Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ilqar Mustafayev Soruşur Yazılma Tarixi:05.02.2016 13:18:31

Salam.Men Mustafayev Ilqar Memmed oglu Baki seheri xetai rayonunda yawayiram.Azərbaycan Dövlət Beden Terbiyesi Idman Akademiyasi bitirmisem Ali tehsilliyem.N sayli herbi hissenin xususi teyinatinda xidmet etmisem.Bilmek isteyiremki Leytenant rutbesini alib yenide Azərbaycan Silahlı Qüvvələrinde xidmet ede bileremmi?Hara ve nece muraciet ede bilerem?cox sagolun

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Ali Aliyev Soruşur Yazılma Tarixi:05.02.2016 13:16:15

Salam. Məlumat öyrənmək üçün sizə yazıram. Mənim dostum bu il hərbi xidmətə gedir. Sısqa, gözləri zəyif biridir. Qan azlığı var. Ancaq bunun hansı səviyyədə olduğunu bilmirəm. Səhf etmirəmsə gözü -4 -dü. Həkimlərdə tam keçməmiş. (Göz həkimi, Ciyərlərin rengeni, uzi, qan və s) Göndəriş sənədini veriblər ona. Hansıkı sənədə qeyd olunub ki, Əmr edirəm 01.04.2016 tarixində komisarlığda olun. Bu nə dərəcədə qanuna uyğundur ? Həmçini sizdə məlumat yoxdurki hərbi xidmətə yararlılıq üçün. Göz minimum neçə fayiz olmalıdır, çəki nə qədər olmalıdır və qan azlığı barədə məlumat. Komisarlıqda bu dəyərlərlə bağlı heç bir məlumat vermirlər. Sual verdikdə sadəcə susurlar.

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər. Çağırışçıların qanın və qanyaradıcı xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 11-ci maddəsinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır.
resideliyev Soruşur Yazılma Tarixi:05.02.2016 11:22:15

Salam men EliyevResidCumsud oglu 1993_cu il tevelludlu 2010 cu ilde esgerliye gedib gelmisem .hal hazirda herbiye sened vermisem gizir kimi olmaq ucun gotumuyubler deyibler cekin azdir .boyum 1.75 cekim 58kilodur ne sebebe gotumurler .bes esgerliye de aparmazdilar da onda .ozumde dagda xidmet elemisem 1il6ay muddetinde bunun ucun neynemeliyem ki gizirliye gedem hal hazirda cekim be qeder olmalidir texmini

Bildiririk ki, müraciətdə qeyd etdiyiniz 175 sm boy və 58 kq çəki ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəlinin 13-cü maddəsinin “d” bəndinin (zəif qidalanma) II qrafasına və qidalanmanın vəziyyətini qiymətləndirmə düsturuna əsasən “hərbi xidmətə yararlı” hesab edilirsiniz.
Şahin Həmidov Soruşur Yazılma Tarixi:05.02.2016 01:28:40

Salam mən bilmək istəyirəm hərbi xidmətə kilosu və boyu neçə olanlar götürülür

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər.
Qarayusubov Sahib Soruşur Yazılma Tarixi:04.02.2016 21:39:40

Salam men Qarayusubov Sahib Elsen oglu 1992 ci ilde Agstafa rayon Dagkesemen kendinde anadan olmusam.2010 cu ilde Mektebi bitirib 2014 cu ilde Azerbaycan Texniki Univeristetini bitirmisem. Ve o vaxtdan beri bir nece defe Mirqasimov adina xestexanadan ve Herbi qospitaldan kecmisem amma cox teessufki mene ne yarali nede yarasiz oldugum haqda melumat verilmir. hara sikayet yazacagimi bilmirem xahis ediremki mene komeklik edesiz. onceden tesekkurler

Məlum olmuşdur ki, Siz, Xidmətin Ağstafa rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Ağstafa rayon şöbəsinə təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən müvafiq qərar qəbul ediləcəkdir.
Mustafayev Elman Soruşur Yazılma Tarixi:04.02.2016 20:09:41

Salam Men Sabirabad Rayonunda Herbi Qeydiyyatdayam Eslimde Sabirabadlidi Amma Bakida Qaliram Men 10.05.1998 Tevveludem Bilmek isteyirem mene Paviska Havaxt gelecek ?

Bildiririk ki, Siz 2016-cı ilin iyul şağırışı zamanı Xidmətin Sabirabad rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Elsen Novruzov Soruşur Yazılma Tarixi:04.02.2016 16:35:41

Salam.Nikadr leytenant kimi xidmet etmek muddeti ne qederdir?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən, dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdiri­lir: 38.1.5. zabitlər üçün – ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar - 1 il 6 ay. Bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər.
Rabil Tagiyev Soruşur Yazılma Tarixi:04.02.2016 00:23:48

Salam mən oktyabrda vayonkamata çağırmışdılar çəkim 47 boy 178 aparmadılar hələki bir xəbər yoxdur yanvarda aparmadılar aprel prizivinde cagirarlar ümumiyətlə mənim çəkim və boyum hərbiyə getmək üçün yararlıdır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər.
Qafarov novruz Soruşur Yazılma Tarixi:03.02.2016 20:36:21

salam men dekabr ayinda dsx senedermi vermiwem giziriye bilmek isdeyrem meni nevax cagracaqlar

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Xəyal Əliyev Soruşur Yazılma Tarixi:03.02.2016 20:26:03

Mən Əliyev Xəyal Vahid oglu mən həmişə sizə sual,məktub unvanlayiram həmişədə eyni cavab gəlir.Mən onu soruçuram ki,mən tibbi sənədləri istənilən tibb müəəsəsindən alib Cəbrayil rayon bölməsinə təqdim ede bilərem?

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunmuşdur.
Cədvəldə sətir sayı :14897