Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nail Soruşur Yazılma Tarixi:15.03.2016 13:38:39

Salam.Men isle bagli muraciet etmisdim,zeng eledilerki xeber veresiyik ama hele hecne demeyibler,birdeki oyrenmey istirem mulki ise devet olunacam yoxsa zvaniya ala bilecemmi?

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazirliği İdarəsinə gəlməyiniz təklif olunur ( özünüzlə şəxsiyyət vəsiqəsi, 3x4 ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir).
Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi həbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir.

Elçin Soruşur Yazılma Tarixi:14.03.2016 21:34:53

Salam men Qelenderov Elçin Sefer oğlu 1997 ci il anadan olmuşam.2015 ci oktyabr ayında Gedebey rayonu vaynkomatna çagrıldım muayineden keçdikde mende ureyde sınus ritmi aşkar olundu ve bakıya gönderildim mene 6 ay möhlet verildi martın 7 si yene vayınkomat çağırdı yene bakıya muayineye geldim mene verilmiş aktı vaynkomata göndermişem bilmey isderdim men aprelde gedecem yoxsa yene möhlet vereceyler ve möhlet verilse men ne vaxd gedecem herbi xidmete.

Məlum olmuşdur ki, Siz, 2016-cı ilin aprel çağırışına hazırlıqla əlaqədar Xidmətin Gədəbəy rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və  səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Arzu Soruşur Yazılma Tarixi:14.03.2016 18:29:50

Men Herbi xidmet kecme haqqimda arayis almaq ucun sistemden qeydiyyatdan kecdim lakin 2 ci sehifeden sonraki hisseye kecende yazildi ki sistemde gozlenilmez xeta bas verdi.Tekrar qeydiyyatdan kecmek ucun yazilir ki sizin e-mail artiq qeydiyyatdan kecib ancaq parol yigiram yene sehv gedir Xahis edirem mene komeklik edesiniz ?

Qeydiyyatınızı təsdiqləmək üçün qeydiyyatdan keçdiyiniz email ünvanına  keçid göndərilib. Göndərilmiş keçiddən istifadə edərək öz email ünvanınızı təsdiq etdikdən sonra şəxsi kabinetinizə daxil ola bilərsiniz.
Emin Soruşur Yazılma Tarixi:14.03.2016 17:17:19

Salam Men 17-05-1998 təvəllüd Herbi xidemete yararliyam ve Aprel ayinda esger getmek isteyirem konullu nece edim hara müraciyət edim yada hansi ay esger gedecem??

Bildiririk ki, 17.05.2016-cı il tarixdə 18 yaşınız tamam olduğu üçün 2016-cı ilin iyul çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Orxan Soruşur Yazılma Tarixi:14.03.2016 12:09:50

Salam. Mənim qardaşımın 18 yaşı iyun ayının 20-si tamam olur. 2 qrup universetlərə qəbul imtahanı may ayının 22-sidir. Qardaşıma imtahan nəticələri çıxana qədər möhlət hüququ verilə bilər. əvvəlcədən təşəkkür.

Bildiririk ki, 2015-ci ildə respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək şansı olmuş çağırış yaşlı vətəndaşlara qəbul imtahanlarında iştirak etmək üçün təkrar şans verilmir.  Lakin 2015-ci ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2016-cı ilin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən sonra “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə onlar müvafiq arayışlarla təmin edilirlər.
Nihad Soruşur Yazılma Tarixi:13.03.2016 23:48:02

Salam. Mən 1998 təvəllüdəm. Aprelin 4ü hərbi xidmətə cağırılmışam. Bilmək isdəyirdim ki, məni saxlamaq ehyimalı varmı? Mənim qardaşım və bir neçə qonşu 2013 də aprelde getməliydilər. Amma iyul ayına saxlamışdılar. (qeyd edimki qalmaq istəmirəm) və birdə hara duşməyim haqda ne vaxt məlumatım ola bilər. Yəni nəticələr nə vaxt biıinəcək.?

Bildiririk ki, Azərbaycan Respublikasında həqiqi hərbi xidmətə çağırış Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ildə 4 dəfə-yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək keçirilir. Eyni zamanda 2016-cı ilin aprel çağırışına cəlb edilən çağırışçıların bölgüsü mart ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.03.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. 
Şahin Soruşur Yazılma Tarixi:13.03.2016 23:16:10

salam silahli quvvelerde gizir olmaq isteyirem hemde snayper qrupunda. neynemeliyem.? hansi senedler lazimdi bunun ucun.?

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 №-li qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.4-cü bəndinə əsasən, şəxsi iş tərtib edilməsi üçün bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarına və ya hərbi hissələrə aşağıdakı sənədlər (müvafiq dövlət orqanları tərəfindən xidmətə (qulluğa) qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənədlərdən başqa) təqdim edilir:
-          şəxsiyyəti təsdiq edən sənəd;
-          ərizə və ya raport;
-          şəxsən yazılmış tərcümeyi-hal;
-          xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
-          təhsil haqqında sənədin surəti;
-          doğum haqqında şəhadətnamənin surəti;
-          nikah haqqında şəhadətnamənin surəti (evli olduqda);
-          uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaq olduqda);
-          4 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 9x12 sm ölçüdə fotoşəkil;
-          məhkumluğun olub-olmaması barədə arayış.
Həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxslər üçün tərtib edilmiş şəxsi işlərə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissə tərəfindən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması barədə müvafiq hərbi-həkim komissiyasının qərarı əlavə olunur. Əlavə olaraq bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına və ya hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
Sirac Soruşur Yazılma Tarixi:13.03.2016 22:35:45

men 1998 tevelludluyem aprelin 10u 18 yasim tamam olacaq.mektebi kecen il bitirmisem,bu il tqdk imtahanina girecem,herbi xidmetden nece icaze alabilerem?naxcivan ucotundayam.

Bildiririk ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbul imtahanlarında cari ildə tam orta təhsil müəssisələrini bitirmiş abituriyentlər və həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olan çağırışçılar iştirak edə bilərlər. 
Elnur Soruşur Yazılma Tarixi:12.03.2016 22:37:58

Salam. Anam məni tək böyüdüb. Atam yoxdur. Özümdən balaca bir bacim var. 2016-cı il aprel ayinda hərbi xidmətə çagırılmışam. Özüm Bakı qeydiyatındayam. Yaxın bölgəyə düşə bilərəmmi?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür.      
     Eyni zamanda bildiririk ki, çağırışçıların gələcəkdə hansı hərbi hissədə xidmət keçməsi məsələsinə onların təyin edildiyi qoşunun komandanlığı tərəfindən qərar verilir. 
RƏQSANƏ Soruşur Yazılma Tarixi:12.03.2016 17:52:15

Salam. Men herbide maxe kimi işlemek isteyrem . Silahli Quvvelerde ya da Daxili Qoşunlarda. Bilmek isteyrem işe qebul varmi? Xahiş edirem mene kömeklik edesiz.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz yuxarıda qeyd olunan müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897