Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
İlkin Soruşur Yazılma Tarixi:12.03.2016 13:13:23

Salam mən ATibbU-da oxuyuram. Bu il aprelde bizim Rezidentura imtahanının 1-ci mərhələ imtahanıdı. Əgər 1-ci mərhələdən kecsəm mənə 2-ci mərhələdə iştirak etmək ucun mohlet veriləcək və iyulda yox oktyabrda cagırış gələcək. Bilmək istəyirəm ki hemin muddət icində, yəni iyuldan oktyabr ayina kimi olan muddətdə mən olkədən kənara cıxa bilərəm? Məlumat ucun deyim ki, Turkiyəyə getmək istəyirəm 1 həftəlik.

Bildiririk ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına və çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş vətəndaşlara ölkəni tərk etmək qadağandır.
Fuad Soruşur Yazılma Tarixi:12.03.2016 11:05:28

Salam. Iqtisad universitetinde oxuyuram.yayda esgerliye gedecem.leytenant kimi yeni 1 il 9 ay O duzdurki bu qayda artiq yoxdur? Yeni vaxti uzadilblar 2 il 6 aya qeder?

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Ceyhun Soruşur Yazılma Tarixi:11.03.2016 20:57:09

Axşamınız xeyr bağışdıyın narahat edirəm.Mən 2017 ci ildə universiteti bitirib hərbide nikadr leytinant kimi xidmət etmək istəyirəm.Amma səhv etmirəmsə nikadr leyinantliqda bəzi dəyişikliklər edilib.Bu barədə məlumat verməyinizi xahiş edirəm

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə fikriniz tam və aydın şəkildə  (dəyişiklik dedikdə nə nəzərdə tutulur) ifadə olunmadığı üçün cavablandırılması mümkün deyil. Xidmətin saytına ediləcək təkrar müraciətinizdə çağırışçı və ya hərbi vəzifəli olmağınız və hansı dəyişikliklər barədə məlumat əldə etməyiniz barədə qeydlər olduğu təqdirdə Sizə ətraflı cavab veriləcəkdir.  
Kamran Soruşur Yazılma Tarixi:11.03.2016 16:23:32

Salam Mən Təhsilimi 2017 ci ilin Iyunun 30 da bitirirem bilmək istərdim cagiriş ne vaxt gələcək ?

Bildiririk ki, sualınızın cavablandırılması üçün  doğum tarixinizi və Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz. 
Nihad Soruşur Yazılma Tarixi:10.03.2016 21:08:59

Salam. Men aprelin 4u ucun emr almiwam. (Bineqedi). Menim qardawim ve qonwulardan bezileri. 2013cu ilde aprel ayinda herbi qulluga cagirilmiwdilar. Amma onlari iyul ayina saxlamiwdilar. Bir qonwumu ise iyulda getmeliydi oktyabra saxladilar. Qeyd edimki. Emrleride verilmiwdi. Indi bele birwey yene ola biler menim ucun? (qeyd edmki qalmax isdemirem) ve birde hansi herbi hisseye duwduyumu nevaxt oyrene bilerem?

Bildiririk ki, sualınızla bağlı araşdırma aparılması üçün Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz. Digər sualınızla əlaqədar bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməyə müraciət edə bilərsiniz.
Qüdrət Soruşur Yazılma Tarixi:10.03.2016 18:36:26

Salam mən bu il 4-cü kursda oxuyuram. Bu il inşallah iyul ayında əsgər gedəcəm. Biz bu il may ayinda Turkiyəyə imtahan vermeye gede bilerik?

Bildiririk ki, 2016-cı ilin iyul çağırışı zamanı həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara may ayında sərhədkeçməyə məhdudiyyət qoyulmur.
Xankişiyev Feyruz Soruşur Yazılma Tarixi:07.03.2016 13:29:28

Salam mənim təvəllüdüm 1997 ci ildir .1998ci ildə qanımda q6fd fermentinin çatışmazlığı aşkarlandı (hemoliz) , 2015 ci ilin oktyabir ayinda voynkomat məni qan instutuna göndərdi ordada çıxdı qanımda q6fd fermentinin çatışmazlığı diaqnozu qoyuldu ,23.11.15 ci ildə yeniden voynkomat məni cityhosbitala göndərdi orda ise həkim 3 ay möhlət verdi və şəxsi işimə yazdiki hemoliz yoxdur və bu gün mən 07.04.16 yenidən qan instutuna getdim və yenə həmin diaqnoz qoyuldu..Özüm saatlı rayonunda qalıram və bu hərbi səfərbəylik komisyasinin həkiminin məsuliyətsizliyi üzündən mən maddi cəhətdən ziyana düşdüm çox xaiş edirəm mən həkimi hara şikayət edə bilərəm onu deyn..indidən çox sagolun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunmuşdur. Rayon (şəhər) çağırış komissiyalarının işində yerli icra hakimiyyəti başçılarının qərarı ilə dövlət səhiyyə müəssisələrində çalışan həkim mütəxəssislər iştirak edir (ezam edilir) və çağırışa cəlb olunan çağırışçıların tibbi müayinədən keçirilməsini və şəhadətləndirilməsini həmin həkim mütəxəssislər yerinə yetirirlər.
Quliyev Məhəmmədəli Soruşur Yazılma Tarixi:07.03.2016 13:23:38

Salam mən 2016-cı ilin aprel ayının 4-ü hərbi xidmətə çağırılmışam özüm sambo və cüdo idman növü ilə məşğul oluram. Sambodan respublika cempionu və neçə-neçə turnirlərin qalibiyəm. Buna görədə istiyirəmki mən, hərbi xidmətdə məşqimi davam etdirim. Mümkünsə hərbi xidmətin idman bölməsində məşqimi davam etdirim və idmandan yayınmayım.

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Heydərov Nihad Soruşur Yazılma Tarixi:07.03.2016 13:02:59

Salam. Mən Heydərov Nihad Abdulla oğlu 04.02.2016 cı il tarixdə işə qəbul üçün müraciət etmişəm. 10.02.2016cı il tarixdə elektron formada mənə cavab gəldi və baş idarəyə tələb olunan sənədləri gətirməyim bildirildi. 12.02.2016 tarixində sənədləri gətirdim və Baş idarəyə təqdim etdim. Mənə yenidən 29.02.2016 tarixində poçt vasitəsilə məktub göndərilərək eynilə yenidən həmin sənədləri gətirməyim bildirilib. Bu nə ilə bağlıdır?? Xahiş edirəm ki, bu barədə mənə köməklik göstərəsiniz.

Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına müsabiqəyə dəvət olunmaları növbəli qaydada həyata keçirilir. Müsabiqəyə dəvət olunmağınız barədə Sizə əlavə məlumat veriləcəkdir.
Elman Mustafayev Soruşur Yazılma Tarixi:07.03.2016 12:12:26

Salam Sabirabad Rayon Herbi Seferberlik Sobesi ile elaqe Saxlamaq isteyirem amma Nomre islemir xais edirem Sabirabad Rayon Herbi Seferberlik idaresinin elaqe nomresini yazinda xaiw

Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi, Sabirabad şəhəri, Füzuli küçəsi 9 ünvanında yerləşir. Əlaqə nömrəsi : (021) 235-70-74
Cədvəldə sətir sayı :14897