Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Mutalib Vahidov Soruşur Yazılma Tarixi:29.02.2016 09:58:12

Salam men qanunu herbiye yararsizam indi men Nazirliyin resmi saytina sikayyet yazdim menim Vayyeni biletimi vermleri ucun oda dunen zeng geldiki martin 2-si vayenkomadda olginen kamisyadan kececeksen sizce vayyeni biletimi cagirirlar vermye yoxsa neye gore xahis edirem cavab yazin

Bildiririk ki, müraciətinizdə atanızın adı, təvəllüdünüz və hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinin adı göstərilmədiyi üçün barənizdə konkret araşdırma aparmaq mümkün olmamışdır.
Behruz Bayramov Soruşur Yazılma Tarixi:28.02.2016 23:06:35

Salam Men Gence Dovlet Universitetinin Iqtisadiyyat fakultesini 2010 ci ilde bitirmisem.2010 ci il de herbi xidmete getmisem, 2011 ci il de qayitmisam.Herbi rutbem esger olub.Azərbaycan Respublikası Müdafiə Nazirliyine zabit kimi getmek ucun muraciet elesem hansi senedler lazimdi.Xais edirem komek edesiz.

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 №-li qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.4-cü bəndinə əsasən, şəxsi iş tərtib edilməsi üçün bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarına və ya hərbi hissələrə aşağıdakı sənədlər (müvafiq dövlət orqanları tərəfindən xidmətə (qulluğa) qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənədlərdən başqa) təqdim edilir: -          şəxsiyyəti təsdiq edən sənəd; -          ərizə və ya raport; -          şəxsən yazılmış tərcümeyi-hal; -          xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə; -          təhsil haqqında sənədin surəti; -          doğum haqqında şəhadətnamənin surəti; -          nikah haqqında şəhadətnamənin surəti (evli olduqda); -          uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaq olduqda); -          4 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 9x12 sm ölçüdə fotoşəkil; -          məhkumluğun olub-olmaması barədə arayış. Həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxslər üçün tərtib edilmiş şəxsi işlərə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissə tərəfindən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması barədə müvafiq hərbi-həkim komissiyasının qərarı əlavə olunur.
Ağasiyev Qabil Soruşur Yazılma Tarixi:28.02.2016 18:57:30

Salam menim on səkkiz yaşım bitib ve hərbi xidmətə çağırışçıyam. Beş yaşımda ürekden emeliyat olmuşam ve üçüncü qurub pensiya alıram. Hərbi xidmətə düşüremmi? Düşmesem könüllü olaraq erize yazıb gede bilərəmmi?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Elcin Qasimov Soruşur Yazılma Tarixi:28.02.2016 16:58:32

salam gizir olmaq ucun idmandan kecmek lazim olur .misal-jim,turnik,qacis ve s.bu normativler ne qederdir?.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Əli Rüstəmov Soruşur Yazılma Tarixi:28.02.2016 16:56:16

Salam.mən mayın 15 i universitetə imtahan verəcəm...ixtisas secimide avqust ayindadi...özümdə 1998 il mayın 6 doğulmuşam mən əsgərliyini saxlatmaliyam yoxsa yox?

Bildiririk ki, 2015-ci ildə respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək şansı olmuş çağırış yaşlı vətəndaşlara qəbul imtahanlarında iştirak etmək üçün təkrar şans verilmir.  Lakin 2015-ci ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2016-cı ilin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən sonra “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə onlar müvafiq arayışlarla təmin edilirlər.
Xeyyam Bagisov Soruşur Yazılma Tarixi:28.02.2016 03:07:25

SAlam.men oktyabr ayinda imtahanda istirak ettim ama meqbul bali yiga bilmediyme gore qebul ola bilmedim.sonra cenab general Arzu Rehimovun sumqayitda sakinlerle kecirilen gorusunde istirak ettim ve cenab general mene novbeti imtahanda istirak etmeyim ucun raziliq verdi.men 2 gun once elektron sekilde size muracietimi yolladim.novbeti imtahan vaxtin bilmek isterdim.ve men imtahanda istirak edib etmeyeceymi bilmek isteyirem.

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı idarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
Nüsrət Ismayilov Soruşur Yazılma Tarixi:28.02.2016 02:01:45

Salam Mən hərbi xidmətə yararsız olduğum üçün getmədim. Artıq 2-ildir amma hərbi biletimi ala bilmirəm . Xais edirəm kömək edəsiniz

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə barənizdə məlumatlar     (atanızın adı, təvəllüdünüz, harada hərbi qeydiyyatda olduğunuz yer) qeyd edilmədiyi üçün cavablandırılması mümkün deyil. Yuxarıda göstərilən məlumatlar Xidmətin saytına ediləcək təkrar müraciətinizdə qeyd edildiyi təqdirdə barənizdə araşdırma aparılaraq Sizə ətraflı cavab veriləcəkdir.  
Ferrux Ismayilov Soruşur Yazılma Tarixi:28.02.2016 00:54:32

Salam maxe qebuluna ne vaxt baslanacaq

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Haciyev Mehemmed Soruşur Yazılma Tarixi:27.02.2016 21:52:17

Salam men Hal hazırda Üniversitetdə bakalavır oxuyuram. Magistraturanı xaricdə oxumaq istəyirəm. Bu səbəbdən dolayı Möhlət verilə bilərmi əgər mümkünsə hansı sənədlər lazımdır

Bildiririk ki, mövcud qanunvericilikdə magistraturaya qəbul olunanlara həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır.
hesen huseynov Soruşur Yazılma Tarixi:27.02.2016 21:36:43

gizir olmag isteyenler,, herbi komissarliga, yeni seferberlik idaresine muraciet edib adini yazdirmalidirki,,gizirliye yigim vaxti cagirilsilar,,maxi olmag isteyenler,tanidigi herbi hisselere muraciet etmelidir,,herbi biletle birlikde,, eger maxiliye qebuk varsa maxe olmag isteyene mektub verilir ve herbi komissarliga yeni,,sefetberlik idaresine gonderilir, bu beledir

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 №-li qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.4-cü bəndinə əsasən, şəxsi iş tərtib edilməsi üçün sənədlər bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarına və ya hərbi hissələrə (müvafiq dövlət orqanları tərəfindən xidmətə (qulluğa) qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənədlərdən başqa) təqdim edilir. Əlavə olaraq bildiririk ki, yalnız  Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilən “Gizir hazırlığı kursu”nda oxumaq istəyən hərbi vəzifəlilər, tələb olunan sənədləri hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölməsinə təqdim edirlər.
Cədvəldə sətir sayı :14891