Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Huseyn Kerimli Soruşur Yazılma Tarixi:29.01.2016 13:28:07

Salam. Menim dogum gunum 28 yanvardir, men yanvar cagirisina dusurem?

Bildiririk ki, çağırış ayında 18 yaşı tamam olmuş çağırışçılar həmin gündən etibarən müddətli həqiqi hərbi xidmətə göndərilə bilərlər. Lakin həmin çağırış ayı üçün verilmiş tapşırıq yerinə yetirilərsə, bu çağırışçılar növbəti çağırış zamanı müddətli həqiqi hərbi xidmətə göndərilirlər.
Quliyeva Aysel Soruşur Yazılma Tarixi:29.01.2016 04:44:33

Salam.Men Quliyeva Aysel 22 yawim var 9 sinifi Ana dilinde bitirmiwem.Azerbaycan respubilkasinin qadinlar cun nezerde tutulan herbi mektebine qebul olmaq isdeyirem.Xaiw edirem sened ve qaydalar haqqinda mene bilgi veresiniz.Snayperci ve s.Mende bir evlad kimi Vetenimin herbir qariwini canim bahasina qorumaqa haziram.Sizden cox xahiw edirem mene cavab yazasiniz.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə – xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından           23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər; Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Hüseynov Mirmaacid Soruşur Yazılma Tarixi:29.01.2016 01:34:02

Menim psixoloji durumum pisdi menim elimde ciziqların yerləri və döymelerimin olduqu üçün 3 gun psixoloji disponserde yatdim ve 17 e 13d3 verildi o vaxtda qolumda teze ciziq yarası yox idi lakin sonradan təzden ciziq atdim ama ona baxmayaraq məni hərbiye gondərdiler mən xidmətde əziyyet cekirəm

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Cavid Soruşur Yazılma Tarixi:29.01.2016 01:11:11

Salam mənim 24 yaşım var xəstəliyimlə əlaqəli olaraq 2010 cu ildə hərbi xidmətə sülh dövrü yararsız müharibə dövrü yaralı olaraq Ağcabədi rayon hərbi komissarlığından hərbi bilet almışam. Hər il həkimdə yoxlanmışam 2015 ci ilin noyabr ayında yenidən yoxlanışdan keçəndə hərbi xidmətə yaralı olduğumu öyrəndim. Yazılı sürətdə hərbi komissarliğa müraciət etdim. Hərbi komisarlıq mənə bilirdi ki valideyinlərimin və özümün notariusdan yazılı sürətdə razılıq ərizəsi almalısan. Valideynlərimin və özümün iştirakı ilə o ərizəni aldıq və hərbi komissarlğa təqim etdik. Hərbi komissarliq məni 12.01.2016 cı ildə Bakı şəhər M.Mirqasımov adına respublika klinik xəstəxanasında komissiyadan keçməyə göndərdi. Mən gedib həmin klinikada komissiyadan keçdim. Komissiyadan keçib qurtarandan sonra mənə həkim bildirdi ki geden kimi hərbi komissarliğa məlumat ver gəlib cavabı götürsünlər. 15.01.2016 cı ildə mən hərbi komissarlığa gəldim və məlumat verdim. O gündən bu günə kimi hələ cavab gəıib çıxmayıb hər gündə gedib soruşuram mənə deyirlər ki kağızı gedib götürməyə adam yoxdu mən qalmışam belə bilmirəm dərdimi kimə deyim mənim uşaqlıqdan arzumdu ki məndə hamı kimi vətənə qulluq edim sizdən çox xaiş edirəm mənə köməklik edərdiniz və mümkünsə əlaqə nömrəsidə verərdiniz

