Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Anar Sayadov Soruşur Yazılma Tarixi:07.03.2016 11:54:37

Salam mənim 35 yaşım var mən Səfərbərlik Xidmətində işləmək arzusundayam ali təhsilliyəm hərbi xidmət keçmişəm xahiş edirəm məni məlumatlandırasınız?

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həqiqi hərbi xidmət keçmiş, sağlam vətəndaşlar müsabiqə (test imtahanı) və müsahibə yolu ilə təhsilinə, ixtisasına uyğun vakant vəzifələrə işə qəbul oluna bilərlər. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Samir Agalarov Soruşur Yazılma Tarixi:06.03.2016 18:33:54

Salam men Agalarov Samir 26.09.1986 ci il tevellud.menim plastaskopiyam var bilmek isderdim herbiye yararliyam yoxsa yox?

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Ziya Bagirov Soruşur Yazılma Tarixi:06.03.2016 08:22:26

Salam , Men herbi xidmete yararsizam 27 yashim var ayaqlarim 2 ci ve 3 cu derece yasti pencedi,bilmek istyeyirem pen pensiya ala bileremmi ? ve bunun ucun hara muraciet etmeliyem?, ayaqlarimdaki probleme gore ishleye bilmirem gezmekde cetinlik cekirem,

Bildiririk ki, pensiya təminatı əlillik təyin olunduqdan sonra sosial təminat orqanları tərəfindən həyata keçirilir. Əlillik qrupları, əlilliyin, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Bu səbəbdən əmək qabiliyyətinin müəyyən edilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaşadığınız ərazi üzrə tibbi-sosial ekspert komissiyasına müraciət etməyiniz məqsədəuyğundur. 
Sadigov Elsevar Soruşur Yazılma Tarixi:06.03.2016 02:31:43

Salam, mən ali təhsilliyəm, 9 aydır əsgər kimi qulluq edirem. Deyilənə görə ehtiyat zabit hazırlığı kursunu oxuya, leytenant rütbəsini ala və öz təxris zamanımda ehtiyata buraxıla bilərəm, bu nə qədər həqiqətə uyğundur? Mənə bu barədə ətraflı məlumat verin

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 41-ci maddəsiə əsasən, hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun xidməti vəziyyətindən, hərbi və xüsusi hazırlığından, xidmət illərindən, ehtiyatda olma  müddətindən, Silahlı Qüvvələrin, qoşunların növünə və ya xidmətə mənsubiyyətindən, göstərdiyi xidmətlərindən eləcə də bu Əsasnamə ilə  nəzərdə tutulan digər şərtlərdən asılı olaraq müvafiq hərbi rütbə verilir. Həmin Əsasnamənin 58-ci maddəsinin “e” bəndinə əsasən, ehtiyatda olan zabit hazırlığı proqramı üzrə müəyyən edilən imtahanları vermiş ali təhsilli əsgər, matros və çavuşlara müddətli  həqiqi hərbi xidməti bitirdikdə “leytenant” hərbi rütbəsi verilir.  
Cabbarlı Məhəmməd Soruşur Yazılma Tarixi:06.03.2016 02:31:00

salam 2ci mohlet olur?

Bildiririk ki, sağlamlığına və ailə vəziyyətinə görə çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan bir neçə dəfə möhlət verilə bilər. Lakin təhsilə görə möhlət yalnız 1 dəfə verilir.
Elman Mustafayev Soruşur Yazılma Tarixi:06.03.2016 02:00:51

Salam Herbi Vetenperverlik ve Texniki idman Cemiyyeti Kursuna Qebul olmaq isteyirem Xais Edirem komek edin mene 0513300620

Bildiririk ki, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) 14 iyun 2012-ci il tarixdə keçirilmiş növbədənkənar X Qurultayının qərarı ilə Cəmiyyət öz ictimai statusundan imtina edərək ləğv edilmiş və çağırışçıların xüsusi hərbi ixtisaslar üzrə, eləcə də vətəndaşların texniki ixtisaslar üzrə hazırlığının müasir standartların tələblərinə uyğun təşkil edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət yaradılmışdır. Hal-hazırda Məhdud Məsuliyyətli Cəmiyyətdə vətəndaşların təsərrüfat hesablı qruplarda sürücülük ixtisası üzrə, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin göndərişi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr üçün çağırışçıların sürücü, aşpaz ixtisası üzrə hazırlığı təşkil olunur.  Hazırlıq kursları barədə ətraflı məlumat əldə etmək üçün Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları 99 ünvanında (əlaqə telefonu: 012-5972588) yerləşən “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin İcra Orqanına və ya hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə müraciət etməyiniz məqəsdəuyğundur. 
Emin Məmmədov Soruşur Yazılma Tarixi:05.03.2016 21:41:55

Salam mən ali təhsil müəsisəsinin 4 - cü kursunda oxuyuram.Mən bilmək istəyərdim ki universiteti bitirdikden sonra zabit hərbi kursuna TTM -ə qəbul olmaq üçün nə etməliyəm öz hərbi komisarlığımıza müraciət olunmalıdı əgər elədisə hansı sənədlər lazımdır və ya hərbi xidmətdə leytnant kurslarını oxumaq olar?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.  Leytenant kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Rauf Sahmarov Soruşur Yazılma Tarixi:05.03.2016 21:30:11

Salam men kecmis herb quluqcuyam men Tovuz rayonunda en sayl H.Hiede Gizir kimi qulluq etmisem ve 2013 ilde H.Hisenin sef secimi ve duzgun verilmeyen qerari Ile Gence H.mekemesi meni 4il azadlqdan mehrum etdi .Hal hazrda azadlqdayam ve H.xidmetime davam etmek isdiyirem xayis edirem sualm cavablandrin

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən, şəxsin məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır cinayət törətdikdə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina edilir.
Vurgun esgerli Soruşur Yazılma Tarixi:05.03.2016 21:06:34

Salam.Panik atak xestesi (Nervoloji xestelik) olan biri herbi xidmete yararli sayilirmi?

Çağırışçılarda ruhi pozuntular üzrə tibbi şəhadətləndirilmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 14-20-ci maddələrinin I qrafasının tələblərinə əsasən aparılır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Rövşən Rzayev Soruşur Yazılma Tarixi:05.03.2016 20:35:40

1.Salam.Həm sol həmdə sağ tərəfdən iki dəfə exnikok qurdundan əməliyyat olmuş kişi həqiqi hərbi xidmətə çağırıla bilərmi? Nəzərinizə çatdımki həmin şəxs tam sağlamdır .Amma sinəsində iki çapığı var 2.Ali təhsil müəssəsində magistr pilləsi üzrə təhsil alan(1 il oxunub,1 il qalıb) şəxsi hərbi xidmətə çağırılacaq? Hala-hazırda oxuyur.

“Exinokokkektomiya, cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozla şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Bildiririk ki, mövcud qanunvericilikdə magistraturaya qəbul olunanlara həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərədə tutulmamışdır.
Cədvəldə sətir sayı :14897