Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ayxan Memmedov Soruşur Yazılma Tarixi:05.02.2016 23:01:29

Salam men hal-hazirda telebeyem ve 2018 ci ilde tehsilimi basa vuracagam. Men teshsilimi basa catdirdixdan sonra herbi qulluga Leytinat kimi nece gede bilerem bunu ucin hara muraciet etmeliyem?

Qeyd etdiyiniz məsələ ilə bağlı təhsilinizi bitirdikdən və müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunduqdan sonra təyin olunacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Elik Mustafa Soruşur Yazılma Tarixi:05.02.2016 22:50:09

SALAM MEN IYUL AYINDA HERBI XIDMETE CAGRISNA DUSUREM AMMA BOYUM 1.70 CEKIM 81 KQ az piylenme var amma Bilmek isterdimki Men herbiye yararsiZ sayiliram 3 dereceli alimentar piylenme sayilir buda ??

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin I qrafasının tələblərinə əsasən hərbi xidmətə çağırış zamanı I dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar “Hərbi xidmətə yararlıdır. A-2” hesab edilirlər.
Məhəmməd Osmanov Soruşur Yazılma Tarixi:05.02.2016 22:26:01

1995ci il təvəllüdlüyəm. Ali təhsilimi 2016-cı ilin iyul ayında bitirirəm. Yay çağırışına düşürəm? Yoxsa oktyabr? Və hansı hərbi hissəyə düşəcəyimi nə vaxt öyrənə bilərəm?

Bildiririk ki,  2016-cı ilin iyul ayında təhsilinizi bitirdiyiniz üçün iyul çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz. Nəzərinizə çatdırırıq ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 30 iyun tarixindən etibarən qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməyə müraciət edə bilərsiniz.
Oktay Kazimli Soruşur Yazılma Tarixi:05.02.2016 21:56:50

salam. menim qardasimin mart ayinda 18 yasi tamam olur. aprelde xidmete gedmelidi. orta mektebi kecen il bitirib.ali mektebe daxil ola bilmediyi ucun bu il yeniden hazirlasir.bilmey isteyiremki. imtahana kimi mohlet ala bilermi? olursa nece almag olar?xahis edirem cavablandirasiz

Bildiririk ki,  respublikanın ali məktəblərinə qəbul imtahanlarında artıq bir dəfə iştirak etmiş vətəndaşlara hərbi xidmətə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.    
Albabayev Seymur Soruşur Yazılma Tarixi:05.02.2016 21:03:54

Salam men ali təhsilliyem ancaq herbi xidməti bitirdikden sonra oxumuşam idi 28 yaşım var bilmey istiyirəm leytenant kimi yenidən hərbi xidmətə gedə bilərəm yeni TTM oxuya bilerem

Bildiririk ki, “Zabit hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi, kurslara qəbulun qayda və şərtləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Aysel Soruşur Yazılma Tarixi:05.02.2016 20:53:54

Salam xahis edirem cabablandirasiz.menim qardawim kecen il mektebi bitirib 17 yawi olanda.mayda artiq 18 olacaq.universitete imtahan vermek isdeyir imtahan mayda ve ya iyulda olacaq.ona mohlet verile biler imtahan versin deye? Qeyd edim ki, kecen il imtahan vermemisdir.

Bildiririk ki, qardaşınız orta məktəbi keçən il bitirdiyinə görə ona respublikanın ali məktəblərinə qəbul imtahanlarında iştirak etməsi üçün hərbi xidmətə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.    
Perviz memmedov Soruşur Yazılma Tarixi:05.02.2016 18:51:55

Salam menim menim qolum 14 yawinda qirilmiwdi indi bitiwib berkdi hec bilinmir prostu bilmek isteyiremki vaynkamatdan kece bilerem

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Elsen Novruzov Soruşur Yazılma Tarixi:05.02.2016 18:20:59

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olmaq üçün tələb olunan sənədlər nələrdir?

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 №-li qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.4-cü bəndinə əsasən, şəxsi iş tərtib edilməsi üçün bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarına və ya hərbi hissələrə aşağıdakı sənədlər (müvafiq dövlət orqanları tərəfindən xidmətə (qulluğa) qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənədlərdən başqa) təqdim edilir: -          şəxsiyyəti təsdiq edən sənəd; -          ərizə və ya raport; -          şəxsən yazılmış tərcümeyi-hal; -          xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə; -          təhsil haqqında sənədin surəti; -          doğum haqqında şəhadətnamənin surəti; -          nikah haqqında şəhadətnamənin surəti (evli olduqda); -          uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaq olduqda); -          4 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 9x12 sm ölçüdə fotoşəkil; -          məhkumluğun olub-olmaması barədə arayış. Həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxslər üçün tərtib edilmiş şəxsi işlərə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissə tərəfindən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması barədə müvafiq hərbi-həkim komissiyasının qərarı əlavə olunur.
Anar Nəcəfov Soruşur Yazılma Tarixi:05.02.2016 16:39:02

Mənim qohum Əzməmmədov Asəf Nazim oğlu, 2015-ci ilin yanvar ayında Qobustan rayon Səfərbərlik və Hərbi Xidmətə Çağrış bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq, Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə ordu sıralarına xidmət etmək üçün yolanmışdır və 04.10.215-ci il tarixdə hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən Murovdağ silsiləsindəyerləşən yıxılaraq aldığı travmadan vəfatetmişdir. ona şəhid adı düşürmü

Bildiririk ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin           15.01.1994-cü il tarixli 10 saylı Qərarının 1.2.6 yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1 bəndinə əsasən, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi və hərbi hissənin arayışı əsasında təsdiq olunur. Mövcud sənədlərdə qohumunuz - mərhum Əzməmmədov Asəf Nazim oğlunun döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması faktı olduğu təqdirdə, ona şəhid statusu verilə bilər.
Talıbov Rəşad Soruşur Yazılma Tarixi:05.02.2016 16:23:14

Salam.Plevritdən müalicə almış lakin plevral qalınlaşma qalığı olan şəxs dinc dövrdə yararsız sayılırmı?

Çağırışçıların tənəffüs orqanlarının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 49-53-cü maddələrinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Cədvəldə sətir sayı :14897