Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əli Ağayev Soruşur Yazılma Tarixi:03.03.2016 14:57:18

Hepatit B virusu ile yoluxmuş şəxslər hərbi xidmətə aparılır?

B virus hepatiti səthi antigeninin aşkar edilməsi, qaraciyərin gizli keçən xroniki xəstəliyinin istisna edilməsi məqsədi ilə müayinə aparılması üçün əsasdır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Samir Agalarov Soruşur Yazılma Tarixi:03.03.2016 12:25:36

Salam men Agalarov Samir 26.09.1986il. 2001 ci ilde Rusiya vetendasliqini qebul etmisem ve hal hazirda Rusiya vetendasiyam.Dovlet Miqrassiya xidmetinen arayis almisam ki Azerbaycan Respublikasinin vetendasliq mesubiyeti taninir.Bilmek isderdim herbi ucota duwsem meni herbiye cagiraqalar ya yox????

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  12.9-cu maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Qurban Səmədov Soruşur Yazılma Tarixi:03.03.2016 11:00:25

salam. mən tibbi komisyadan keçdikdən sonra hərbi bilet verərək geyd ediblərki sülh dövründə hərbi xidmətə yararsiz lakin müharibə dövründə qismən yararliyam belə olduğu halda dövlət işində işləmək mümkündürmü? lori dildə desəm paqon işlərini nəzərdə tutmuram diqər işlərdə işləməyim mümkündürmü?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar işləmək istədiyiniz müvafiq icra hakimiyyəti orqanına müraciət etməyiniz tövsiyə olunur.
murad seyidov Soruşur Yazılma Tarixi:03.03.2016 10:20:06

salam men herbi xidmete yarasiz olan herbi biletimi itirmisem hal hazirda ise konullu olaraq herbi xidmete getmek isdeyirem men erizemi rayon herbi kamisarligina vermek ucucn herbi biletimi yeniden berpa etmeliyem yoxsa herbi kamisarligin arxivinden almaliyami?

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinadsiz saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məsuliyyətə cəlb edilməklə )Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsi) tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir.
Nəzərinizə çatdırırıq ki, hərbi uçot məlumatları dəqiqləşdirildikdən və tələb olunan əsasverici sənədlər tam toplandıqdan sonra Siz hərbi biletlə təmin oluna bilərsiniz. Hərbi biletin korlanma və ya itirilmə şəraitinin yoxlanılması və təkrar (yeni) hərbi biletin verilməsinə əsas verən sənədlərin toplanması müddətində hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir.
Əlavə olaraq, Qanunun 12.2.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə - Azərabaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan aza edilməmiş kişi cinsli vətəndaşları çağırılırlar.
Zohrab Turayev Soruşur Yazılma Tarixi:03.03.2016 10:09:16

Salam mən rusiya vətəndaşıyam, azərbaycanda 2004 ildən yaşıyıram, və 2011 ildən miqrasiya xidmətində qohumluq esasında qeydiyyatan keçirəm. Hərbi quuluğa getmək istəyirəm azərbaycanda,bunun həl yolu var mı?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar.
Bu Qanunun 36.2-ci maddəsinə əsasən bağlaşma əsasında həqiqi hərbi xidmətə, həmçinin əcnəbiləri və vətəndaşlığı  olmayan şəxslər qəbul olunurlar.
Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə müvafiq dövlət orqanlarına müraciət etməlisiniz.
Elmar Kərimov Soruşur Yazılma Tarixi:02.03.2016 22:51:59

Salam. Meim gözlərimdə zəiflik var. Herbi xidmətə cağırışda göz zeifliyi en çox ne qeder ola bilər?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Elman Mustafayev Soruşur Yazılma Tarixi:02.03.2016 20:58:54

Salam Men Herbi Suruculuk Kusuna Nece, qebul ola billerem ?

Bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün sürücü ixtisası üzrə mütəxəssislərin hazırlıq kursları fevral, may, avqust və noyabr aylarından etibarən fəaliyyətə başlayır. Bu kurslara 17 yaşına çatmış, müddətli həqiqi hərbi xidmətə tam yararlı olan və müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan vətəndaşlar və çağırışçılar cəlb edilir. Qeyd etdiyiniz ixtisas üzrə hazırlığa cəlb edilmənin şərtləri barədə məlumat almaq üçün hərbi qeydiyyatda olduğunuz Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə müraciət edə bilərsiniz.
Elnur Memmedyarov Soruşur Yazılma Tarixi:02.03.2016 20:30:14

Salam Aleykum mən 1999 tevelludluyem herbi qeyydiyyata 1 il gecikmisem buna gore meni cerime gozleyir? , Quba Rayon Vayinkomatinda menden 30 manat Beynelxalq bankina odemeyimi teleb edirler

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 6-cı maddəsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.  Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 604-cü maddəsinə uyğun olaraq, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə otuz manat məbləğində cərimə edilir.
Ilkin Abdullayev Soruşur Yazılma Tarixi:02.03.2016 20:20:57

Avropa Parlamentini maliyələşdirdiyi proqramlarla xaricde magistratura tehsile ile bagli mohlet verilirmi?

Bildiririk ki, mövcud qanunvericilikdə magistraturaya qəbul olunanlara həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır.
Orxan Qafarlı Soruşur Yazılma Tarixi:02.03.2016 20:05:26

Salam sualima verdiyiniz cavab əsasən bildirmək istəyirəmki meni böyrəyi (nalvari) vəziyyətdə bəs nəcə hərbi xidmətə yollanmışam ? herbi qulluqa caqiriş zamanı bizim tibb işcilərimiz hara baxırdı bəs mən niyə o vəziyyətdə hərbi xidmətə yola salinib 10ay hərbi qulliqdan sonra men o səkildə təxris olunmaliyam özüdə hərbi xidmətə yararsız səkildə, xaiş edirem mənim bu sualima bir cavab bir cıxış yolu tapasıniz eyer mumkunsə hərbi qulluqda işlə təmin edin cunki bu vəziyyətdə hec bir dovlət işində işləyə bilmirəm.

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də səhhəti ilə əlaqədar şikayət bildirməyən vətəndaşlara daxili orqanların ultrasəs müayinəsinin aparılması (məcburi) nəzərdə tutulmamışdır. Böyrəklərin anadangəlmə inkişaf qüsurunun aşkarlanması yalnız daxili orqanların ultrasəs müayinəsi zamanı mümkündür. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunmuşdur.
Cədvəldə sətir sayı :14891