Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Mustafa bəy Cavadbəyli Soruşur Yazılma Tarixi:15.02.2016 23:09:12

Salam. Mənim çəkim neçə kiloqramdan az olmalıdır ki, mən hərbi xidmətə yararsız hesab edilim. Və mən yararsız hesab edilsəm neçə müddətdən bir hərbi tibb komissiyasını keçməliyəm. Birdə mən Ukrayna Respublikasının universitetində əyani təhsil alıram, onun diplomunu təqdim edəndə mən 12 aylıq əsgər gedəcəm, yoxsa 18 aylıq.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə hərbi qulluqçuları xarici ölkənin təhsil müəssisəsindən verilmiş diplomun Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş kserosurətini (xidmətdə olduqları müddətdə) xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
ayxan ezizzade Soruşur Yazılma Tarixi:15.02.2016 22:43:50

salam.men aprel ayi herbi qulluga cagrilacam..ve herbide muddetden artiq herbide qalib islemek istiyirem.zabitlik ve ya cavusluq isinde islemek ucun ne etmeliyem ???

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Sənan Quliyev Soruşur Yazılma Tarixi:15.02.2016 21:51:37

Salam. Mən SHXÇDX-ə işlə bağlı poçt vasitəsilə yazılı məktub göndərmişdim. Amma heç bir cavab almadım bu barədə. Ümumiyyətlə, bununla bağlı hansısa bir məlumat verilir ? Zəhmət olmasa sualımı cavablandırardınız.

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir.
Sadiqov Ilham Soruşur Yazılma Tarixi:15.02.2016 21:11:38

Salam mən hal hazırda denizcilik kollecinde oxuyuram.Bilmirəm mənim səmimiyətimə necə inanacaqsınız amma ureyim ancaq və ancaq vətən esqi ilə tutuşub.Mən vətənə xidmət etmək isdəyirəm.xususi təyinatlarda fərqi yoxdur hansi olur və hara olur.Mən bu xidməti qarşılıqsız bir vətən oglu kimi etmək isdəyirəm.Qabaqdan bildirimki yazdigim sozləri düzgün mənada başa düşəsiniz.Səhv nəsə yazsam əyər qabaqdan üzür isdəyirəm.Mənə nə vəzifə nə maddi nəyəsə gorə xidmət etmək yox,vətənə urəkdən xidmət etmək isdəyirəm. Bununla əlaqədər mənə tövsiyələrinizi xaiş edrəm. Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Bildiririk ki, Sizə təhsilə görə verilmiş möhlət hüququnuz bitdikdən sonra ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqsınız.
memmedov elvin Soruşur Yazılma Tarixi:15.02.2016 20:13:29

Men 1997 tevelludluyem kecen il 1illik mohlet almisdim 2016 aprelin 1ne qeder. Indi mene cagiris ne zaman gelecek

Bildiririk ki, 2016-cı ilin aprel çağırışçıları fevral-mart aylarında tibbi şəhadətləndirilməyə cəlb olunacaqlar.
Tural kazimov Soruşur Yazılma Tarixi:15.02.2016 19:12:27

Salam men 1998 ci ilde dogulmuwam 2 ay sonra aprelde esger getmeliyem ama mende tezyiq awkar olunub hekimlerde heleki tapa bilmir tezyiq nedendi. Bilmek isteyirem meni esger aparacaqlar?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Əliyev Nicat Soruşur Yazılma Tarixi:15.02.2016 17:54:58

Salam. Herbi xidmetden momöhlət hüququ verilmiş adam Azərbaycanın erazisinden kenara çıxa biler ?

Bildiririk ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9-cu maddəsinin (Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ) 9.3-cü bəndinə əsasən, vətəndaşların ölkədən  getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:
9.3.5. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək.
əsədov əhməd Soruşur Yazılma Tarixi:15.02.2016 17:38:14

salam mən əsədov əhməd mahmudağa oğlu 23.11.1994 ildə anadan olmuşam salyan rayonunda qeydiyatdayam bilmək istəyirəmki onurğa sütununda yırtıqlar (qirija) olduqda neçə yaşadək neçə il müddətinə möhlət verlir .təşəkür

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
Mehman aliyev Soruşur Yazılma Tarixi:15.02.2016 17:30:47

Salam.menim yayda 19 yaşım olacaq.oyrenmek isteyirem ki, esgerlikde birbasha xususi teyinatli destede xidmet ede bileremmi?

Sülhməramlı Qoşunlar Müdafiə Nazirliyinin tabeliyində olduğu üçün qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
SANAN ASAROV Soruşur Yazılma Tarixi:15.02.2016 17:28:26

menim oqlum aprel ayinda herbi xidmete caqrilib .hekim komisiyasindan kecmek ucun caqriw olub amma hekimlerin qebuluna duwmek mumkun deyil wemkir rayonuda rengen muayinesinden kecmek ucun caqriwcini valideyin aparmamalidi muayineye yoxasa sizin wemikir rayonunda olan wobenin iwcileri .xahiw edirem mene bunu izah edesiz

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunmuşdur.
Cədvəldə sətir sayı :14897