Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Memmedli Qedemsah Soruşur Yazılma Tarixi:12.02.2016 23:54:12

Salam. Menim herbi biletimde yararsizliq derecesi 58 b dir. Bunun hansi xestelik oldugunu bilmek isterdim?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 58-ci maddəsinin “b” bəndinə “Mədənin və onikibarmaq bağırsağın digər xəstəlikləri, qaraciyərin, öd kisəsinin, öd yollarının və mədəaltı vəzinin xəstəlikləri: funksiyaların mülayim dərəcədə pozulması və xəstəliyin tez-tez kəskinləşmələri ilə” aiddir.
mustafayev yadulla Gulmammad oqlu Soruşur Yazılma Tarixi:12.02.2016 22:40:29

Salam man harbi biletimi itirmisam va masalli rayon harbi komisarliqina muraciat etdim mana oradan bildirdilar ki siz 50 manat carima odamalisiniz ? bu naqadar duzqundur va man kima muraciyat edim

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinasız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsinə əsasən 50 manat cərimə) tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir. Hərbi biletin korlanma və ya itirilmə şəraitinin yoxlanılması və təkrar (yeni) hərbi biletin verilməsinə əsas verən sənədlərin toplanılması müddətində hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir. 
Eliyev yusif Soruşur Yazılma Tarixi:12.02.2016 22:24:31

Salam.Muddetden artiq herbi xidmet üçün mûraciət edildikdə,sənədlər yararli olduqda nəçə müdət ərzində cavab gelir.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına və ya hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
Elvin Knyazov Soruşur Yazılma Tarixi:12.02.2016 21:58:39

Salam. Mən SHXÇDX-nə işə qəbulla bağlı müraciət etmişəm və artıq Səfərbərlik Xidmətinin Kadrlar və Kadr Hazırlığı İdarəsinə(Bakıya) çağırılıb ərizə və anket yazmışam. Mən ərizəmi dəyişib xidmətə müraciət edə bilərəmmi? Və əgər mümkündürsə bunun üçün mən Bakıya gəlməliyəmmi?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla bağlı müraciətinizə müvafiq qaydada baxılmış və Sizə, konkret vaxt təyin edildikdə müsabiqəyə (test imtahanına) dəvət olunacağınız barədə əlavə məlumat veriləcəyi bildirilmişdir. Həqiqi hərbi xidmətə qəbulla bağlı internet portalına daxil olmuş müraciətinizlə əlaqədar isə nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edildiyiniz təqdirdə Siz Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalısınız. Nəzərə almağınız tövsiyə olunur.
Kazımov Nicat Soruşur Yazılma Tarixi:12.02.2016 21:33:26

Salam. Mən Kazımov Nicat Faiq oğlu 1998.08.25-ci ildə Bakı şəhərində anadan olmuşam.Hal-hazirda 17 yaşim var.Mən könüllü əsgər getmək istəyirəm. Bunun ücün Nİzami rayon hərbi komisarlıgina müraciət etmişəm,amma bir nəticə alınmadı.Amma mən yenədə getmək istəyirəm nə edim?

Bildiririk ki, Siz 18 yaşınız tamam olduqdan sonra müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz. Vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
quliyev sebuhi fexreddin oglu Soruşur Yazılma Tarixi:12.02.2016 20:03:52

hormetli arzu rehimov.fakt olaraq goycay rayon xestexanasinin baw hekimi ve bir qrup kamisiya heyetinin saglam genclerin herbi xidmetden yayinmasi faktina davam olaraq,novbeti iki saglam genclerin hansi yalanci xestelikle yayinmasina sizden vetendaw olaraq cavab isteyirem.huseyinov namiq behruz oglu ve yusifov eldar ilqar oglu.xaiw edirem duzgun arawdirin

Məlumat üçün nəzərinizə çatdırırıq ki, 01.02.2016-cı il, 06.02.2016-cı il, 10.02.2016-cı il və 12.02.2016-cı il tarixlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytına daxil olmuş müraciətlərinizlə əlaqədar aidiyyəti üzrə araşdırma aparılmış və adları göstərilən vətəndaşlar barədə qanuna mevafiq tədbirlər görülmüşdür.
Məmməd Hüseynov Soruşur Yazılma Tarixi:12.02.2016 19:23:20

Salam, oglum Hüseynov Əli 07.01.2016 tarixində icbari herbi xidmətə gedib.Oglum ailəlidi və 1 usagı var. Bilmək isdiyirəm qanunla bu cür hallarda hansısa güzeştlər varmı?Və əlave olaraq məzuniyətlər verilə bilərmi? Ümumi olaraq hansı hallar mövcutdur bu haqda məlumat almaq isdiyorəç. Təşəkkürlər

Bildiririk ki, mövcud qanunvericilikdə 1 övladı olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına hər hansı güzəştin şamil edilməsi nəzərdə tutulmamışdır.
Cavidan Əmirəliyev Soruşur Yazılma Tarixi:12.02.2016 19:00:30

Salam. Mən BDU-da 2-ci kursda oxuyuram. Mənə 2018-ci ilədək hərbi xidmətdən möhlət verilib. Mən xaricdə yenidən bakalavr oxumaq istəyirəm. Hərbi xidmətdən möhləti necə uzada bilərəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir. Siz qanunamüvafiq olaraq müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Dashdemirova Lale Soruşur Yazılma Tarixi:12.02.2016 15:50:25

Salam. Mən, Dashdemirova Lale Bakı Sənaye Pedoqoji Kollecin bitirmişəm. KÖNÜLLÜ olaraq herbiye sened vermek isteyirem. Bu mümkündumü? Və mümkündüsü hara müraciət edə bilərəm.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Samir Huseynov Soruşur Yazılma Tarixi:12.02.2016 15:32:58

Salam.men 28.02.2012 herbi xidmete çaqrilmişam,56b maddesine(dişimle baqli probleme)esasen sulh dövrune yararsiz, muharibe dövrune yararli hesab edilmişem.28.07.2015 tarixde yeniden yoxlamadan keçerek yene yararsiz hesab olunmuşam.bilmek isteyiremki sehhetimle baqli problem aradan qalxarsa yenide men herbi xidmete gede bileremmi? Ve bu mumkundurse hansi aidiyyati orqana muraciyyet ede bilerem.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Cədvəldə sətir sayı :14897