Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
fuad əliyev Soruşur Yazılma Tarixi:08.02.2016 20:48:42

salam. mən 1988-ci il təvəllüdlü əliyev fuad əflatun oğlu 2006-2010 cu illərdə iqtisad universitetində təhsil almış 2010-2011-ci illərdə n saylı hərbi hissədə 1 il hərbi xidmətdə olub təxris olunmuşam boyum 174 yaşım 28 ali təhsilliyəm hərbi xidmətdə artıq olmuşam bilmək istəyirəm ali təhsilli olduğuma görə təlim tədris mərkəzində kurs keçib leytinant rütbəsi alıb silahlı qüvvələrdə zabit kimi xidmət edə bilərəmmi?

Bildiririk ki, “Zabit hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi, kurslara qəbulun qayda və şərtləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Eliyev isa Soruşur Yazılma Tarixi:08.02.2016 19:39:30

men eliyev isa musa oglu 1998 ci ilde berde rayonu qaragacai kendinde anadan olmuwam men hal hazirda kolecde oxuram evde 3 neferik atam men birde anam atam 1 qrup elildi anam ise 2 ci qrup elelildi bilmek isdirem meni esger aparacaqlar yoxsa yox

Bildiririk ki, 2016-cı ilin aprel çağırışına cəlb olunacaqsınız və Sizə ailə vəziyyətinizlə əlaqədar müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi məsələsinə qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılacaqdır.
Zamin Haciyev Soruşur Yazılma Tarixi:08.02.2016 19:11:23

Salam men daxili qosunlarda xidmet etmisem hal hazirda issizem isdeyirem on cepede terterde oz Rayonumuzda Fuzulide ermenile uz uze olmaq isdeyirrm xais edirem 0707266669

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına və ya hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
Ülvi Soltanov Soruşur Yazılma Tarixi:08.02.2016 19:11:21

Salam mən 2013 iyul 2015 Yanvar pirizivi olmuşam mən onu bilmək isdiremki mən gizir kimi işliyə bilərəm və bunun üçün hara müraciyət edim bide hansı senədlərlazimdı

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 №-li qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.4-cü bəndinə əsasən, şəxsi iş tərtib edilməsi üçün bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarına və ya hərbi hissələrə aşağıdakı sənədlər (müvafiq dövlət orqanları tərəfindən xidmətə (qulluğa) qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənədlərdən başqa) təqdim edilir: -          şəxsiyyəti təsdiq edən sənəd; -          ərizə və ya raport; -          şəxsən yazılmış tərcümeyi-hal; -          xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə; -          təhsil haqqında sənədin surəti; -          doğum haqqında şəhadətnamənin surəti; -          nikah haqqında şəhadətnamənin surəti (evli olduqda); -          uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaq olduqda); -          4 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 9x12 sm ölçüdə fotoşəkil; -          məhkumluğun olub-olmaması barədə arayış. Həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxslər üçün tərtib edilmiş şəxsi işlərə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissə tərəfindən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması barədə müvafiq hərbi-həkim komissiyasının qərarı əlavə olunur. Əlavə olaraq bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Asif Ehmedli Soruşur Yazılma Tarixi:08.02.2016 18:47:51

Salam. Men 10 cu sinifde komisyadan kecende ayağım duzdu deye yoxlanışa gonderdiler adi şeraitde yararsız yazıldı indi orta mektebi bitirmişem yene çağırıblar bilmek isdiyirdimki esger aparırlar yoxsa yox?.

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
sabanov racab Soruşur Yazılma Tarixi:08.02.2016 18:28:04

salam.oqlum rusiyada yujniy federalniy universitetde 1ci kursda eyani oxuyur.03.02.1998ci doqumludur.o harbi xidmatdan oxumaqi bitene kadar azaddirmi

Bildiririk ki, xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
ceyhun memmedov Soruşur Yazılma Tarixi:08.02.2016 18:19:45

memmedov ceyhun. salam xahis edirem bildiresiniz ki.tekrar muayine zamani nevropotoloqa aid isi herbi komissiyanin sedri periatr ozu yazib sehadetlendire bilermi

Tibbi baxış və nəzarət qaydasında şəhadətləndirilmə Respublika Çağırış Komissiyasının qərarı ilə cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq və zərurət olduqda, digər ixtisaslardan olan həkim-mütəxəssislər tərəfindən keçirilir. Hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərar yalnız öz ixtisasına uyğun olan həkim-mütəxəssis tərəfindən verilir. Həkim pediatr həkim nevropatoloqa aid müayinə nəticəsini şəhadətləndirə bilməz.
Ezizov Adem Soruşur Yazılma Tarixi:08.02.2016 14:50:01

Yanvar ayinda geden esgerlerin prisiyaqasi ne vaxtdir?xais ediriy cavablandirin

Hərbi andiçmə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”ndə müəyyən edilmiş qaydada həyata keçirilir.
Emil Huseynov Soruşur Yazılma Tarixi:08.02.2016 14:32:26

Salam men ehtiyyatda olan zabitem.33 yasim var. sizin xidmete ise qebul olmaq ucun nece edim

Bildiririk ki, Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Nazim Ezimzade Soruşur Yazılma Tarixi:08.02.2016 14:05:41

Salam. Menim herbi biletimi vermirler niye? Bu gun gedirem deyir sabah gel, sabah gedirem deyir obiri gun gel. Bele sey olar? Prezdent her gun deyir insansanlari incitmek olmaz, bes bunlar neynir? 6 defe gedib gelmisem. Qaynar xette zeng edirem interaktiv beledci danisir ,nese operatora qosululuram ,cagirir adboy verirler, bes islemirse niye o nomreni yazirsiz ora?

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə barənizdə məlumatlar (çağırışçı və ya hərbi vəzifəli olmağınız, təvəllüdünüz, harada hərbi qeydiyyatda olduğunuz yer) qeyd edilmədiyi üçün cavablandırılması mümkün deyil. Yuxarıda göstərilən məlumatlar Xidmətin saytına ediləcək təkrar müraciətinizdə qeyd edildiyi təqdirdə barənizdə araşdırma aparılaraq Sizə ətraflı cavab veriləcəkdir.  
Cədvəldə sətir sayı :14897