Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Kərimov Camal Soruşur Yazılma Tarixi:20.02.2016 13:35:59

Salam.Hərbi Xidmətə müddətdən yəni vaxtından əvvəl getmək olar ? necə? və neçə ay əvvəl ? Xahiş edirəm sualımı cavablandırasınız .

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Vətəndaşların vaxtından əvvəl müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Elman Mustafayev Soruşur Yazılma Tarixi:20.02.2016 13:14:15

Salam Dövlet Serhed Xidmetinin Xususi Mektebine Qebul Olmaq isteyirem Merdekanda Yerlesen Dovlet Serhed Xidmetine Ora Nece Qebul Ola Bilerem Xais Komek Edinde Mene 0513300620

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Cavid Zeynalov Soruşur Yazılma Tarixi:20.02.2016 12:45:31

Salam.22 yaşım var indi hal hazırda 4kurs telebesiyem.Hem oxuyuram birde ki menim aile veziyyetine gore mohlet hüququm var.Gozlerimde 2,5 faiz zeyifdi.Bilmek isterdim ki valideyn eger sonradan erize yazıb ovladın esger getmesi barede müraciet etse sonrada eger evli olsa eger esegerliye getmek ehtimalı varmı?Yeni men 1 il gec girdiyim ücün inistuta o vaxta meni aparırdılar bu zeyiflikde gozle sonra anam 1qrup elil olduğu ücün mohlet hüququ verildi.İndi ise mohlet hüququndan imtina etse eger o da cağrışcıda evli olsa esgerliye getmek ehtimalı varmı?

Bildiririk ki, ailə vəziyyətinə görə möhlət hüququna malik olan çağırışçıların könüllü şəkildə möhlət hüququndan imtina edərək müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Mustafayev Vusal Soruşur Yazılma Tarixi:20.02.2016 11:51:03

salam sizden xais edirem mene komey edxesiniz men herbi hisselerin birine sened vermisem maxeliye noyabr ayinda.helede cavab gelmeyib men ne etmeliyem.hara muraciet edim?cox sagolun

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına və ya hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
Elman Mustafayev Soruşur Yazılma Tarixi:20.02.2016 02:02:47

Salam Adim Elman Mustafayev 10.05.1998 Tevveludem Bilmek isteyirem Herbi Snayper kurslari var ve nece qebul ola bilerem ? 0513300620 Xaiw edirem mene mellumat verersiz Sagolun

Bildiririk ki, qeyd etdiyinz ixtisas üzrə mütəxəssislər Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılmış “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin filiallarında həyata keçrilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ildə xüsusi hərbi ixtisaslar üzrə hazırlığa dair verilmiş sərəncamında snayper ixtisası üzrə mütəxəssislərin hazırlığı nəzərdə tutulmamışdır. Bununla əlaqədar cari ildə bu ixtisas üzrə kursların təşkili planlaşdırılmamışdır.
Ramazanov Sahbala Soruşur Yazılma Tarixi:19.02.2016 22:34:45

Salam men ramazanov sahbala herbi. Xidmet cagirisindan xarice qacmiwam indi azerbaycana gelmek isteyirem eger gelsem meni hebs gozleyir ?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma - iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Vətəndaş barəsində həbs qətimkan tədbirinin seçilməsi məhkəmə orqanlarının səlahiyyətindədir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Hesen Hesenov Soruşur Yazılma Tarixi:19.02.2016 22:32:44

Epilepsiya kecirmis vetendaslar herbi xidmete yaralidirlar?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 21-ci maddəsinin “b” bəndinin (tutmadan kənar vaxtda ruhi pozulmalar olmadan tək-tək və nadir epileptik tutmalar olduqda) I qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Nəriman Tağıyev Soruşur Yazılma Tarixi:19.02.2016 22:31:57

Salam, 18 yaşım 15.06.2016 il tarixinde olacaq ve sizə yazdiğim tarix 19.02.2016-cı il tarixidir, sualım isə belədir. Hərbi xidmətə çağırış Məntəqəsindən qeydiyatdan kecerek sürücülük vəsiqəsi əldə edə bilərəmmi yoxsa artıq gecdir ?

Bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün sürücü ixtisası üzrə mütəxəssislərin hazırlıq kursları fevral, may, avqust və noyabr aylarından etibarən fəaliyyətə başlayır. Bu kurslara 17 yaşına çatmış, müddətli həqiqi hərbi xidmətə tam yararlı olan və müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan vətəndaşlar və çağırışçılar cəlb edilir. Qeyd etdiyiniz ixtisas üzrə hazırlığa cəlb edilmənin şərtləri barədə məlumat almaq üçün hərbi qeydiyyatda olduğunuz Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə müraciət edə bilərsiniz.
Sadiqov Çingiz Soruşur Yazılma Tarixi:19.02.2016 17:14:17

Salam ..men daxili qosunlarda xidmet elemisem istiyirem muddetden artig xidmetimi serhed qosunlarda edem..mene bu barede komeyliy gosteresiz nece hara muracieyet etmeliyem??

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət etməlisiniz.
Eyvaz seyidov Soruşur Yazılma Tarixi:19.02.2016 16:40:59

Salam oğlum Seyidov Şahin 04.01.2016 tarixində həqiqi hərbi xidmətə çağırılmış,3-dərəcəli yastı pəncəlik aşkar edilmişdir.İndi isə Şəki şəhər Hərbi kamisarlıq yenidən Hərbi xidmətə getməyini tələb edir.Onuda deyim ki orta məktəb zamanı Hərbi hazırlıq dərslərində hərbi çəkmə geyindiyi vaxt ayaqları narahat etdiyi üçün halı pisləşib təcili tibbi yardım məktəb derektoru tərəfindən çağırılmışdır.Bilmək istəyirəm ki oğlum əsgər getməlidirmi?

Məlum olmuşdur ki, 1997-ci il təvəllüdlü Seyidov Şahin Eyvaz oğlu 15.01.2016-cı il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmişdir. Ş.E.Seyidov 2016-cı ilin aprel çağırışına cəlb olunacaqdır.
Cədvəldə sətir sayı :14897