Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
TURAL Soruşur Yazılma Tarixi:15.04.2016 22:19:24

Evvela salam men Azərbaycanın ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət edirəm və üzrniadiyrəm mənim atam anam heckimim yoxdu özümündə 20 yaşım var mən gizir qalmaq isdiyrəm ama mənə deirlərki bizə məlumat gəlmiyib gizirlik kursu var xais elirəm mənə köməklik edəsiniz xais elirəm məni cavablandırın

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3 maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Hansı hərbi hissədə hərbi xidmət keçməyinizi, kursların nə vaxt və hansı müddətə keçirilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz orqana müraciət etməlisiniz.
ayhan Soruşur Yazılma Tarixi:15.04.2016 22:03:47

salam.men kecen ilin mezunuyam,bu ilde ali mektebe sened vermek istiyirem bunun ucun menden mohlet haqqinda sened istediler.mende mohlet almisdim.TQDK ya cagirisci sehadetnamesini aparadim ,orda dedilerki sehadetnme yox.arayis getirmelisen men bu arayasi elektron formada vere bilerem,yoxsa arayisi gedib rayondan almaliya. sagolun.

Bildiririk ki, 2015-ci ildə respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək şansı olmuş çağırış yaşlı vətəndaşlara qəbul imtahanlarında iştirak etmək üçün təkrar şans verilmir.  Lakin 2015-ci ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2016-cı ilin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən sonra “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə onlar müvafiq arayışlarla təmin edilirlər.
İsmayıl Soruşur Yazılma Tarixi:15.04.2016 17:59:54

Salam Men Ismayilov Ismayil Ali təhsilliyəm həqiqi hərbi xidməti bitirdikdən sonra ehtiyyat zabitlərin hazırlıq kursunu bitirmişəm və zabit olaraq 2 il hərbi xidmət keçmişəm və hal hazırda ehtiyyatda olan Baş Leytinantam. Hal hazırda mühəndis işləyirəm. Mən yenidən Həqiqi hərbi xidmətə qayıtmaq istəyirəm. Bunun üçün nə edə bilərəm mənə köməklik göstərəsiniz. Əvvəlcədən dərin təşəkkürümü bildirirəm.

Bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində könüllü olaraq həqiqi hərbi xidmətə qəbul olumağınız üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.   
Orxan Soruşur Yazılma Tarixi:15.04.2016 17:51:43

Salam hal hazirda dövlət xidmətinə işə qəbulla bağlı müraciətlərə baxılır?

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həqiqi hərbi xidmət keçmiş, sağlam vətəndaşlar müsabiqə (test imtahanı) və müsahibə yolu ilə təhsilinə, ixtisasına uyğun vakant vəzifələrə işə qəbul oluna bilərlər. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Azad Soruşur Yazılma Tarixi:15.04.2016 14:17:28

salam men 2000 ci ilde Mingəçevir rayonunun 708 saylı herbi hissesinde xidmet etmisem . mene hemin yerin adresi lazimdir. Evvelceden tesekkurler

Bildiririk ki, Silahlı Qüvvələrin hərbi hissə və birləşmələrinin dislokasiyasına dair məlumatın verilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətinə aiddir. Odur ki, xidmət etddiyiniz yer barədə məlumat almaq üçün aidiyyəti üzrə dövlət orqanına müraciət etməlisiniz.
GÜNEL Soruşur Yazılma Tarixi:15.04.2016 09:11:24

Salam.Menim qardasim kecen il universitete qebul ola bilmemisdi.Bu il yeniden hazirlasib ki,sened versin.Lakin senedi goturulmur.Deyirler ki,esger getmelidir.Sened qebulu da aprelin 30-u basa catir.Qardasim 08.06.1998 tevelludludur.hele 18 yasi iyunun 8-i tamam olacaq.imtahani da mayin 15-idir.Imtahana buraxilmasi mumkundurmu? ve ya senedinin goturulmesi ve imtahana gire bilmesi ucun ne ede bilerik?Esgerlikden 1 ayliq mohlet verile bilermi?Qeyd edim ki,saglamliginda hec bir problem yoxdur.Sadece imtahan ucun.bal toplaya bilmese yene esger getsin

