Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Məhəmməd Məmmədov Soruşur Yazılma Tarixi:17.02.2016 10:42:21

Mən universitetdə oxuyuram və mənə çağırış vərəqəsi gəlib...Mən hansı sənədləri çağırış məntəqəsinə göndərməliyem?

Bildiririk ki, Siz ali təhsil almağınız barədə arayışı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və və ya bölməsinə təqdim etməlisiniz.
david tehmezov Soruşur Yazılma Tarixi:17.02.2016 08:07:19

salam men 2010 cu ilde rusiyada egerliye getmisem 2011 qayitmisam kicik cavus rutbesiynen men inidi azeerbaycan vetandasiyam vankomatda qeydiyata dusmusem men ne qeder esgerlik cekmeliyem qiyabi moskva dovlet unversitetinin huquqsunasliq fakultesinin 1 qrup telebesiyem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Həmin qanunun 23.0.5-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər müddətli həqiqi hərbi xidmətə çağırılmırlar. Eyni zamanda nəzərinizə çatdırırıq ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları xarici ölkənin təhsil müəssisəsindən verilmiş diplomun Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş kserosurətini (xidmətdə olduqları müddətdə) xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Aybəniz Ələkbərova Soruşur Yazılma Tarixi:16.02.2016 21:06:53

Salam. Başqa xarici dövlətdə hərbi xidmət keçmiş şəxs Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdən sonra Azərbaycan hərbi xidmət keçməlidirmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bu Qanunun 23.0.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər, dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.
Məhərrəm Mehtiyev Soruşur Yazılma Tarixi:16.02.2016 20:30:03

salam mene əsgərlikden möhlət veriblər 2012 -ci ildən bu günə kimi.məndə buna görə Universitete hazırlaşdım və daxil oldum Türkiyə Üniversitetlərinin birinə qiyabi indi isə bele bir qerar çıxıbki esgerliye getmeyenlər ölkəni tərk ede bilməz bu mənədə aid olunacaq? və başqa sualım mene üreyidə döyüntü cox olduğna və ağrılar çox olduğuna göre möhlət verilir Çağırış idarəsinin Hospitalinda da mənə möhlət verilib iki dəfə ümumilikdə isə mənə səhv etmirəmsə 5dəfə möhlət verilib üreyimə görə mənə hərbi bilet verilə bilərmi yoxsa yox?xaiş edirem cavablandırın Təşəkkür edirəm

Bildiririk ki, sağlamlıq vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olan vətəndaşlara möhlət hüquqları qüvvədə olan müddətdə sərhədkeçməyə məhdudiyyət qoyulmur. Sizə hərbi bilet verilməsi məsələsi ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik. 
Elvin Abdullazade Soruşur Yazılma Tarixi:16.02.2016 20:12:01

Men gizir olmaq ucun hansi senedleri yiqmali ve hara getmeliyem

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 №-li qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.4-cü bəndinə əsasən, şəxsi iş tərtib edilməsi üçün bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarına və ya hərbi hissələrə aşağıdakı sənədlər (müvafiq dövlət orqanları tərəfindən xidmətə (qulluğa) qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənədlərdən başqa) təqdim edilir: -          şəxsiyyəti təsdiq edən sənəd; -          ərizə və ya raport; -          şəxsən yazılmış tərcümeyi-hal; -          xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə; -          təhsil haqqında sənədin surəti; -          doğum haqqında şəhadətnamənin surəti; -          nikah haqqında şəhadətnamənin surəti (evli olduqda); -          uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaq olduqda); -          4 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 9x12 sm ölçüdə fotoşəkil; -          məhkumluğun olub-olmaması barədə arayış. Həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxslər üçün tərtib edilmiş şəxsi işlərə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissə tərəfindən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması barədə müvafiq hərbi-həkim komissiyasının qərarı əlavə olunur. Əlavə olaraq bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Ələkbərov Ülkər Soruşur Yazılma Tarixi:16.02.2016 15:35:11

Salam. 32 yaşım var və hərbi xidmətin müvafiq bölməsində xidmət göstərmək istəyirəm. Mümkündürmü və mümkündürsə, hara müraciət etməliyəm? Təşəkkür edirəm

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Xalid huseynov Soruşur Yazılma Tarixi:16.02.2016 12:23:22

Salam 3 usagi olan ata herbi xidmete aparilir ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 19.1.2-ci maddəsinə əsasən, himayəsində 3 və daha çox uşaq olan çağırışçılara ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir.
Fariz Abdullayev Soruşur Yazılma Tarixi:16.02.2016 03:11:38

Salam mən tibb universitetinin axirinci kursundayam. Hərbi xidmətə leytenant kimi xidmət etmek üçün nə vaxt müraciət etməliyəm və bu haqqda son dəyişiklikdə müddət 1 il 6 aydırmı? Zəhmət olmasa məlumat verin

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən həkim ixtisaslı mütəxəssislər müddətli həqiqi hərbi xidmətə çağırılan zaman təhsil almaq üçün Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursuna göndərilirlər.
Uğur Vəliyev Soruşur Yazılma Tarixi:16.02.2016 01:03:44

Salam mən yoxlanışdan keçmişəm və 1 sayılı psixi dispanserdə də olmuşam bunların cavabı nə vaxt bildiriləcək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə

Məlum olmuşdur ki, Siz, Xidmətin Ağdam rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Ağdam rayon şöbəsinə təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən müvafiq qərar qəbul ediləcəkdir.
Eliyev Agali Telman oglu Soruşur Yazılma Tarixi:16.02.2016 00:46:54

salam sizden bir xayiç edirm ki 161sayli herbi hissede xitmet aparam hec kim menim xesteliyimle maraqlanan olmayib nece defelerle xeberdarliq edsem bele baxan olmadi esgerlerin o qede gozlerini qorxudublarki yoxlama gelende hec bir esger nese bir soz deye bilmir nese bir soz deyende yoxlamaya ve yoxlama gedenden sonra esgere ezyet verilerki sen niye deyirsen sizden xayişm oduki oduki maraqlanasiz ve olara menim adimi verseniz menimcin cox pirablim olacak men indide orda xidmedeyem xidmet apardiqim yer 161 sayli herbi hisse 3 tabor minaatan batareya men orda xidmet aparam on xetde xeste olan esger yoldaülarim cox ezyet cekir Memmedov Nurlan belinde qirijasindan ezyet cekir Zeynalov Nurlan varkaselden ezyet cekir men ozum ise qirijadan ezyet cekirem ve eşidme qabiliyetimi itirmişem xayiş edirem menim adim orda hallasa siz gedenden sora mene ezyet verecekler ve xayiş edirem menim şikyetime baxasiz

Müraciətinizdə qeyd etdikləriniz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətləri xaricində  olduğu üçün müraciətiniz aidiyyəti üzrə Müdafiə Nazirliyinə göndərilmişdir.
Cədvəldə sətir sayı :14897