Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əli Soruşur Yazılma Tarixi:27.03.2016 18:38:52

Salam.Mən ali təhsilliyəm.Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran bölməsinə zabitlik kursu üçün müraciət etdim.Lakin gecikdiyimi bildirdilər.Bilmək istəyirəm ki,mən necə kursa gedə bilərəm.

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən hər il mütəmadi olaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda oxumaq üçün 28 yaşına qədər, ali təhsilli hərbi vəzifəlilər sırasından namizədlərin seçilməsi təşkil edilir.  Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən daxil olmuş məktuba əsasən SQ TTM-də ehtiyat zabit hazırlığı kursunda oxumaq istəyən namizədlərin siyahıları ümumiləşdirilərək 12.03.2016-cı il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təqdim edilmişdir. Odur ki, Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, SQ TTM-də təşkil ediləcək növbəti kursda oxumaq üçün adınızın namizəd kimi siyahıya daxil edilməsi və hansı sənədlərin hazırlanaraq təqdim edilməsi barədə hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbə və ya bölməsinə) müraciət edə bilərsiniz. Eyni zamanda nəzərinizə çatdırırıq ki, SQ TTM-də təşkil ediləcək növbəti ehtiyat zabit hazırlığı kursunun nə vaxt başlayacağına aydınlıq gətirilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Abdulla Soruşur Yazılma Tarixi:27.03.2016 15:42:59

Salam men bu il mart ayinin 16 universiteti bitirdim Gurcustanda ve gelmisem hal hazirda Azerbaycandayam herbiye getmey isteyirem iyulda getmeliyem eslinde amma uje qutardiqima gore indi getmey isteyirem univeristetende spravka getirmisem ki heqiqetende 16.03.2016 ilde men universiteti bitirdim 4 il 6 ay oxumusam men sabah voenkomata getsem meni apara bileler yani hele gec deyi??

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməyə müraciət etməyinizi tövsiyə edirik.
Tural Soruşur Yazılma Tarixi:26.03.2016 11:54:31

Salam.Qardaşım herbi xidmetini FHN-nin herbi hissesinde cekib.indi hansisa rayonda gizir kimi xidmet elemesi ucun hara müraciət etmeliyik?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla) daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Ümid Soruşur Yazılma Tarixi:26.03.2016 10:20:54

Salam men on cebheye duwmey isteire ..fuzuli beylaqan aqdam yada terter bunu nece saldirmaq olar? Birde mene apreli. 1rine xaqiriw gelib men nece bilerem hara duwduymu?

Bildiririk ki, Siz müddətli həqiqi hərbi xidmət keçmək üçün 193 saylı hərbi hissəyə təyin edilmisiniz.
Müşviq Soruşur Yazılma Tarixi:26.03.2016 10:09:10

Salam.Mən ehtiyyatda olan zabitəm.2008-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər fakultəsində təhsil almışam.17.07.2012-ci il tarixində həqiqi hərbi xidmətə çağırılmışam 10.10.2012-ci iltarixindən 17.04.2014-cü il tarixinə kimi 701 saylı Hərbi Hissədə motoatıcı taqım komandiri vəzifəsində xidmət etmişəm.17.04.2014-cü il tarixində Müdafiə Nazirinin əmri ilə ehtiyyata buraxılmışam.03.09.2014-cü il tarixindən 30.12.2015-ci il tarixinə kimi Accesbank QSC-də kredit mütəxəssisi vəzifəsində işləmişəm.Hazırda Labmed MMC-də muhasib Vəzifəsində işləyirəm.SHXÇDX-də xidmətə qəbul olmaq istəyirəm.Hansı sənədlər lazim olduğunu bilmək istəyirəm.Zəhmət olmasa,cavablandirardınız.

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Müsabiqəyə dəvət ediləcək namizədlərə əvvəlçədən məlumat verilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Bəhruz Soruşur Yazılma Tarixi:25.03.2016 21:03:06

Valideynlərimi itirmişəm, qəyyumluğumda yaşlı nənəm var, bu hal əsgərliyə möhlət hüququ verir mi?

Bildiririk ki, valideynlərini itirmiş çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırış zamanı hər hansı güzəştin şamil edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinin tələblərinə əsasən, həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət himayəsində başqa övladı olmayan 1-ci qrup əlil ata, yaxud ana olan, 19.1.5-ci maddəsinə əsasən isə himayəsində 18 yaşınadək və yaxud 1-ci qrup əlil qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmayan çağırışçılara verilir.
Samir Soruşur Yazılma Tarixi:24.03.2016 20:33:18

Salam aleykum. Mən bir neçə xüsusi dili bilməklə (ingilis, rus və s) bundan hərbidə istifadə edə bilərəm? Bunun üçün nə etməliyəm?

Müraciətinizdə qeyd etdiyiniz məsələnin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinə aid olmadığını nəzərə alaraq aidiyyəti üzrə müddətli həqiqi hərbi xidmət keçəcəyiniz hərbi hissənin komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Samir Soruşur Yazılma Tarixi:24.03.2016 20:30:39

Salam aleykum. Mən sülhməramlı qüvvələrdə xidmət etmək istərdim. Bunu seçmə hüququm var və ya hər hansı bir bacarığa sahib olmalıyam ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə əlaqədar xidmət etmək istədiyiniz qoşun növü üzrə müvafiq hərbi hissə komandanlığına müraciət etməlisiniz.
Samir Soruşur Yazılma Tarixi:24.03.2016 19:35:19

Salam aleykum. Mən ali təhsillilərin hərbidə leytenant kimi xidmət göstərmələri haqqında məlumat almaq istəyirəm. Nə qədər müddət xidmət tələb olunur və bunun kimi başqa önəmli məlumatları paylaşsanız sevinərəm. Öncədən təşəkkürlər.

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.  Leytenant kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı vətəndaşların xidmətdə olduqları qoşun növünün komandanlığına müraciət etmələri məqsədəmüvafiqdir.
Rəşad Soruşur Yazılma Tarixi:23.03.2016 19:21:46

salam bilmək istəyirəmki akrosianoz xesteliyi olan insanı herbi xidmətə aparıllar?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Cədvəldə sətir sayı :14897