Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Fərid Əsədzadə Soruşur Yazılma Tarixi:26.01.2016 11:57:46

Salam. Mən Bakı şəhəri Nizami rayonunda Oktyabr ayı üçün hərbi xidmətə çağırıldım. Qanımd Hepatit C virusu olduğu üçün Bakı City Hospital mənə 6 aylıq möhlət verdi. Aprel ayı hərbi çağırılışa çağırıldığımda yenidən virus aşkarlansa hansı qərar qəbul ediləcək? Mənim müalicəm 2 illik vaxt tələb etdiyindən heç bir müalicəyə başlaya bilmirəm. Zəhmət olmasa bunun qanuni tərəfini izah edin. Hərbi çağırışla bağlı həkim tibbi ekpertizasında bu haqda heç bir məlumat verilməyib. Öncədən təşəkkür edirəm.

Nəzərinizə çatdırırıq ki,C virus hepatiti” virusunun aktivliyini müəyyən edilməsi üçün çağırışçılara 6 (altı) ay müddətinə  möhlət hüququ verilir. Möhlət hüququ bitdikdə çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Vüsaı Hüseynov Soruşur Yazılma Tarixi:26.01.2016 11:07:25

Salam. Əsgərlikdə nikadr leytenantlıq kursunun müddəti 1il 9aydır yoxsa 3il ?

Qeyd etdiyiniz məsələ ilə bağlı əsgərin xidmətdə olduğu qoşun növünün komandanlığına müraciət etməsi tövsiyə olunur.
Veten Qeribov Soruşur Yazılma Tarixi:26.01.2016 10:13:01

Salam. 17 yaşım var və orta məktəbi təhsilimi Amerikada davam edirəm. Təhsilim 2017 iyunda bitir, lakin mən bu yay əsgərliyə çağırılmalıyam orda. Mən möhlət tələb edə bilərəmmi və tələb edə bilərəmsə nə kimi sənədlər lazımdır?

Bildiririk ki “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinə əsasən, ümumi təhsil müəssisələrində tam orta təhsil alan  çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan 20 yaşınadək möhlət verilir. Xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə təqdim etməlidirlər.
Fidan Qafarzade Soruşur Yazılma Tarixi:25.01.2016 23:47:55

Salam,menim 34 yawim var,tam orta tehsilim ve Iqtisadi ve Humanitar kollec tehsilliyem.Herbici kimi herbide iwlemek isteyirem.Wansim varmi?Meqsedime nail olmaq ucun ilk novbede ne etmeliyem? ....onceden tewekkur. .

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər. Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Fariz Qəhrəmanov Soruşur Yazılma Tarixi:25.01.2016 22:49:39

salam. saytınızla tanış oldum. milli qəhrəmanlar bölümündə Qəhrəmanov fariz Çoban oğlunun adı yoxdur səbəbini bilmək olarmı?

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olan müraciətiniz dəqiqləşdirilmiş və saytın “Milli Qəhrəmanlar” bölümündə müvafiq əlavələr edilmişdir.             Nəzərə almağınız xahiş olunur.
kaman Soruşur Yazılma Tarixi:25.01.2016 21:54:59

salam. herbi xidmete cagirilib herbi hekim komisyasindan kecib herbi hisseye gonderilmisem. ve herbi hisseye geden gunu herbi hissede yoxlanib xeste oldugum bilinib ve herbi xidmetden geri qaytarilmisam. tekrar tibbi muayine. tibbi komisyadan kecme muddeti mene 3 il ya 5 il verilmelidi?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Mirhadı İsalı Soruşur Yazılma Tarixi:25.01.2016 20:27:13

Hərbi həkim ekspertizası haqqında əsasnəmənin Maddə13-ün b-bəndinə əsasən hərbi xidmətə çağırış zamanı ilk dəfə 3-cü dərəcəalimentarpiylənmə aşkar edilən vətəndaşlar-ç-bəndi ilə 6ay müddətin hərbi xidmətə yararsız sayılır .Məndə 3-cü dərəcə alimentar piylənmə var.Piylənmə dərəcəsi 37-dir.Aprel ayında hərbi xidmətə çağrılacam.Sualım belədir əgər mənə bu qanuna əsasən 6ay möhlət verilərsə mən həmin müddətdə ali məktəbə sənəd verə bilərəmmi?Xahiş edirəm sualı konkret özünüz cavablandırın.

Bildiririk ki, Sizə 2016-cı ilin aprel çağırışı zamanı sağlamlıq vəziyyətinizlə əlaqədar müddətli həqiqi hərbi xidmətə çağırışdan 6 ay müddətinə möhlət verildiyi təqdirdə 2015/2016-cı tədris ili üçün respublikanın  ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak edə bilərsiniz.
elnur mirzeyev Soruşur Yazılma Tarixi:25.01.2016 16:45:08

salam men ixtisasima gore ixtisara duwmuwem yeniden herbide iwleye bilerem yoxsa yox?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək və ya işləmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Sarvan Həsənov Soruşur Yazılma Tarixi:25.01.2016 14:29:42

Salam 1saylı Respublika Pisxatriya xəstəxanasında yatan (yəni 17c) bir çağrışçı Naxcıvan MR-a hərbi xidmətə aparıla bilərmi?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında komplektləşdirilməsi planlı şəkildə və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür. Çağırışçının hansı hərbi hissədə hərbi xidmət keçməsi məsələsinə yuxarıda göstərilən qurumlarda baxılır.
Azer abdullayev Soruşur Yazılma Tarixi:25.01.2016 13:32:33

Salam . Men niye esger getmirem budu 9 aydi men esgerlikden dala dusmusem iki defe pisgoloji dispanserde olmusam iki defe saglamliq haqqinda arayis yigib aparmisam ne deyiblerse hamisin etmisem axirda sexsi isim yararli baglanib ve mene dediler ki bu ay gedeceksen ve artiq ayin axirlaridir lakin men getmemisem sexsiyetimin nomresi aze no 13535293 dur xais edirem bu isnen maraqlanib mene bir xeber veresiniz

Bildiririk ki, Siz 2016-cı ilin aprel çağırışı zamanı ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Cədvəldə sətir sayı :14897