Bildiririk ki, 2015-ci ildə respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək şansı olmuş çağırış yaşlı vətəndaşlara qəbul imtahanlarında iştirak etmək üçün təkrar şans verilmir.  Lakin 2015-ci ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2016-cı ilin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən sonra “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə onlar müvafiq arayışlarla təmin edilirlər.
Malik Soruşur Yazılma Tarixi:15.04.2016 00:21:03

salam menim 20 yaşım yayda tamam olacaq men esqerliye getmemishem. Sağ elimin son iki barmagimi tam aça bilmediyim gore herbiye aparmadilar. (yeni bilet verdiler) indide bilmek isteyirem mene pensiya dusurmu. Ve ne etmeliyemki pensiya goture bilim cavabinizi etrafli shekilde gozleyirem. teshekkurler

Bildiririk ki, pensiya təminatı əlillik təyin olunduqdan sonra sosial təminat orqanları tərəfindən həyata keçirilir. Əlillik qrupları, əlilliyin, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Bu səbəbdən əmək qabiliyyətinin müəyyən edilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaşadığınız ərazi üzrə tibbi-sosial ekspert komissiyasına müraciət etməyiniz məqsədəuyğundur. 
Ülvi Soruşur Yazılma Tarixi:14.04.2016 23:58:53

Salam. Yazib size bildiriremki men, Cahangirli Ülvi Bəyoğlan oglu -10 Dekabr 1992ci il tevelludlu Bilesuvar rayon Ismetli kend qeydiyatindayam. Meni SHXCDX-nin Bilesuvar rayon bolmesinden Baki seherine 5 sayli xestexanaya yoxlanisa gonderdiler ve mene praktiki saglam diaqnozu qoyuldu. Artiq 1 aydan coxdur menim saglamliq haqqinda 5 nomreli seher xestexanasinin verdiyi senedim Merkezi herbi Hekim Komisiyasindadir. Bu komisiya nece isleyir kim isledir ve senedleri bunlar nece tehlil edir men basa duse bilmirem. 1 aydan coxdur hele de rayon komisarligina melumat verilmeyib ki men saglamam. Ve mene ona gore de cagiris gelmir. Men bu prablemi artiq 3cu defedir size yaziram. Eger bu meseleye diqqet yetirmesez mektublarimi tarixiyle DIN-e ve MN-e sikayet formasinda yazacagam. Sizden ne isteyirem men? Onu isteyirem ki meni bu ay icinde esgerliye aparin. Men niye gore hansisa hekimin ve ya mesul sexs oz isini vaxtinda yerine yetirmir deye esgerliye 3 ay gec getmeliyem? Esl mesele ise budur ki artiq men 2ildir ki bu sehlenkar ve oz isini bilmiyen hekim komisiyasi terefinden herbi xidmete gede bilmirem. Damarlarimi desik desik edibler. Saglamam uje 2ci defedir saglam cixiram. Yene de meni gonderirler harasa. Meqsedleri rusvetdirse arasdirin bu sexsiyetleri tapin cezasin verin.Sizden artiq derecede xahis edirem aydinliq getirin onlara deyin ki mohuru vursunlar ve rayon komisarligina tezlikle melumat versinlerki saglamam. Ve meni herbi xidmete yollasinlar.Cenab Arzu Rehimov bunu bilse onlarin basi agriyar. Xahis edirem o Merkezi herbi hekim komisiyasina ciddi tapsiriq verin ki menim senedlerimi artiq 2ildir gecikdirdiler besdir. Nece defelerle zeng vurmusam internetden yazmisam sizin xidmete. Eyni cavablar verirsiz. Bir defe de meselenin hellini tapsaz sad olaram. Hormetli oxuyucu mesul sexs ozunuzu menim yerime qoyun ve dusunun. Evin tek ogluyam instut qutarmisam iki il evvel ve is tapmagcun islemekcun ailemi saxlamagcun herbi bilet sertdir. Ve bundan da meni mehrum etmek isteyirler. Inaniram ki daha bundan sora 1hefteye mene cagiris geler. Amin... Allah size rehm ve sebr versin.

Məlum olmuşdur ki, səhhətinizlə bağlı bildirdiyiniz şikayət nəzərə alınaraq 18.04.2016-cı il tarixdə aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Surət Soruşur Yazılma Tarixi:14.04.2016 17:37:30

Mənim sualım ondan ibarətdir ki, hərbi komissiyadan keçirilib müyyən müddətə möhlət hüququ verilib müəyyən xəstəliklə bağlı neçənci dəfədən sonra hərbi bilet verilməlidi?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər və hərbi qeydiyyat sənədi ilə təmin olunurlar.
Təyyar Soruşur Yazılma Tarixi:13.04.2016 11:38:59

Menim qardasima cagiris aprel ayinin 20 ne verilib onun hara dusduyunu ne vaxt oyrene bilerik

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Cədvəldə sətir sayı :14897