Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Akif Suleymanli Soruşur Yazılma Tarixi:10.02.2016 10:38:27

salam menim yasim 24 du tekraren herbiye qayitmaq isteyrem mene komek etmeyinizi xais edirem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Tural Məmmədov Soruşur Yazılma Tarixi:10.02.2016 10:06:03

Salam Hərbi kurslar hələdə açığdır? təşəkkür.

Bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün sürücü ixtisası üzrə mütəxəssislərin hazırlıq kursları fevral, may, avqust və noyabr aylarından etibarən fəaliyyətə başlayır. Bu kurslara 17 yaşına çatmış, müddətli həqiqi hərbi xidmətə tam yararlı olan və müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan vətəndaşlar və çağırışçılar cəlb edilir. Bununla yanaşı, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılmış “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin tədris filiallarında aşpaz ixtisası üzrə kurslar təşkil edilir. Qeyd olunan kurslara hazırlığa cəlb edilmənin şərtləri və hazırlıq keçirən təhsil müəssisələri barədə məlumat almaq üçün hərbi qeydiyyatda olduğunuz Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə müraciət edə bilərsiniz.
Sənan Esgerov Soruşur Yazılma Tarixi:10.02.2016 09:02:31

Salam zəhmət olmasa sualımı cavab yazardiniz Hərbi bilet im də 2 a maddəsiylə xəstəliyə görə ucotdan silinmiş əm bilmək istəyirəm Əsgərliyə gedə bileremi 1987 ci il anadan olmuşam. Hərbi müəllimliyi ni bitirmişəm Xahiş edrem cavab yazin

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda sağlamlıq vəziyyətinə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşların təkrar tibbi müayinədən keçirilməsi nəzərdə tutulmamışdır. Lakin çağırış komissiyasının qərarı ilə razılaşmayan vətəndaşlar, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi halda hərbi xidmətə yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyası tərəfindən təkrar şəhadətləndirilə bilərlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Belə ki, yuxarıda qeyd olunan Qanunun 12.2.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları çağırılırlar.
Umid Memmedov Soruşur Yazılma Tarixi:09.02.2016 23:01:28

Salam. 2015-ci ilin oktyabr ayinda herbi xidmetimi basha vurmusham. Herbi biletimde sheher cagirish komissiyasi terefinden herbi xidmete yararliliq derecesi mad.13d-3 herbi xidmete yararli sayilaraq heqiqi herbi xidmete cagirilmishdir yazilib. indi de deyirler ki, sendeme herbi xidmete 50faiz yararli, 50faizyararsiz sayilirmisham. Zehmet olmasa Madde13d-3 etrafli aciqlamasini vererdiniz

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “d” bəndinə “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları: zəif qidalanma, II dərəcəli alimentar piylənmə” aiddir. Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmlış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssis “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər” cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli) “a” bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın (Qoşunların, hərbi hissələrin növləri) rəqəm göstəricisini müəyyən edir. “Hərbi xidmətə yararlıdır A-3” hesab edilmiş çağırışçılara bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur (xüsusi təyinatlı hərbi hissələr, dəniz piyadası, hava desant, desant hücum heyəti və s.).
Vüqar Məmmədov Soruşur Yazılma Tarixi:09.02.2016 22:27:11

Salam.Mən 2000-2004 cu illərdə rayon Hərbi Komissarlığında cağıriş şöbəsində müfəttiş vəzifəsində işləmişəm.Sonra hərbi xidmətə getmişəm.Ehtiyyatda olan zabitəm.(leytimamt).Yenidən bu qurumda işləmək ücün hara müraciyyət edə bilərəm?

Bildiririk ki, Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Yusif Yusifli Soruşur Yazılma Tarixi:09.02.2016 21:49:34

Salam.men N sayli herbi hissede MAHHXHQ xidmet edirem.Suruculuk vesiqesi almaq ucun Azerbaycan respublikasi Seferverlik ve Herbi Xidmete Cagiris Uzre Dovlet Xidmeti hesabina ala bilerem?

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlanmasını təşkil edir və keçirir. Xüsusi hərbi ixtisaslar Azərbaycan Respublikası Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət qulluqçuları üçün müəyyən edilmiş ixtisaslardır. Bununla əlaqədar, mövcud normativ hüquqi aktların tələblərinə əsasən, xüsusi hərbi ixtisaslar üzrə hazırlığa (həmçinin sürücülük kurslarına) müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməmiş və sağlamlıq vəziyyyətinə görə hərbi xidmətə tam yararlı olan çağırışçılar cəlb edilir.
ehsen bextiyarov Soruşur Yazılma Tarixi:09.02.2016 21:41:16

Evvela salam.men Azerbaycan Silahli Quvveleri siralarina gizir kimi qebul olmaq isteyirem.mene hansi senedler lazimdir ve men ne etmeliyem 2015yanvarda herbi xidmeti bitirmisem.men evvel xidmet etdiyim herbi hissede xidmet ede bilerem ya yox.xais edirem.cavablandirasiniz.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına və ya hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
Tural Eliyev Soruşur Yazılma Tarixi:09.02.2016 20:38:17

Salam Menim Qardawim 5 ay bunan Qabaq Gozunden Xesaret Alib Aprel Ayinda Herbi Xidmete Yollanacaq, Amma Qardawim Gozunden Agir Xaserat Alib Sag Gozu Cox Zeyif Gorur Qardawim Bu Gozle Herbi Xidmete Yollana Biler ?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
asif haciyev Soruşur Yazılma Tarixi:09.02.2016 19:14:51

salam manim oglum Haciyev Heybat Asif oglu Mdafiya nazirliyina Harbi daniz quvvalarinda xidmat etmay arzusu oldugunu maktubla muraciyat etdi va cavab aldi ki Azarbaycan Resbublikasi Safarbarlik va Harbi Xidmata Cagris uzra Dovlat Xidmatina baxilmasi ucun gondarildi xayis edram mana cavab verasiz

Müraciətinizlə əlaqədar araşdırılma aparılmış və müəyyən edilmişdir ki, övladınız Hacıyev Heybət Asif oğlu Xidmətin Salyan rayon şöbəsində hərbi qeydiyyatdadır və 2016-cı ilin aprel çağırışı zamanı ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəkdir. Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında bölünür. Çağırışçıların hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilən qurumlarda baxılır.
Mahmudlu Saki Soruşur Yazılma Tarixi:09.02.2016 18:13:18

Men fevral ayinda universiteden xaric olunmusam.Menim dilimde qüsur var,qorxu nericesinde yaranib.Men herbi xidmete yararsiz hesab olunuram? Qusur sert deyile bilecek seviyyededi.Ve basqa sualim uniden senedlerimi alib yeniden iyul ayinda qebul imtahanina gire bilerem? Xais edirem cavablandirasiniz

“Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Onlara respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında təkrar iştirak etmək üçün həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmir. Bildiririk ki, 2016-cı ilin fevral ayında universitetdən xaric olunduğunuz üçün 2016-cı ilin oktyabr çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqsınız. Tibbi şəhadətləndirildikdən və öyrənildikdən sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir. 
Cədvəldə sətir sayı :14897