Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Fərhad Soruşur Yazılma Tarixi:24.02.2016 15:30:52

Salam bilmek isterdim 2016 aprel ayi ucun olan herbi xidmete yollanacaq esgerlerin xidmet edeceyi yerler ne vaxt bilinecey?Evvelceden tesekkurler.

Bildiririk ki, 2016-cı ilin aprel çağırışına cəlb edilərək xidmət keçmək üçün hərbi hissələrə təyin olunmuş çağırışçılar barədə məlumatlar 31 mart 2016-cı il tarixdən SHXÇDX-nin internet saytında yerləşdiriləcəkdir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda vətəndaşlar qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməyə müraciət edə bilərlər.  
Kamran Səlimli Soruşur Yazılma Tarixi:24.02.2016 14:33:43

Salam, Mən Suraxanı rayon qeydiyyatı Səlimli Kamran Seyran oğlu. 2015 ci ilin iyul çağırışçısı kimi hərbi xidmətə yola düşməli idim, lakin hərbi komissiya məndə ürəyin tez-tez döyünməsi( sinus-taxikardiyası ) aşkar etdi və mərkəzi qospitala göndərdi, daha sonra sizdən öyrəndim ki, mənə 6 ay möhlət verilib, təkrar noyabr ayında məni kamissiyadan keçməyə çağırdılar, yanvarın 7 si cağırışım olduğunu dedilər, göndərdikləri klinikalardan sənədləri gətirib təqdim etdim yenidən sinus taxikardiyası olduğunu ,getməyimi özlərinin mənimlə əlaqə saxlayacaqlarını dedilər. Artıq fevral qurtarır hələ də bir xəbər yoxdur. Sualım ondan ibarətdir ki, mənə yenidən möhlət verilibmi?

Məlum olmuşdur ki, Siz, Xidmətin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Suraxanı rayon idarəsinə təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən müvafiq qərar qəbul ediləcəkdir.
Haciyev Samir Soruşur Yazılma Tarixi:24.02.2016 14:25:37

Salam men 12 yanvar 1987-xi ilde anadan olmuaşam.Ali tehsilliyem 2010 iyul 2011iyul tarixde 1 illik herbi xidmetde olmuşam.Hal-hazirda 29 yaşım var.Men zabit kimi herbi xidmete getmek isteyirem .Bu mümkündürmü?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Daşdəmirov Ceyhun Soruşur Yazılma Tarixi:24.02.2016 12:15:28

Mənim Adım Daşdəmirov Ceyhun Elçin oğlu ali təhsilliyəm Hərbi dəniz qüvvələrində 2011-2012 də xidmət etmişəm özümdə T707 katerinin mühərrikçisi olmuşam.İsmayıllı rayonunda qalıram.Hərbi dəniz qüvvələrində işləyə bilərəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və ya HDQ-nin komandanlığına müraciət etməlisiniz.
Musa Memmedov Soruşur Yazılma Tarixi:24.02.2016 09:12:30

Salam .menim qardawim 18 yawinda hepse duwub 5 il muddetine..bilmek isdeyiremki o hepsden cixandan sonra herbi xidmete yararli sayilir yoxsa yox..herbi xidmete cagiracaqlar?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 22.1.1 və 22.1.2-ci maddələrinə əsasən, ictimai işlər, islah işləri və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən və ya barələrində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza şərti olaraq tətbiq edilmiş vətəndaşlar (bu Qanunun 22.2-ci maddəsində göstərilən vətəndaşlar istisna olmaqla) eləcə də, əvvəllər törətdiyi cinayətə görə məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmırlar. Həmin qanunun 22.2-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılmırlar.
Orucova sehla Soruşur Yazılma Tarixi:24.02.2016 00:32:20

Orucova sehla 26 yas 170 boy orta tehsliyem bir ovladlm var onu bilmey isdeyirem men herbide isdeye bilerem xayis edirem cavablandraslz.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Zabit Memmedov Soruşur Yazılma Tarixi:24.02.2016 00:14:17

Salam.Men Silahli Quvvelerin ehtiyyat zabit hazirliq kursunu bitrib zabit kimi xidmet edib xidmet muddetim başa catdiqi ucun ehtiyyata buraxilmisam(leytenant herbi rutbesinde).SHXÇDX ya işe qebul olmaq ucun(mulki işci kimi) musabiqede istirak etdim lakin musbet netice elde ede bilmedim.Bir muddet vaxt kecib men yeniden Zabit kimi xidmete qebul olmaq ucun muraciet ede bilerem?

Bildiririk ki, 28.07.2015-ci il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Anar Abbasov Soruşur Yazılma Tarixi:23.02.2016 22:13:56

Salam.Mən SHXÇDK-nin elektron ünvanına işlə bağlı müraciət etmişəm.Mənə cavab gondərilibki sizin cv icraata götürülüb.Bu nə deməkdir.Xahiş edirəm aydınlıq gətirəsiniz.

Göndərdiyiniz müraciət hazırda  aidiyyəti üzrə baxılır.
Toğrul Soruşur Yazılma Tarixi:23.02.2016 22:05:34

Salam xahiw edirem cavab yazasiz men mudetden artig heqiqi herbi xidmete getmek isteyirem amma doyuw bolgesine eger mumkunduse internet saytinan erize yazmaqim ucun sayti gondererdiz tewekur

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına və ya hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
Babayev Şamo Soruşur Yazılma Tarixi:23.02.2016 21:19:20

Salam. Mən universitetin son kursundayam. Xaricde tehsilimi davam etdirmək üçün mənə hərbi xidmətdən 2 illik möhlət hüququ verilə bilər? Xahiş edirəm tez bir zamanda cavablandırın.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verildiyinə görə xaricdə təhsilinizi davam etdirmək üçün Sizə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsinə qanuni əsas yoxdur.
Cədvəldə sətir sayı :14897