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin portal ünvanına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır.                         Müəyyən edilmişdir ki, Siz 2010-cu ilin aprel çağırışı zamanı səhhətinizdən şikayətiniz əsasında keçirilmiş əlavə tibbi müayinənizin nəticəsinə əsasən «Xəstəliklər cədvəli»nin 71 «b» maddəsi ilə (diaqnoz: «İkitərəfli tez-tez kəskinləşən xroniki pielo-nefrit») «Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» hesab edilmiş, 2013-cü ilin aprel ayında keçirilən təkrar tibbi müayinəniz zamanı, Sizə təyin olunmuş ilkin diaqnoz təsdiq edildiyindən, barənizdə qəbul edilmiş əvvəlki qərar qüvvəsində saxlanılmışdır. 15.12.2015-ci il tarixdə artıq sağlamlığınızdan şikayətinizin olmadığına və hərbi xidmətə getmək arzusunda olduğunuza dair Xidmətin Ağcabədi rayon şöbəsinə daxil olmuş ərizənizlə əlaqədar, qanunvericiliyin tələblərinə uyğun olaraq, Siz 2015-ci ilin dekabr ayında akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əlavə tibbi müayinəyə göndərilmiş və təqdim olunmuş 4674 nömrəli 24.12.2015-ci il tarixli aktda qeyd olunan diaqnoz («Vegetativ damar distoniyası, anamnezində qıcolma»), Sizə əvvəllər təyin olunmuş diaqnoza uyğun olmadığınıdan, rayon Çağırış komissiyası daim şikayət etdiyiniz nefroloji xəstəlik üzrə tibbi müayindən keçməyiniz üçün Sizə yenidən akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndəriş vermişdir. Müayinəniz 14.01.2016-cı il tarixdə tamamlandığı və müayinə aktınız Xidmətin Ağcabədi rayon şöbəsinə daxil olmadığı üçün, adınız 15.01.2016-cı il tarixdə Xidmətin Aparatına təqdim olunmuş tibbi şəhadətləndirilməsi və öyrənilməsi başa çatdırılımış çağırışçıların dəqiqləşdirilmiş adlı siyahısına daxil edilməmişdir. Nəzərinihzə çatdırırıq ki, sonuncu müayinənizin nəticəsinə dair 91 nömrəli 14.01.2016-cı il tarixli akt 03.02.2016-cı il tarixdə Xidmətin Ağcabədi rayon şöbəsinə daxil olmuşdur. Akta baxış keçirilmiş və rayon Çağırış komissiyası tərəfindən barə-nizdə «Hərbi xidmətə yararlıdır» qərarı qəbul edilməklə, Sizin 2016-cı ilin aprel çağırışında hərbi xidmətə göndərilməyiniz nəzərdə tutulmuşdur. 
eli elekberov Soruşur Yazılma Tarixi:28.01.2016 21:35:34

Salam men bilmek isteyiremki herbi çağırış hansı aylarda olur????

Bildiririk ki, Azərbaycan Respublikasında həqiqi hərbi xidmətə çağırış ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək keçirilir.
Samir eliyev Soruşur Yazılma Tarixi:28.01.2016 18:41:40

Salam cənab men herbide iwlemeycun isdeyirem 28 yaşım var özüm herbide şofer olmuşam herbiye həvəsim çoxdu mümkünsə əyər iwe qəbul olmaq mümkünsə iwlemek iş dərdim nömrəm 0556514761

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Kerimov Muxtar Soruşur Yazılma Tarixi:28.01.2016 17:56:18

Salam.Menim qardasim 14 yanvar 2016 ci il tarixinde herbi xidmete gedib,qosun novu milli orduya dusub.Men bilmek isdeyirem ki,andicme merasimi ne vaxt olacaq?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
sebuhi quliyev Soruşur Yazılma Tarixi:28.01.2016 15:24:39

salam. hormetli arzu rehimov.sizden xaiw edirem arawdirin gorek qarameryam kend sakini eliyev huseyin mahir oglu nun hansi xesteliyi varki herbi xidmetden yayinib.mende olan deqiq melumata gore eliyev huseyinin hec bir xesteliyi yoxdu.ve saglamliq kagizi alaraq suruculuk vesiqesi elde eden genclerden saglam genclerden biride budu.novbeti 10 saglam genc baredede size muracietim olacaq

Bildiririk ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətlərinizə ətraflı cavab verilmişdir. Nəzərinizə çatdırırıq ki, müraciətlərinizdə adı qeyd olunan şəxs barədə araşdırma aparılmış və bununla bağlı qanunamüvafiq tədbirlər həyata keçirilmişdir.
Elşən Novruzov Soruşur Yazılma Tarixi:28.01.2016 12:06:00

MAXE OLMAQ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR NƏLƏRDİR?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən, dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdiri­lir: 38.1.5. zabitlər üçün – ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar - 1 il 6 ay. Bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər.
Elşən Novruzov Soruşur Yazılma Tarixi:28.01.2016 12:00:51

Salam soruşmaq istədiyim budur ki,mən ali təhsilliyəm zabit olmaq istəyirəm nikadr Leytenant olma müddəti nə qədərdir?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən, dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdiri­lir: 38.1.5. zabitlər üçün – ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar - 1 il 6 ay. Bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər.
Cədvəldə sətir sayı :14897