Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rəşad Qasımov Soruşur Yazılma Tarixi:13.02.2016 22:13:39

Salam, menim 31 yasim var, Sizin qurumda zabit kimi calismaq isteyirem, ali tehsilliyem, kecmis Herbi Komissarliqda muddetden artiq heqiqi herbi qulluqcu kimi xidmet etmisem, mumkundurmu yeniden Sizin qurumda zabit kimi fealiyyet gosterim?

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxıldığına görə, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Elvin Mustafayev Soruşur Yazılma Tarixi:13.02.2016 21:50:23

SALAM MEN 2016 CI IL IYUN AYININ 10U 18 YASIM TAMAM OLUR VE MEN IYULDA HERBI XIDMETE GEDECEM MEN BILMEK ISTEYREMKI MENI YASIM TAMAM OLANAN SONRA TIBBI MUANIYEDEN KECMEYE CAGRICAQLAR YOXSA MAY AYINDA XAIS CAVAB YAZIN XAIS EDREM

Bildiririk ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində 2016-cı ilin iyul çağırışına hazırlıq may və iyun aylarında başlanılır.Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 iyun 2016-cı il tarixdə başa çatdırılır.
Cavid İsmayilzade Soruşur Yazılma Tarixi:13.02.2016 18:41:54

Salam zehmet olmasa cavablandirardiniz.qardawim herbi xidmetdedi yanvar ayinda 10gunluk mezuniyyete geldi.turkiyede tehsil aldigi ucun senedlerini tehsil nazrliyine tesdiq ucun vermisdik musahibe merhelesine cagriblar artiq ama mezuniyet vaxti bitdiyi ucun istirak ede bilmedi.tehsil nazirliyine zeng etdik onlar istenilen vaxt geler musahibeni ona uygun ayarliyarig dediler.sualim oduki nece etmey olarki musahibede gelib istirak etsin cox narahatig cunki herbi xidmete diplom tesdiq olunmasi barede arayis teqdim olunmalidi yeniden icaze vere bilerlermi???

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı qardaşınızın xidmət etdiyi qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədəmüvafiqdir. 
ELDAR İSMAYİLOV Soruşur Yazılma Tarixi:13.02.2016 18:27:36

salam MEN İsmayilov eldar eyyub oglu 12.01.1999 cu ilde anadan olmus HAL Hazirda Turkiyede yasayiram Esgerliye hansi Ayda cagirililacam Ve nece ay qabaq Azerbaycana Gelmeliyem .HANSİ AY ESGERLİYE CAGİRİLACAGİMİ XAİS EDİREM MUTLEQ YAZİN...COX TESEKKUR EDİREM

Sizin 12 yanvar 2017-ci il tarixdə 18 yaşınız tamam olduğu üçün 2017-ci ilin yanvar çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz. Bildiririk ki, çağırışa hazırlıq işləri iki ay qabaqcadan başladığı üçün 2016-cı ilin noyabr ayından etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə gəlməlisiniz.
Nergiz Huseynova Soruşur Yazılma Tarixi:13.02.2016 16:08:11

Salam. Maraqlanmaq isteyirdim, kollec ve texnikumlara qebul olmush telebeler herbi xidmete aparilir, ya koleeci bitirdikden sonra chagirilirlar? Zehmet olmasa , cavablandirardiz.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.2-ci  maddəsinə əsasən, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara, 21.1.3-cü maddəsinə əsasən isə orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Cavid Məmmədov Soruşur Yazılma Tarixi:13.02.2016 12:13:07

Bağışlayın Xidmətin Mərkəzi hərbi həkim komissiyası dedikdə haranı nəzərdə tutursuz? Zəhmət olmasa deyərdiz, orda da mən müayinədən keçəcəm, yoxsa sadəcə qərar veriləcək? Çünki hər müayinədə zond udmaq məni narahat edir. Öncədən təşəkkür edirəm.

Vətəndaşlara sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət verilməsinin və ya çağırışdan azad edilməsinin əsaslılığı yoxlanılması məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin rayon idarə, şöbə və ya bölməsinin hərbi həkim komissiyasının qərarlarına Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən nəzarət qaydasında baxılır.
Mesteliyev Samir Soruşur Yazılma Tarixi:13.02.2016 12:06:40

Salam size bir iki sualim var menim 16 yasim 3 aydan sora tamam olacaq fevralin 2 de herbi komisarliqdan zeng geldi getdim qeydiyyata dusdum birde nece aydan sora yoxlanis olur

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.           Çağırışaqədər yaş həddində olan vətəndaşlar Xidmətin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınarkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən tibbi müayinə olunmalıdırlar.
Şahlar Əliyev Soruşur Yazılma Tarixi:13.02.2016 09:30:02

Salam mən xəstəliklər cədvəlinin I qrafasının 72 c maddəsi ilə hərbi xidmətdən qaldım Cavadzadə klinikasında yoxlanıldım və mənim üçün heç bir problem olmadığını dedi həkim indi mən xidmətdə ola bilməyəcəm heç vaxt

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılır, ya dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər.
Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.

Sevinc Tehmirova Soruşur Yazılma Tarixi:13.02.2016 02:03:56

Salam. Mən bilmək istərdim ki, hal-hazırda ali təhsilli xanımlar üçün vakansiya mövcuddur?

Nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş vəzifələr üzrə vakant yerlər olmadığı üçün, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
Muslumov Qahir Soruşur Yazılma Tarixi:13.02.2016 00:51:34

salam men bilmek isdiyirem men herbi xidmetde olmuwam gelenen soramsa universtede daxil olmuwam qiyabi tehsil aliram 3ncu kursam men yeniden herbi xidmete getsem rutbe ala bilerem ? yeniki amma unide oxuya oxuya arayiw vere bileremki unide oxuyuram mumkundu ?

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə fikriniz tam və aydın şəkildə  (hansı hərbi rütbə) ifadə olunmadığı üçün cavablandırılması mümkün deyil.
Cədvəldə sətir sayı :14897