Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Emin Ceferov Soruşur Yazılma Tarixi:15.02.2016 15:43:04

Salam Men 1996 ci ilin aprel ayinda anadan olmusham menim usaq vaxt dil kusurum oldugundan gec mektebe qoyublar hal hazrda 11 ci sinifde oxuyuram aprelde 20 yasim olacaq mene icaze vereceyler mektebi kutarim yoxhsa 20 yasdan sora aparacaqlar?

Bildiririk ki “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinə əsasən, ümumi təhsil müəssisələrində tam orta təhsil alan  çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan 20 yaşınadək möhlət verilir.
Bagirov Kenan Soruşur Yazılma Tarixi:15.02.2016 14:17:03

Salam.Aprel ayinda xidmete gedecekler ucun cagiris ne vaxtdan baslayir?eslinde men Yanvar ayinda getmeli idim amma cagiris gelmedi niyese..indi Apreli gozleyirem

Bildiririk ki, 2016-cı ilin aprel çağırışçıları fevral-mart aylarında tibbi şəhadətləndirilməyə cəlb olunacaqlar.
Əfqan Məmmədov Soruşur Yazılma Tarixi:15.02.2016 13:59:31

Salam. Mənim oğlum 15 oktyabr 1998-ci ildə dünyaya gəlib. Birinci sinifə gec gedib. Hazırda orta məktəbin 10-sinfində oxuyur. O 11-ci sinifi bitirdiyində artıq 18 yaşı tamam olmuş olacaq. Mənim övladımın orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul imtahanı vermə imkanı olacaqmı?

Bildiririk ki, övladınız orta məktəbi bitirdikdən sonra ona respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etməsi üçün 1 dəfə şans veriləcəkdir.
Kamran Memmedov Soruşur Yazılma Tarixi:15.02.2016 11:14:11

Bakalavır təhsilini bitirdikdən sonra magistra qəbul olunsa Hərbi xidmətdən möhlət verilir ?

Bildiririk ki, mövcud qanunvericilikdə magistraturaya qəbul olunanlara həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır.
Samir Xanmətov Soruşur Yazılma Tarixi:15.02.2016 09:54:06

Salam.Gizirlik kursu oxumaq isteyirem.Hara muraciet ede bilerem?

Bildiririk ki, “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi, kurslara qəbulun qayda və şərtləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 №-li qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.4-cü bəndində qeyd olunan sənədlər (müvafiq dövlət orqanları tərəfindən xidmətə (qulluğa) qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənədlərdən başqa) şəxsi iş tərtib edilməsi üçün tərəfinizdən hərbi qeydiyyatda olduğunuz yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə təqdim edilməlidir.
Ferid Elizade Soruşur Yazılma Tarixi:15.02.2016 08:27:57

Kecen ilil mezunlari hansi sert daxilinde sened ver bilerler. 18 yasi iyul ayinda tamam olanlar ne qeder mohlet huququ goturmelidir.

Bildiririk ki, 2015-ci ildə orta ümumtəhsil məktəblərini bitirərək respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək şansı olmuş çağırış yaşlı vətəndaşlara qəbul imtahanlarında iştirak etmək üçün təkrar şans verilmir. 2015-ci ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2016-cı ilin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən sonra, “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə, onlar müvafiq arayışlarla təmin edilirlər.
Nəriman Hacıyev Soruşur Yazılma Tarixi:14.02.2016 22:21:05

Salam. Mən Aprel ayında çağırışa çağırılmalıyam ama xəstəliyimə görə möhlət verilsə may ayında TQDK-ya sənəd verib bakalavr səviyyəsi üzrə imtahan verə bilərəm?

Bildiririk ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbul imtahanlarında cari ildə tam orta təhsil müəssisələrini bitirmiş abituriyentlər və həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olan çağırışçılar iştirak edə bilərlər. 
Orxan Soruşur Yazılma Tarixi:14.02.2016 20:47:21

Salam, mən hərbi xidməti bitirmiş və tərxis olmuşam, zabitlik üçün yenidən orduya qayıtmaq istəyirəm ? Necə mümkündür ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
xasiyev elvin Soruşur Yazılma Tarixi:14.02.2016 16:55:59

salam men tovuz rayonu seferberik ve herbi xidmete cagris uzre sobesne muracet etmisem ve men admi gizrlik kursuna yazdrmisam ve dedlerki kurs bu ay baslayacaq men bilmek isdeyrem ki gizrlik kursna herbi hisse komandanligi gonderir ve ya tovuz rayonu qeydiyatindayam meni tovuz raynu vankamati gizrlik kursna gondere bilermi

Bildiririk ki, “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi, kurslara qəbulun qayda və şərtləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 №-li qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.4-cü bəndində qeyd olunan sənədlər (müvafiq dövlət orqanları tərəfindən xidmətə (qulluğa) qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənədlərdən başqa) şəxsi iş tərtib edilməsi üçün tərəfinizdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə təqdim edilməlidir.
elvin xasiyev Soruşur Yazılma Tarixi:14.02.2016 16:49:14

salam men ediliye nazirliynde xidmet etmisem herbi biletme A-3 herbi xidmete yarali yazlib men gizrlik kursna gedecem bilmek isdeyremki bu A-3 menim gizrlik kursna getmeyme nese mayneclik edermi ya yoxmu

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə –       ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 №-li qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın   3.5-ci bəndinə əsasən, həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxslər üçün tərtib edilmiş şəxsi işlərə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissə tərəfindən əlavə olunan sənədlər aşağıdakılardır: 3.5.1. sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması barədə müvafiq hərbi-həkim komissiyasının qərarı. Bu Qaydanın 3.9-cu bəndinə əsasən, müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından aşağıdakı hallarda imtina edilir: 3.9.4. Hərbi-həkim komissiyası tərəfindən keçirilən tibbi şəhadətləndirmənin nəticəsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edildikdə. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897