Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elşən Soruşur Yazılma Tarixi:05.05.2016 11:01:02

Salam bilmək olarmı səfərbərlik elan olunacağı təqdirdə ehtuyatda olan lakin magistraturada əyani tələbələr, elmi işçilər səfərbərlikdən hər hansısa bir müddətə azad olunurlarmı

“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununun  15-ci maddəsinə əsasən    Səfərbərlik üzrə hərbi xidmətə çağırışdan  möhlət aşağıdakı vətəndaşlara verilir:   - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bron edilmiş şəxslərə; - səhhətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab olunan şəxslərə altı ay müddətinədək; - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ayrı-ayrı kateqoriyalı vətəndaşlara.
Mehman Soruşur Yazılma Tarixi:04.05.2016 22:15:38

Mən bu gün SHXÇDX-də adımı könüllülər siyahısına yazdırdım. Mən indi işmlə əlaqədar qonşu ölkəyə gedə bilərəmmi? Yoxsa oturub gözləməliyəm? Çünki evin kommunal xərcləri var övladım və anam xəstədir. Burda da iş yoxdur. Zəhmət olmasa cavablandırın. AR-na xidmət edirəm.

Adınızın  könüllülər siyahısına daxil edildiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz rayon idarəsinə  (şöbəsinə, bölməsinə) gedəcəyiniz yer barədə məlumat verməlisiniz.        Ölkəmizdə səfərbərlik elan olunmadığı üçün vətəndaşların xarici ölkələrə səfər etmələrinə heç bir məhdudiyyət qoyulmayıb .
Azər Soruşur Yazılma Tarixi:04.05.2016 20:31:24

Salam Mənim 18 yaşım oktyabrın 12-si tamam olacağ Sizcə Məni Oktyabrda aparacağlar, yoxsa Yanvarda?

Bildiririk ki, 12 oktyabr 2016-cı il tarixdə 18 yaşınız tamam olduğu üçün 2016-cı ilin oktyabr çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
İbrahim Soruşur Yazılma Tarixi:04.05.2016 19:40:38

Salam. Mən aprel ayında öz voinkomitatıma muraciət etdim gizir kimi işləmək üçün məni qeyd elədilər və soruşdumki nəvaxt cağıracaqsınız dedilərki may ayında bizə əmr gələn kimi cağıracayıq. Bilmək istəyirdim ki bu əmr nəvaxt gələcək təxmini?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Bu Qanunun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar qəbul edilirlər. Nəzərinizə çatdırırıq ki, “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi, kurslara qəbulun qayda və şərtləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 nömrəli qərarı ilə tədiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.4-cü bəndində qeyd olunan sənədləri (müvafiq dövlət orqanları tərəfindən xidmətə (qulluğa) qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənədlərdən başqa) şəxsi iş tərtib edilməsi üçün aidiyyəti üzrə hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbə və ya bölməsinə) təqdim etməlisiniz. “Gizir hazırlığı kursu”na qəbulun başlanması barədə hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsi (şöbə və ya bölməsi) tərəfindən Sizə məlumat veriləcəkdir.
Ülvi Soruşur Yazılma Tarixi:03.05.2016 22:38:42

Salam menim 15 yasim var,menim atam polisdir1970 tevellüddü.Seferberlik olsa atami apara bilerler? Atam Ağdamda doyüşlərdə vuruşub 23.07.1993.

Sizin atanız polis olduğu üçün Daxili İşlər Nazirliyinin xüsusi uçotundadır. Onların  səfərbərlik üzrə çağırılıb-çağırılmaması Daxili İşlər Nazirliyinin səlahiyyətindədir .
Röyal Soruşur Yazılma Tarixi:03.05.2016 22:03:13

Salam mən konullu olaraq hərbi xitmətə getmək istəyirəm.3 sayli orta peşə liseyində oxuyuram. 3-cu kurs-da . 3-sayli orta peşə liseyinə getdim mənə cixariş ve yaxud esgerliye getmeyime gore bir sened vermediler. Gəncə şəhəri Nizami rayon şöbəsinə getdim. deyir sen niye telesisen, ogrusan,ciqansan? Məni başlarından edirler. Mən hara müracit edim? Qeyd edim 12.10.1997 tarixinde dunyaya gelmisem

Bildiririk ki, Sizə 3 saylı peşə liseyində təhsil almağınızla əlaqədar Xidmətin Nizami rayon şöbəsinin çağırış komissiyası tərəfindən 30.06.2016-cı il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir. Təhsilə görə möhlət hüququnuz bitdiyinə görə 2016-cı ilin iyul çağırışına cəlb ediləcəksiniz.
Samir Soruşur Yazılma Tarixi:03.05.2016 18:04:27

2-ci qrup Qarabağ muharibəsi əlilini yeganə oğlunun əskərliyə qedişi haqda məlumat

Bildiririk ki, valideynlərindən biri 2-ci qrup əlil olan çağırışçılara müddətli həqiqi hərbi xidmətə göndərilən zaman hər hansı güzəştin şamil edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Camal Soruşur Yazılma Tarixi:03.05.2016 16:28:46

Salam . Mənim gözüm -1 zəifdir.Bilmək istəyirəmki 2-ci dfə Voenkomatdan yoxlanışdan keçəndə gözə görə bir neqodnuluq yazılmazki ?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Elçin Soruşur Yazılma Tarixi:03.05.2016 16:00:43

Salam.Mən işə qəbul ilə əlaqədar olaraq sənədlərimi Şəmkir Korpusuna 3 ay öncə təqdim etmişəm və bilmək istəyirəmki əmrim verilib yoxsa yox?Zəhmət olmasa sualıma cavab yazın.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Nicat Soruşur Yazılma Tarixi:03.05.2016 12:40:27

Salam, mən yayda hərbi xidmətə gedəcəm. Həmin vaxta qədər sürücülük, rabitə kurslarında iştirak etmək istəyərdim. Necə edə bilərəm?

Bildiririk ki, vətəndaşların müddətli həqiqi hərbi xidmətə hazırlığının aparılması çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə ixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən, 17 yaşına çatmış kişi cinsli vətəndaşlar “B” və “C” kateqoriyalı nəqliyyat vasitələrinin sürücüsü ixtisası üzrə hazırlıq keçə bilərlər. Sürücü ixtisası üzrə hazırlıq kursları tədris proqramına uyğun olaraq 3,5 ay müddətində davam edir. Bununla əlaqədar bu kurslara hazırlığın tam başa çatdırılmasının təmin olunması üçün müddətli həqiqi hərbi xidmətə növbəti çağırışa cəlb edilməyən vətəndaşlar (vətəndaşın çağırışa cəlb ediləcəyi çağırış ayından ən azı 4 ay əvvəl)  göndərilirlər. Bu səbəbdən hal-hazırda sizin sürücülıük kurslarına cəlb edilməniz mümkünsüzdür. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər kabinetinin müvafiq sərəncamına əsasən, 2016-cı ildə rabitəçi ixtisası üzrə hazırlığın keçirilməsi planlaşdırılmamışdır.
Cədvəldə sətir sayı :14897