Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Zohrab Turayev Soruşur Yazılma Tarixi:03.03.2016 10:09:16

Salam mən rusiya vətəndaşıyam, azərbaycanda 2004 ildən yaşıyıram, və 2011 ildən miqrasiya xidmətində qohumluq esasında qeydiyyatan keçirəm. Hərbi quuluğa getmək istəyirəm azərbaycanda,bunun həl yolu var mı?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar.
Bu Qanunun 36.2-ci maddəsinə əsasən bağlaşma əsasında həqiqi hərbi xidmətə, həmçinin əcnəbiləri və vətəndaşlığı  olmayan şəxslər qəbul olunurlar.
Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə müvafiq dövlət orqanlarına müraciət etməlisiniz.
Elmar Kərimov Soruşur Yazılma Tarixi:02.03.2016 22:51:59

Salam. Meim gözlərimdə zəiflik var. Herbi xidmətə cağırışda göz zeifliyi en çox ne qeder ola bilər?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Elman Mustafayev Soruşur Yazılma Tarixi:02.03.2016 20:58:54

Salam Men Herbi Suruculuk Kusuna Nece, qebul ola billerem ?

Bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün sürücü ixtisası üzrə mütəxəssislərin hazırlıq kursları fevral, may, avqust və noyabr aylarından etibarən fəaliyyətə başlayır. Bu kurslara 17 yaşına çatmış, müddətli həqiqi hərbi xidmətə tam yararlı olan və müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan vətəndaşlar və çağırışçılar cəlb edilir. Qeyd etdiyiniz ixtisas üzrə hazırlığa cəlb edilmənin şərtləri barədə məlumat almaq üçün hərbi qeydiyyatda olduğunuz Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə müraciət edə bilərsiniz.
Elnur Memmedyarov Soruşur Yazılma Tarixi:02.03.2016 20:30:14

Salam Aleykum mən 1999 tevelludluyem herbi qeyydiyyata 1 il gecikmisem buna gore meni cerime gozleyir? , Quba Rayon Vayinkomatinda menden 30 manat Beynelxalq bankina odemeyimi teleb edirler

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 6-cı maddəsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.  Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 604-cü maddəsinə uyğun olaraq, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə otuz manat məbləğində cərimə edilir.
Ilkin Abdullayev Soruşur Yazılma Tarixi:02.03.2016 20:20:57

Avropa Parlamentini maliyələşdirdiyi proqramlarla xaricde magistratura tehsile ile bagli mohlet verilirmi?

Bildiririk ki, mövcud qanunvericilikdə magistraturaya qəbul olunanlara həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır.
Orxan Qafarlı Soruşur Yazılma Tarixi:02.03.2016 20:05:26

Salam sualima verdiyiniz cavab əsasən bildirmək istəyirəmki meni böyrəyi (nalvari) vəziyyətdə bəs nəcə hərbi xidmətə yollanmışam ? herbi qulluqa caqiriş zamanı bizim tibb işcilərimiz hara baxırdı bəs mən niyə o vəziyyətdə hərbi xidmətə yola salinib 10ay hərbi qulliqdan sonra men o səkildə təxris olunmaliyam özüdə hərbi xidmətə yararsız səkildə, xaiş edirem mənim bu sualima bir cavab bir cıxış yolu tapasıniz eyer mumkunsə hərbi qulluqda işlə təmin edin cunki bu vəziyyətdə hec bir dovlət işində işləyə bilmirəm.

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də səhhəti ilə əlaqədar şikayət bildirməyən vətəndaşlara daxili orqanların ultrasəs müayinəsinin aparılması (məcburi) nəzərdə tutulmamışdır. Böyrəklərin anadangəlmə inkişaf qüsurunun aşkarlanması yalnız daxili orqanların ultrasəs müayinəsi zamanı mümkündür. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunmuşdur.
Elçin Nərimanov Soruşur Yazılma Tarixi:02.03.2016 19:47:41

salam.Ali təhsilimin son kursundayam.bititrib nikadr leytenant olmaq istiyirem.sizden xahişim budur ki mümkünsə tibbi muayinə haqqında məlumat verərdiz.Yəni hansı xəstəliklər olanda leytenant kimi qebul etmirlər.və yaxud göz görmə qulaq eşitmə ,boy hansı dərəcədə olmalıdı.mümkünsə cavablanırasız o vaxtacan bədəni həmin vəziyyətdə olması üçün çalışım.

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Çağırışçıların qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 40-cı maddəsinin I qrafasının tələblərinə əsasən hər qulağda eşitmənin zəifləməsindən və funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nə əsasən ştat üzrə “zabit” hərbi rütbəsi nəzərdə tutulmuş vəzifələrə hərbi xidmətə könüllü daxil olan və çağırış üzrə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara sağlamlıq vəziyyətinə dair tələblər fərqlidir.
Bagirova Gulnare Necef qizi Soruşur Yazılma Tarixi:02.03.2016 19:46:41

Salam.Inshallah aprel ayinda esgerlerin eve buraxilismasinin emri ne Zaman verilecek?

Bildiririk ki, xidmət müddətləri başa çatmış müddətli həqiqi hərbi xidmət qulluqçuları Azərbaycan Respublikasının Prezidentinin müvafiq aktı əsasında ehtiyata yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək buraxılırlar.
Nüsrət Ismayilov Soruşur Yazılma Tarixi:02.03.2016 17:13:16

Ismayilov Araz Təvəllüdüm 20.07.96 Qeydiyatda oldugum yer Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin yevlax rayon şöbəsində qeydiyatdayam

Siz 2014-cü ilin iyul çağırışına hazırlıq zamanı Xidmətin Yevlax rayon şöbəsində tibbi şəhadətləndirilmiş və sağlamlıq vəziyyətinizlə əlaqədar ET Travmatologiya və Ortopediya İnstitutuna əlavə müayinəyə göndərilmisiniz. İnstitutdan daxil olmuş müayinə aktına əsasən  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 №-li Qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 86-cı maddəsi ilə altı ay müddətinə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilmisiniz. Möhlət müddətiniz bitdikdən sonra 2015-ci ilin oktyabr çağırışına cəlb olunmuş və adı qeyd olunan tibb müəssisəsinə təkrar müayinəyə göndərilmisiniz. Barənizdə verilmiş ilkin qərar öz qüvvəsini saxladığı üçün yenidən altı ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilmisiniz. Bildiririk ki, Siz 2016-cı ilin aprel çağırışına cəlb olunursunuz və təkrar tibbi şəhadətləndirildikdən sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Rəşad Məmmədov Soruşur Yazılma Tarixi:02.03.2016 16:13:18

Salam. Mənim atamın babası II Düna müharibəsində itkin düşüb. İtkin düşməsi barədə Rusiyada yaradılmış axtarış sistemində ad-familiyası, hardan çağırıldığı barədə məlumat var. Onun həqiqətən də 1942-ci ildə hərbi xidmətə çağırılması barədə arayış ala bilərikmi?

Bildiririk ki, Xidmətin yerli idarə, şöbə və ya bölmələrində mövcud olan arxiv sənədlərində qohumunuzun 1942-ci ildə həqiqi hərbi xidmətə çağırılması barədə məlumat olduğu təqdirdə, yaxın qohumluq əlamətini təsdiq edən şəxs (mövcud qanunvericilikdə       yaxın qohum - ata, ana, bacı, qardaş, arvad (ər) və övlad nəzərdə tutulur) müvafiq arayışla təmin edilə bilər.
Cədvəldə sətir sayı :14897