur.Hərbi bileti almaq üçün hara müraciət ede bilərəm?

Bildiririk ki, hərbi bilet verilməsi məsələsinə baxılması üçün pasport qeydiyyatında olduğunuz yaşayış yeri üzrə Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməyiniz vacibdir. 
Azər Soruşur Yazılma Tarixi:18.03.2016 21:20:08

salam Menim 18 yawim var may ayinin 30u 19 olacax helede herbi xidmete gede bilmemiwem amma bu il aprelde cagiriblar meni menm bedenmde yang var ona gore gonderiw verbler gonderiwde yararli yaziblar meni aprelde esgere aparacaqlar yoxsa yox ? aprelin 1 cammat esger gedr amma menm senedmi hele ayn 2si gotrecekler men nece olacam ?

Bildiririk ki, sualınızla bağlı araşdırma aparılması üçün soyadınızı, adınızı, təvəllüdünüzü və Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz.
Nicat Soruşur Yazılma Tarixi:18.03.2016 20:24:24

Salam ixtisasım İlahiyyat sahəsi üzrədir Eşitdiyimə görə hərbi xidmətdən öz ixtisasımdan yararlana bilərəm ( kütləvi məruzələr filan ) düzdürmü ??

Müraciətinizdə qeyd etdiyiniz məsələnin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinə aid olmadığını nəzərə alaraq aidiyyəti üzrə müddətli həqiqi hərbi xidmət keçəcəyiniz hərbi hissənin komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897