Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rauf,Əsgərov Soruşur Yazılma Tarixi:06.02.2016 18:34:52

Salam men Dsx da xidmet eledim 4cü ayımda skalioza görə təxris eledilər menim 4 ayım heder getdi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37.1.1-ci maddəsinə əsasən, çağırışçılar üçün – Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən hərbi hissəyə göndərildikləri gün həqiqi hərbi xidmətin başlanğıcı sayılır. Bu Qanunun 37.2-ci maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət      və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
Fuad Ağayev Soruşur Yazılma Tarixi:06.02.2016 18:22:00

Salam mən MN-də hərbi qulluqda olmuşam. 7 aydır ki təxris olmuşam. Sizdən öyrənmək istəyərdim ki, mən MN-də çalışa bilərəm? Əgər çalışa bilərəmsə, bunun üçün hansı sənədlər lazımdır və hara təqdim olunmalıdır? Təşəkkür eliyirəm.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Nicat Soruşur Yazılma Tarixi:06.02.2016 18:04:06

Mezuniyyete cixmisam bilmirsiz buraxilis vereqesine nese pecat vurulur komisarliqda? cox sagolun

Bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinin Qarnizonun hərbi hissələrinin (hərbi təhsil məktəblərinin, müəssisələrin qarnizonda ezamiyyətdə və məzuniyyətdə olan hərbi qulluqçuların uçotu qaydasına əsasən, ezamiyyət, yaxud məzuniyyət yerinə gəlmiş hər bir hərbi qulluqçu hərbi komendantlıqda, onun olmadığı yerlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsində uçota durmalı, getməzdən qabaq isə uçotdan çıxmalıdır. Uçota alındıqda, yaxud uçotdan çıxarıldıqda, ezamiyyət vəsiqəsində, yaxud məzuniyyət biletində müvafiq qeyd olunur. Gəlmə haqqında qeyd gəlmə gününün səhərindən gec edilməməlidir, getmə haqqında qeyd isə getmə günündən əvvəlki gün, yaxud getmə günü edilməlidir.
Quliyeva Fəridə Soruşur Yazılma Tarixi:06.02.2016 16:58:46

salam menim 26 yaşım var.bakalavr və magistr təhsili almişam. Məndə SHXÇDX-də işləmək istəyirəm bunun üçün hara müraciət etmeliyem və bunun üçün SQTTM-də kurs keçmeliyemmi?

Nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş vəzifələr üzrə vakant yerlər olmadığı üçün, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
Resad bayramov Soruşur Yazılma Tarixi:06.02.2016 14:46:01

salam menim boyum 178di çəkim 48di hərbi xidmətə gedə bilərəm?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər.
Elnur Hamzayev Soruşur Yazılma Tarixi:06.02.2016 13:20:47

Salam men muddetden artig herbi xitmet cekmek isteyirem bununla bagli hara ve nece muraciyet ede bilerem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Qefer Ceferov Soruşur Yazılma Tarixi:06.02.2016 10:40:42

Men herbiye senedlerimi vermisem bilmey isteyirdim meni nevaxt cagirarlar konullu getmek isteyirem oz xidmet etdiyim herbi hisseye.1995-tevelludluyem tovuz rayonunda xidmet etmisem Neftcala rayonunda yasayiram

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına və ya hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
iskender Yusifov Soruşur Yazılma Tarixi:06.02.2016 08:06:32

Menim oglum 26 yanvar 2016 herbi xedmetde dsx and icmesi ne vaxti bilmek isterdim

Qeyd  etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Memmedov Rewad Soruşur Yazılma Tarixi:06.02.2016 01:50:20

Salam. Bilmek isterdim ki, esger hansi qaydalara esasen kicik cavuw rutbesini ala biler? Onceden tewekkurler

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin  49-cu maddəsinin v) bəndinə əsasən, çavuş vəzifəsini icra edən, xidməti vəzifələrini nümunəvi yerinə yetirən, təhsildə və intizamda yaxşı və əla göstəriciləri olan “əsgər”,  “matros”, “baş əsgər” və ya “baş matros” rütbəli müddətli həqiqi hərbi xidmət əsgər və matroslarına — müəyyən edilmiş proqram üzrə  imtahan verdikdən sonra, lakin müddətli həqiqi hərbi xidmətə daxil ediləndən ən azı 6 ay keçdikdən sonra “Kiçik çavuş” hərbi rütbəsi verilir.
rasim aliyev Soruşur Yazılma Tarixi:06.02.2016 00:40:24

ali tehsillilerin leytenantligi haqqinda umumi melumat

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən, hərbi qulluqçuların digər kateqoriyalarına və hərbi vəzifəlilərə hərbi rütbələr "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi"nin tələblərinə müvafiq qaydada verilir.
Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 58-ci maddəsinə əsasən hərbi təhsil müəssisələrini, hazırlıq kurslarını, hərbi ixtisas hazırlığına yaxın mülki tədris müəssisələrini bitirmiş, o cümlədən ehtiyat zabitlərin hazırlığı üzrə təlim toplanışlarını keçmiş və s. ali təhsilli hərbi vəzifəlilərə "leytenant" hərbi rütbəsi verilir.
Cədvəldə sətir sayı :14897