Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Raul Soruşur Yazılma Tarixi:03.04.2016 00:30:26

Döyüşlər başlasa könüllü olaraq qatılmaqçün hansı orqana müraciət etmək lazımdı?

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 sentyabr 2012-ci il tarixli 213 №-li Qərarı ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası”nın 4.3-cü bəndinə əsasən, Xidmətin yerli idarə, şöbə və bölmələrinə çağırış üzrə (ilkin hərbi qeydiyyat, həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək və digər səbəblər) çağırılmış çağırışçılar və hərbi vəzifəlilər şəxsi çağırış vərəqəsində göstərilmiş tələblərə ciddi riayət etməli, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsi və ya hərbi bileti, şəxsiyyət vəsiqəsi üzərində olmaqla, təyin olunmuş yerə müəyyən edilmiş vaxtda gəlməlidirlər. Nəzərinizə çatdırırıq ki, Xidmətin yerli idarə, şöbə və ya bölməsinə çağırıldığınız təqdirdə hərbi qeydiyyatda olduğunuz yer üzrə gəlməyiniz vacibdir.
Elmar Soruşur Yazılma Tarixi:03.04.2016 00:23:47

Salam mən Aprel cağırışçısıyam birinci bölgüdə adım çıxmadı ikinci bölgü ne zaman olacaq?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Şəhriyar Soruşur Yazılma Tarixi:03.04.2016 00:08:03

Salam men herbi xidmete getmek isteyirem doyuw bolgesine. Nece ede bilerem?konullu getmek isteyirem amma hara erize yazmaq lazimdi bilmirem xaiw komek ederdiniz

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 sentyabr 2012-ci il tarixli 213 №-li Qərarı ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası”nın 4.3-cü bəndinə əsasən, Xidmətin yerli idarə, şöbə və bölmələrinə çağırış üzrə (ilkin hərbi qeydiyyat, həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək və digər səbəblər) çağırılmış çağırışçılar və hərbi vəzifəlilər şəxsi çağırış vərəqəsində göstərilmiş tələblərə ciddi riayət etməli, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsi və ya hərbi bileti, şəxsiyyət vəsiqəsi üzərində olmaqla, təyin olunmuş yerə müəyyən edilmiş vaxtda gəlməlidirlər. Nəzərinizə çatdırırıq ki, Xidmətin yerli idarə, şöbə və ya bölməsinə çağırıldığınız təqdirdə hərbi qeydiyyatda olduğunuz yer üzrə gəlməyiniz vacibdir.
EMİL Soruşur Yazılma Tarixi:02.04.2016 23:47:13

Salam Men 2013 il Iyul da herbi xidmete olmusam Lakin xesteliye gore texris olmusam ve indi tam saglamam herbi xodmete yeniden gede bilerem

Bildiririk ki, vaxtından əvvəl ordu sıralarından tərxis olunan vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə cəlb olunması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Fəridə Soruşur Yazılma Tarixi:02.04.2016 20:33:04

Qadınlarda könüllü surətdə əskərliyə gedə bilərlərmi? Bunun haqqında ətraflı məlumat verə bilərsizmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.             Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə əlaqədar xidmət etmək istədiyiniz qoşun növü üzrə müvafiq hərbi hissə komandanlığına müraciət etməlisiniz.
Rəşad Soruşur Yazılma Tarixi:02.04.2016 13:22:32

salam.daxili işlər nazirliyindən yol piyada keçidinə görə 2ədəd cəriməm var.Bu cərimələrin iyul çağırışında əsgərliyə getməyimə mənfi təsiri olacaq?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.2-ci maddəsinə əsasən, əvvəllər törətdiyi cinayətə görə məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılmırlar. Sizin törətmiş olduğunuz əməl inzibati xəta hesab olunur və törətmiş olduğunuz inzibati xəta müddətli həqiqi hərbi xidmətə çağırılmamağınıza səbəb ola bilməz.
Xəyal Soruşur Yazılma Tarixi:02.04.2016 10:27:40

Salam.Mən Əliyev Xəyal Vahid oglu.Xahiş edirəm mənə cavab yazardiz mənə.Mən olmayan yüngül bir şeye göre məni əsgərə aparmirlar.Mənim atam anam ikisidə hər bir sənətə qol çəkməkə hazirdi ama məni əsgərə aparmirlar.Həmidə bilmək istəyirəmki mənim haqimda Cəbrayil rayon hərbi komisarliqinda nə qərar çıxıb.

Aparılan araşdırma zamanı məlum olmuşdur ki, 23.11.2015-ci il tarixdə təkrar tibbi müayinədən keçmək üçün müvafiq tibb müəssisəsinə göndərilmisiniz. Tibb müəssisəsindən verilən sağlamlıq vəziyyətinin müayinə aktına əsasən əvvəllər Sizə təyin olunmuş xəstəlik diaqnozu təsdiq olunmuşdur.             Bildirik ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Elmar Soruşur Yazılma Tarixi:01.04.2016 20:39:52

Salam.Mən 3 dəfə hərbi həkim komissiyasından keçmişəm. Birinci dəfə 6 aylıq, ikinci dəfə yararlı,üçüncü dəfə isə yenidən 6 aylıq möhlət verildi. Bilmək istəyirəm bunun sonu necə olacaq?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
İdrak Soruşur Yazılma Tarixi:01.04.2016 20:11:44

Salam, menim emim oglu bu il 11ci sinifi bitirir ve may ayinin 1i 18 yashi tamam olacaq. Nezerinize catdirmaq isdeyiremki kollece senedlerini verecek , sadece bilmek isdeyiremki eyer ki, kollece qebul olsa , Onu ne vaxt esgerliye aparacaqlar? Xaiw edirem cavablandirardiz zehmet deylse. Cox sagolun evvelceden

Bildiririk ki, əminiz oğlunun 01.05.2016-cı il tarixdə 18 yaşı tamam olduğu üçün 2016-cı ilin iyul çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaq. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.2-ci  maddəsinə əsasən, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Mətin Soruşur Yazılma Tarixi:01.04.2016 00:45:03

salam mən Qasimov Mətin Huseynaga oğlu Mart ayinin 30u Mene verilən napravlenanin cavablarni vermisem . bilmək isdiyirəm aprel Cagriscisi ola bilərəm ?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməyə müraciət etməyinizi tövsiyə edirik.  
Cədvəldə sətir sayı :14897