Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Aişə Soruşur Yazılma Tarixi:24.04.2016 18:06:37

Salam. Mən ali təhsillimi bu il başa vurdum. Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək istəyirəm. Bu mümkündürmü və əgər mümkündürsə hansı sənədlər lazımdır? Əvvəlcədən təşəkkür edirəm.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1 maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Harada və hansı hərbi hissədə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, müraciətdə qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyatı dövlət orqaqnına vəya hərbi hissə komandanlığına  müraciət etməlisiniz.
Kamran Soruşur Yazılma Tarixi:24.04.2016 13:35:41

Salam mən Kamran Səlimli, Suraxanı rayon qeydiyyatındayam, aprelin 11-i Mərkəzi Qospitalda yoxlanışdan keçdim, nəticələrini öyrənmək istərdim.

Məlum olmuşdur ki, Siz, nəzarət qaydasında Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Rafiq Soruşur Yazılma Tarixi:24.04.2016 00:07:20

Salam. Mən bu il iyun ayinda Iqtisad Universitetin bitirəcəm.Axirinci imtahanımı verənnən sonra gürcüstana gedib 2-3 günlük gedib qayıdıb hərbi xidmətə getmək istəyirəm.Soruşmaq istəyirdim ki sərhəddən keçə bilərəm mi?

Bildiririk ki, 2016-cı ilin iyul çağırışı zamanı həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara çağırış ayınadək sərhədkeçməyə məhdudiyyət qoyulmur.
Cavid Soruşur Yazılma Tarixi:23.04.2016 23:05:01

Salam.xahiw edirem menin sualimi cavablandirasiz.men dovlet serhed qowunlarinda müddetden artiq xidmet etmek isteyirem.28 yawim var ve bilmirem hardanece sened verim kimin qebuluna gedim mumkunduse komeklik gosderesiniz.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Harada və hansı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət keçməyiniz, qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz orqana müraciət etməlisiniz.
Nail Soruşur Yazılma Tarixi:22.04.2016 18:36:00

salam,men imtahanda kesilmisem yene imtahan vermey istirem vere bilerem?

Bildiririk ki, 15.04.2016-cı il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün, Sizin yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Dilqəm Soruşur Yazılma Tarixi:22.04.2016 12:03:57

Salam, oglumun iyun ayinin 16, 18 yasi tamam olur ve mektebi kecen il bitirib ama qebul olamyibbu ilde vermek isteyir voynkomata getdik mohlet kagizi almaga ama vermediler bu qanunen di, birdeki bir priziv saxlatdirmag ucun dovlet rusumu var?? Tewekkurler..

Bildiririk ki, 2015-ci ildə respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək şansı olmuş çağırış yaşlı vətəndaşlara qəbul imtahanlarında iştirak etmək üçün təkrar şans verilmir.  Lakin 2015-ci ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2016-cı ilin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən sonra “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə onlar müvafiq arayışlarla təmin edilirlər.
Abuzər Soruşur Yazılma Tarixi:22.04.2016 08:03:57

Vusal. siradan kənar həqiqi hərbi xidmət varmi ? və siradan kənar əsgər gedənlarə xidmət vaxti hansi məhdudiyyət varmi ?

Bildiririk ki, sağlamlıq vəziyyəti ilə əlaqədar sıradankənar hərbi xidmətə yararlı hesab edilmiş çağırışçılar hava-desant qoşunları, üzən heyətlər, dəniz piyadası və xüsusi təyinatlı dəstələr istisna olmaqla digər qoşunlarda hərbi xidmət keçməyə yararlıdırlar.             Həmin çağırışçılar qeyd olunan qoşun növlərində arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə xidmətdə olduqları hərbi hissə komandanlığı tərəfindən təyin edilə bilərlər.               
Elşən Soruşur Yazılma Tarixi:22.04.2016 06:08:22

Salam Snayper hazırlığı kursu ilə maraqlanıram. Şəxsi marağım və istəyim var. Yaxın gələcəkdə həmin kurslarda iştirak etmək istərdim. Özüm müddətli hərbi xidmət keçmiş əsgərəm. Tərəfinizdən belə tip kurslar təşkil olunursa, mümkünsə bu haqda ətraflı məlumat verin. Sağ olun.

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən qeyd etdiyiniz ixtisas üzrə hazırlıq kurslarına yalnız növbəti çağırışda müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar cəlb edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları hesab edilirlər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçı olmayan vətəndaşlar üçün snayper ixtisası üzrə ödənişli hazırlıq kursları təşkil edilmir. 
Leyla Soruşur Yazılma Tarixi:22.04.2016 02:44:09

Salam. Xaricde tehsil alan bir shexs eger xaricde tehsil aldigi olke daxilinde universiteti ve fakulteni deyishibse ve bu sebebden universiteti bitirme tarixi uzanibsa, esgerliye ilk defe chagirildigi muddetden de 4 il kechibse ve hele de xaricde universiteti bitirmeyibse novbeti (ikinci) chagirishda esgerliye getmek universiteti bitirmemish mecburidirmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən, qeyd olunan təhsil müəssisələrində təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir. Bakalavriat təhsil səviyyəsində təhsil alan tələbələrə təhsillərini dayandıraraq hər hansı ali təhsil müəssisələrində təhsillərini davam etdirmələri üçün çağırışdan təkrar möhlət verilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmadığından onlar həmin qanunun 21.2-ci maddəsinə əsasən 6 ay müddətində xaric olunduqları ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Tamerlan Soruşur Yazılma Tarixi:21.04.2016 22:53:36

Salam.Mən Türkiyədə oxuyuram.Lakin 2ci mövsümdə,maddi vəziyyətə görə,qeydiyyat vaxtini qaçirtdim.Yəni qeydiyyatdan keçə bilmədim.Ama universitetdən,mənə 2016-2017ci ildə,yenidən qeydiyyatdan keçə biləcəyim haqqinda sənəd verildi.İndi məni marağlandiran məsələ,Azərbaycana gəldiyim zaman,əsgərlik şöbəsinə onu göstərə bilərəm ki,əsgər aparmasinlar?.Tələbə biletim və tələbəlik haqqimda sənəd də var.İndi mən bunlar göstərsəm,əsgər gedəcəm yoxsa inşallah 2016-2017 qeydiyyatina girə biləcəm?

Bildiririk ki, Siz ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Cədvəldə sətir sayı :14897