Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Sadixov cingiz Soruşur Yazılma Tarixi:11.02.2016 16:53:10

Mudetden artig milli orduda arxa cebhede xidmet elemey istiyirem..xais edirem mene bir komeyliy gosteresiz.hara nece muraciyet elemeliyem..burda elekron erzeynen mudafiye nazirliyine catdirmag olur?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Hüseynova Soruşur Yazılma Tarixi:11.02.2016 15:04:18

Xarici ölkələrin hansı təhsil müəssisələrində oxuyan vətəndaşlara təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir?

Bildiririk ki, xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
kamalov cabir Soruşur Yazılma Tarixi:11.02.2016 10:31:08

salam,tibb universitetini bitiren qadinlar herbi komisarliqda qeydiyyata dusmelidi? eger dusmelidirse rezidenturani bitirdikde dusmelidi, ya tibb universitetini?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülürlər. Nəzərinizə catdırırıq ki, Azərbaycan Respublikasının qadın vətəndaşları təhsil müəssisəsini bitirdikdən sonra hərbi qeydiyyata alınmaları üçün yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlidirlər.
AZER BAYCANIM Soruşur Yazılma Tarixi:11.02.2016 00:29:35

Salam, men size oten gunlerde de yazmisdim cox sagolun cavablandirmiwdiniz, ama A-3 kateqoriyasiyla siradan kenar xidmete yararli kateqoriyasinin ferqini izah etmediniz, xais edirem sadece eynidir ve ya eyni deyil cavabi veresiniz, A-3 kateqoriyasi ile siradan kenar xidmete yararli kateqoriyasi eynidirler ya eyni deyiller? Onceden tskrler

Sıradankənar hərbi xidmətə yararlı və (və ya) müəyyən qoşun növündə hərbi xidmətə yararsız sayılmış hərbi qulluqçular həmin qoşun növündə arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə təyin edilirlər.  “Hərbi xidmətə yararlıdır A-3” hesab edilmiş çağırışçılara bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur (xüsusi təyinatlı hərbi hissələr, dəniz piyadası, hava desant, desant hücum heyəti və s.).
Mirzeyev Araz Soruşur Yazılma Tarixi:10.02.2016 22:14:23

DSX-da Yanvar Cagiriscilari Ucun Andicme Tarixi?

Hərbi andiçmə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”ndə müəyyən edilmiş qaydada həyata keçirildiyi üçün adiyyəti üzrə Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Khalilov Soruşur Yazılma Tarixi:10.02.2016 20:57:41

Salam.Hepatit B dasiyicisiyam. 2 defe 1 sayli kliniki tibbi mərkəzde 2defe qospitalda analiz vermişəm. Meni incidirler herbi bileti vermirler.6 ayliq mohlet veribler bitib. Mualice ucun olkeden cixa bilərəm?

Nəzərinizə çatdırırıq ki,B virus hepatiti” virusunun aktivliyini müəyyən edilməsi üçün çağırışçılara 6 (altı) ay müddətinə  möhlət hüququ verilir. Möhlət hüququ bitdikdə çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Sahin Haciyev Soruşur Yazılma Tarixi:10.02.2016 19:55:32

salam respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında təkrar iştirak etmək üçün möhlət verilməsinə qanuni əsas neye gore yoxdur ve men Ali Herbi Akedemyaya fevral ayinda sened vere bileremi

“Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir. Bir daha nəzərinizə çatdırırıq ki, 2016-cı ilin oktyabr çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz və Sizə respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında təkrar iştirak etmək üçün möhlət verilməsinə qanuni əsas yoxdur.
Seymur esedov Soruşur Yazılma Tarixi:10.02.2016 18:23:42

Salam Bilmek isteyirem ki,menim 27yasim var herbi xidmete gedib gelmisem ni kadir zabit kimi xidmet ede bilerem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
MAHMUDOV SAKIT Soruşur Yazılma Tarixi:10.02.2016 11:38:37

Salam.Men yanvar ayinda universitetden xaric olunmaq ucun erize vermisem,bu ay teqdimat verilecekdi.Mene herbi xidmete cagiris ne vaxt gelecek?

“Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 
cingiz aliyev Soruşur Yazılma Tarixi:10.02.2016 10:57:22

Salam. Dogrudu sizin xidmetin fealiyyetine xitam verilerek Mudafie nazirliyine birlesdirilir.

Nəzərinizə çatdırırıq ki, verdiyiniz sual Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid olduğu üçün tərəfimizdən onun cavablandırılması mümkün deyil.
Cədvəldə sətir sayı :14897