Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elvin Quliyev Soruşur Yazılma Tarixi:31.01.2016 06:36:25

Salam.menim 17yawim var ve 10 cu sinif telebesiyem.Men bilmek isdiyerdimki men bu il daxili qowunlara qebul ola bileremmi xaiw edirem cvblandirasiniz

Qeyd etdiyiniz məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.
Araz Qasimov Soruşur Yazılma Tarixi:31.01.2016 01:06:15

bineqedi rayon herbi komissarliqdan mektub verdiler seferberlik terefinden gonderilmisdi mektubu oxudum hemen sozleri yazibsiz her il 3- ilden bir tibbi komissiyadan kecmelisiz.niye siz herbi komissarliqin dediyine inanirsiz men yazdigima yox? buna gorede her ikinizden sikayyetci olacam bir basa cenab Ilham Eliyev yazacam goreh bu is arxasinda dura bilecehsiz ya yox ne qederki 14b maddesi usdumnen goturulmuyub mende axra kimi prinsipde aparacam hec vaxtda tibbi komissiyadan kecmiyecem hec biriniz mene maraqli deylsiz lazim deyl herbi bilet itirmisem qesid usde dusmuyecem bu qeder.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 sentyabr 2012-ci il tarixli 213 №-li Qərarı ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası”nın 4.3-cü bəndinə əsasən, Xidmətin yerli idarə, şöbə və bölmələrinə çağırış üzrə (ilkin hərbi qeydiyyat, həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək və digər səbəblər) çağırılmış çağırışçılar və hərbi vəzifəlilər şəxsi çağırış vərəqəsində göstərilmiş tələblərə ciddi riayət etməli, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsi və ya hərbi bileti, şəxsiyyət vəsiqəsi üzərində olmaqla, təyin olunmuş yerə müəyyən edilmiş vaxtda gəlməlidirlər. Nəzərinizə çatdırırıq ki, Xidmətin yerli idarə, şöbə və bölmələrinə çağırış üzrə gəlməyən vətəndaşlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyət daşıyırlar.
Elcan Dadaşov Soruşur Yazılma Tarixi:31.01.2016 00:07:27

Salam menim 23 yaşm var 2010 cu ilde herbi xidmetde olmuşam yeniden Dövlət sərhəd xidmətində xidət etmek isdeyirem.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət etməlisiniz.
Aziz Mustafazade Soruşur Yazılma Tarixi:30.01.2016 23:31:49

Salam. Men 2004 cu ilde esgerliye gedende herbi biletime komissarliqdan herbi xidmete yararli mehdudiyyet derecesi 4 madde 1,3d yazilib. Bu ne demeydi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “d” bəndinə “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları: zəif qidalanma, II dərəcəli alimentar piylənmə” aiddir. Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmlış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssis “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər” cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli) “a” bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın (Qoşunların, hərbi hissələrin növləri) rəqəm göstəricisini müəyyən edir.
Rəşad Məmmədov Soruşur Yazılma Tarixi:30.01.2016 22:31:41

Salam,öncədən sizlərə təşşəkkür edirəm Mən 22.09.2015-ci il tarixden Müddətdən Artıq Həqiqi Hərbi Qulluqdayam Mən Gizirlik Kursuna gedə bilərəmmi? Xahiş edirəm mənə köməklik göstərəsiniz.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etdiyiniz hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
aynur eliyev Soruşur Yazılma Tarixi:30.01.2016 22:22:32

Salam 28 yasim var herbi xidmet etmek istiyirem nece ede bilerem

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə fikriniz tam və aydın şəkildə  (çağırışçı və ya hərbi vəzifəli olmağınız) ifadə olunmadığı üçün cavablandırılması mümkün deyil.
mirzeyev arif Soruşur Yazılma Tarixi:30.01.2016 22:03:39

salam men ag bilet alanda ayaqim duz cixdi men herbi xidmete gede bilerem yoxsa yox ???

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Rzayeva Yegane Soruşur Yazılma Tarixi:30.01.2016 21:53:36

Salam.Ovladim C.Naxcivanski adina herbi litseyde oxuyur ve 15yawi tamam olub.Herbi komisarliqda qeydiyyata düsmek üçün hansi senedleri teqdim etmelidir?

Xidmətin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- doğum haqqında şəhadətnamənin surəti;
- ailə tərkibi haqqında arayış;
- təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün)
- təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;
- tərcümeyi-hal;
- 3x4 sm. ölçüdə 6 ədəd fotoşəkil.

Şəmsi Səmədov Soruşur Yazılma Tarixi:30.01.2016 19:39:14

SALAM...ttm kursunda oxumaq ucun hansi sənədlər lazimdir..? birdəki ttm kurslari nə vaxt başlayir...xahiş edirəm cavab yazin

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 №-li qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.4-cü bəndinə əsasən, şəxsi iş tərtib edilməsi üçün bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarına və ya hərbi hissələrə aşağıdakı sənədlər (müvafiq dövlət orqanları tərəfindən xidmətə (qulluğa) qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənədlərdən başqa) təqdim edilir: -          şəxsiyyəti təsdiq edən sənəd; -          ərizə və ya raport; -          şəxsən yazılmış tərcümeyi-hal; -          xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə; -          təhsil haqqında sənədin surəti; -          doğum haqqında şəhadətnamənin surəti; -          nikah haqqında şəhadətnamənin surəti (evli olduqda); -          uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaq olduqda); -          4 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 9x12 sm ölçüdə fotoşəkil; -          məhkumluğun olub-olmaması barədə arayış. Həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxslər üçün tərtib edilmiş şəxsi işlərə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissə tərəfindən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması barədə müvafiq hərbi-həkim komissiyasının qərarı əlavə olunur. Əlavə olaraq bildiririk ki, “Zabit hazırlığı kursu” və “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Turan Abdullayev Soruşur Yazılma Tarixi:30.01.2016 17:44:57

Salam. Mene 6 ay mohlet veribler . Aprel ayinda yeniden hekimnen kecmeliyem yeqinki. Bilmek isterdim 6 ay mohleti neche defe verirler ? Ne ucundu bu mohlet ? Eger xesteliyim mualice ile sagalmirsa ne etmeliyem ? Qeyd edim ki xesteliyim sadece deride lekelerin olmasidir ve meni nerahat etmir .. Diaqnoz ise Atopik Dermatit .. Abdullayev Turan Elman oglu 13.02.1994 Qaradag rayon cagirish menteqesi.

Məlum olmuşdur ki, Siz, 08.10.2015-ci il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Cədvəldə sətir sayı :14897